Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
25-12-2022, 00:51
Podolyak İranın PUA zavodlarını vurmağa çağırdı


Podolyak İranın PUA zavodlarını vurmağa çağırdı

“Rusiya üçün raketlərin, pilotsuz uçuş aparatlarının tədarükünü artırmağı planlaşdıran İran beynəlxalq sanksiyalar institutuna laqeyd yanaşır". Bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib. O, İranın pilotsuz uçuş aparatları istehsal edən zavodlarını vurmağa çağırıb. "İşləməyən sanksiyalardan, BMT qətnamələrinin etibarsız konsepsiyasından imtina edib, daha destruktiv alətlərə - zavodların darmadağın, tədarükçülərin həbs edilməsinə keçmək vacibdir", - deyə Podolyak qeyd edib.
25-12-2022, 00:31
Qardaşlarımızla regionda yeni mərhələyə başlamışıq - Ərdoğan


Qardaşlarımızla regionda yeni mərhələyə başlamışıq - Ərdoğan

“Qarabağı işğaldan edən azərbaycanlı qardaşlarımızla bu regionda yeni mərhələyə başlamışıq”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda yerli sakinlərlə görüşü zamanı deyib. Ərdoğan deyib ki, Ermənistanın sülh, təhlükəsizlik və sabitlik istiqamətində atacağı addımlarla bu proses daha da sürətlənəcək: "Türkiyə bütün regionlarla əlaqələri davam etdirir. Çinlə Ukrayna arasında biz varıq. Həmçinin "Taxıl dəhlizini"də biz açdıq".
24-12-2022, 15:22
Fransa prezidenti İlham Əliyevlə danışdı


Fransa prezidenti İlham Əliyevlə danışdı

Dekabrın 23-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Emmanuel Makron Ermənistan və Azərbaycan arasındakı münasibətlərə, həmçinin Azərbaycanın Laçın rayonundan keçərək Xankəndi şəhərinə gedən yoldakı vəziyyətə toxunub. Dövlətimizin başçısı Azərbaycanın Laçın rayonundan keçərək Xankəndi şəhəri istiqamətində olan yoldakı vəziyyətlə bağlı qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına və bunun nəticəsində ətraf mühitə ciddi zərər vurulmasına etiraz edirlər. Prezident İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə yaşayan sakinlərin bu yoldan mülki və humanitar məqsədlər üçün istifadəsinə maneənin olmadığını, başqa təsisatlara lüzum olmadan Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli ofisinin xətti ilə tibb maşınlarının keçidlərinin təmin edildiyini vurğulayıb. Dövlətimizin başçısı vətəndaş cəmiyyəti nümayəndələrinin əsas tələbinin faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması və ərazidə ekoloji monitorinq fəaliyyətinin aparılmasının təmin edilməsi olduğunu bildirib. Söhbət əsnasında Prezident İlham Əliyev, həmçinin Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını qeyd edib. Emmanuel Makron Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib. Prezident İlham Əliyev regional məsələlərə münasibətdə tarazlı və qərəzsiz davranışın vacibliyinə toxunaraq, Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə fəaliyyətlərin təəssüf doğurduğunu diqqətə çatdırıb.
24-12-2022, 15:18
ABŞ-ın hərbi yardım üçün gücü tükənib


ABŞ-ın hərbi yardım üçün gücü tükənib

ABŞ hökuməti etiraf edib ki, Birləşmiş Ştatların Ukraynanın ehtiyaclarını ödəmək üçün artilleriya mərmiləri istehsal etmək gücü yoxdur. Bu barədə "Washington Post" nəşri yazır. Qeyd olunur ki, ABŞ ayda 14 min artilleriya mərmisi istehsal etmək iqtidarındadır, lakin Ukrayna bu sayda mərmini iki gündə istifadə edir. Bildirilir ki, ABŞ artilleriya sursatlarının istehsalını artırmağı planlaşdırır. Qəzetin yazdığına görə, Vaşinqton Avropa ölkələrini öz sənaye imkanlarını artırmağa sövq etməyə çalışır.
23-12-2022, 20:44
Lavrov Ermənistanın üçtərəfli görüşə qatılmamasına münasibət bildirdi


