Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
28-12-2022, 14:48
Zaxarovadan Ukrayna XİN başçısına münasibət


Zaxarovadan Ukrayna XİN başçısına münasibət

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ukrayna XİN başçısı Dmitri Kulebanın Rusiyanın BMT Təhlükəsizlik Şurasının çıxarılması ilə bağlı açıqlamasına münasibət bildirib. Zaxarova bu barədə "Sputnik"in efirində jurnalistin sualını cavablayarkən danışıb. "Heç nə etmək lazım deyil. Bu o situasiyadır ki, it hürür, karvan isə yoluna davam edir", - Zaxarova söyləyib. Qeyd edək ki, bundan əvvəl Dmitri Kuleba Ukraynanın Rusiyanı BMT TŞ-dən çıxarmaq üçün rəsmi addımlar atacağı və BMT-yə müraciət göndərəcəyi barədə açıqlama vermişdi.
28-12-2022, 14:24
Almaniyanın kanslerindən Ukraynayla bağlı maraqlı açıqlama


Almaniyanın kanslerindən Ukraynayla bağlı maraqlı açıqlama

Ukrayna böhranının nizamlanmasında iştirakıma “dəyməz”. Bunu Almaniyanın sabiq Baş kansleri Angela Merkel deyib. Merkel Ukraynadakı münaqişənin necə bitəcəyi ilə bağlı məsələyə də münasibət bildirib: "Bütün müharibələr danışıqlar masası arxasında bitir. Bu müharibə də danışıqlar masasında həll olunacaq. Doğrudur, bir çoxları kimi mənim də istəmədiyim sülh danışıqları ilə dostluq danışıqları arasında fərq var. Ancaq daha heç nə əlavə etmək istəmirəm”. Sabiq kansler çıxışının sonunda özünün Rusiya və Ukraynaya qarşı yürütdüyü siyasəti müdafiə edib: "Mən müharibənin bitməsi ilə bağlı əlimdən gələni etdim. Bu alınmadı, ancaq o demək deyil ki, cəhd etmək düzgün deyildi".
27-12-2022, 23:58
Avropa Parlamenti Gürcüstana xəbərdarlıq etdi


Avropa Parlamenti Gürcüstana xəbərdarlıq etdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsdə ölərsə, Avropa Parlamenti (AP) Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük iddiasını təsdiqləməyəcək. Bunu parlamentin aparıcı partiyası - Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yaçek Saryuş-Volski bildirib. “Saakaşvili ilə Gürcüstanın Aİ-yə daxil olması perspektivləri arasında paralellər prinsipcə imperativdir! Hər ikisi ayrılmazdır. Keçmiş prezident həbsdə ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ-yə üzvlüyünə səs verməyəcək ", - deyə Sarıuş-Volski "Twitter"də yazıb. Gürcüstan 2022-ci il martın 3-də Moldova ilə eyni gündə və Ukraynadan iki gün sonra Aİ-yə üzvlük üçün müraciət edib. 2022-ci ilin iyununda Avropa Komissiyası Gürcüstana namizəd statusu verilməsini tövsiyə etməkdən imtina edib. Bildirilib ki, Gürcüstan yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra namizəd statusu alacaq.
27-12-2022, 23:54
Almaniya XİN-dən Rusiyayla bağlı açıqlama


Almaniya XİN-dən Rusiyayla bağlı açıqlama

Hazırda Almaniya hakimiyyəti Rusiya ilə normal münasibətləri mümkün hesab etmir. Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib. “Aydın danışmalıyıq, bugünkü Rusiya ilə normal münasibətlər ola bilməz”, - deyə nazir Berlinin mövqeyini açıqlayıb. O, həmçinin Almaniyanın Ukraynada münaqişə davam etdiyi müddətdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini diqqətə çatdırıb. "Ukrayna münaqişə zamanı digər məsələlərlə yanaşı, Avropanın azadlığını da müdafiə edir, ona görə də Almaniya lazım olduğu qədər onun yanında olacaq. Bu, həm maliyyə, həm humanitar yardıma, həm də hərbi yardıma aiddir", - almaniyalı nazir vurğulayıb.
27-12-2022, 23:48
Putin neftin satışına qadağa qoydu


Putin neftin satışına qadağa qoydu

Rusiya prezidenti Vladimir Putin neftin qiymətinin yuxarı həddinin tətbiqinə cavab olaraq xüsusi tədbirlər haqqında fərman imzalayıb. Sənəd neft qiymətinin yuxarı həddini tətbiq edən ölkələrə Rusiya neftinin və neft məhsullarının satışını qadağan edir. Sənəd fevralın 1-dən qüvvəyə minir və 2023-cü il iyulun 1-dək qüvvədədir. Fərman ABŞ və müttəfiqlərinin qeyri-dost, beynəlxalq hüquqa zidd hərəkətləri ilə əlaqədar, eləcə də milli maraqların müdafiəsi məqsədilə qəbul edilib.
27-12-2022, 23:21
İranda polis ölümüylə nəticələnən silahlı toqquşma


İranda polis ölümüylə nəticələnən silahlı toqquşma

İranın Gelşən şəhərində silahlı toqquşma baş verib. Polislə narkotik qaçaqmalçıları arasında atışma olub. Hadisə nəticəsində bir polis əməkdaşı ölüb. Qaçaqmalçılardan 5-i həbs edilib. Bildirilir ki, polis ümumilikdə 410 kiloqram narkotik maddəni müsadirə edib.
27-12-2022, 22:50
Qriqoryanın açıqlaması təxribat xarakteri daşıyır - Peskov


Qriqoryanın açıqlaması təxribat xarakteri daşıyır - Peskov

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Moskvanın İrəvana təzyiqləri barədə açıqlamasını şərh edib. Peskov bu barədə "news.am"a açıqlama verib. O qeyd edib ki, Qriqoryanın açıqlaması təxribat xarakteri daşıyır: "Rusiya rəsmilərindən heç kim bu barədə açıqlama verməyib. Ermənistana bu məsələ ilə bağlı heç nə çatdırılmayıb". Qeyd edək ki, A.Qriqoryan Rusiyanın Ermənistana ittifaq dövlətinə qoşulmaq və Azərbaycana dəhliz vermək üçün təzyiq etdiyi barədə açıqlama vermişdi.
27-12-2022, 22:28
Rəsmi görüş olmayıb, ümumi masada müzakirə olub - İrəvan


Rəsmi görüş olmayıb, ümumi masada müzakirə olub - İrəvan

Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Armen Xaçatryan Rusiya prezidenti Vladimir Putinin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçlükdə danışığı barədə açıqlamasına münasibət bildirib. O, rəsmi görüşdən söhbət getmədiyini açıqlayıb. "Rəsmi görüş olmayıb, ümumi masada müzakirə olub. Vladimir Putin yalnız bunu nəzərdə tutur", - deyə hökumət rəsmisi bildirib. Qeyd edək ki, 26-27 dekabr tarixlərində Sankt-Peterburq şəhərində MDB liderlərinin qeyri-rəsmi sammiti keçirilib.
27-12-2022, 21:50
Üçlükdə danışmağa nail olduq - Putin


Üçlükdə danışmağa nail olduq - Putin

Rusiya lideri Vladimir Putin dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçlükdə görüşdüyünü açıqlayıb. Bu barədə "Sputnik Armenia"ya istinadən xəbər verir. "Biz sizinlə müzakirələrə dünəndən başlamışıq. Dünən üçlükdə danışmağa nail olduq. Razılaşdığımız kimi, bütün detalları müzakirə edək", - deyə Putin bildirib. Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov üçtərəfli görüşün nəzərdə tutulmadığını söyləmişdi.
27-12-2022, 21:38
İlk növbədə Cənubi Qafqazdakı vəziyyət nizamlanmalıdır - Putin


İlk növbədə Cənubi Qafqazdakı vəziyyət nizamlanmalıdır - Putin

"Əsas məsələ Cənubi Qafqazdakı vəziyyətin nizamlanmasıdır". Bunu Ermənistan baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü zamanı Rusiya prezidenti Vladimir Putin deyib. "İqtisadi sahədə əməkdaşlıq inkişaf edir. Ticarət dövriyyəsi 73 faiz artıb. Lakin əsas məsələ Cənubi Qafqazadakı vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləri və Qarabağla bağlı olan hər şeydir", - deyə Putin söyləyib. Rusiya prezidentinin "Dağlıq Qarabağ" ifadəsini işlətməməsi diqqət çəkib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!