Lavrov Ermənistanın üçtərəfli görüşə qatılmamasına münasibət bildirdi

Təəssüf ki, ermənilər bu cür imkanı buraxdılar. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü zamanı deyib. Rusiya XİN başçısı Ermənistanın bu günə planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşündə iştirak etmək imkanını qaçırdığını vurğulayıb. Qeyd edək ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan üçtərəfli görüşdə iştirakdan imtina edib.
23-12-2022, 20:39
Ukraynanın Zaporojye vilayətində partlayış baş verib


Ukraynanın Zaporojye vilayətində partlayış baş verib

Ukraynanın Zaporojye vilayətində partlayış olub. Hadisə Melitopol rayonunda qeydə alınıb. Belə ki, rayonun mərkəzində avtomobil partlayıb. Hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilib. Ölənlər barədə məlumat verilməyib. Hadisənin səbəbləri araşdırılır. Qeyd edək ki, Zaporojye vilayətinin bir hissəsi Rusiya tərəfindən işğal edilib. Rəsmi Moskva rəsmi şəkildə vilayətin ilhaq olunduğunu elan edib.
23-12-2022, 20:34
ABŞ-ın siyasəti təxribat xarakterlidir - Peskov


ABŞ-ın siyasəti təxribat xarakterlidir - Peskov

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında mümkün görüşlə bağlı ilkin təmaslar yoxdur. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bundan əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Rusiya rəhbərliyinin Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara hazır olmadığına inanır. Dmitri Peskov deyib ki, ABŞ-ın siyasəti əsasən təxribat xarakterlidir, bu, göz qabağındadır.
23-12-2022, 20:29
Peskovdan Ukraynanın sülhlə bağlı açıqlamalarına münasibət


Peskovdan Ukraynanın sülhlə bağlı açıqlamalarına münasibət

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Ukrayna dövlət başçısı Volodimir Zelenskinin ölkəsinin sülh planı barədə açıqlamalarına münasibət bildirib. O, Kremlin belə bir plandan xəbərsiz olduğunu açıqlayıb. "Moskvada Zelenskinin sülh yolu ilə nizamlanma barədə dedikləri eşidilib, lakin bu cür bəyanat hazırkı reallıqlar hesablanmadan verilib", - Rusiya rəsmisi deyib. Peskov həmçinin Putin və Baydenin görüşməsi ehtimalları barədə danışıb. "Putin və Baydenin görüşünün keçirilməsi ilə bağlı Rusiya və ABŞ arasında heç bir ön təmaslar aparılmayıb", - sözçü əlavə edib.
23-12-2022, 15:33
Putindən İlham Əliyevə təbrik məktubu


Putindən İlham Əliyevə təbrik məktubu

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Təbrikdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə..Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir. Dövlətlərimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin nizamlanmasına və möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Bizim etimada əsaslanan yoldaşlıq münasibətlərimizi səmimi-qəlbdən yüksək dəyərləndirirəm. Əminəm ki, biz ikitərəfli və regional gündəliyin aktual məsələlərinə dair sıx birgə işimizi davam etdirəcəyik. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar diləyirəm. Fürsətdən istifadə edib Sizin ailənizə ən səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm.
Hörmətlə, Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti”.
23-12-2022, 14:59
Rusiyaya silah verilməyib - Koreya XİN


Rusiyaya silah verilməyib - Koreya XİN

Koreya Xalq Demokratik Respublikası (KXDR) Rusiyaya silah tədarük etməsi barədə yayılan xəbərləri təkzib edib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ABŞ tərəfindən səsləndirilən bu cür iddialar əsassızdır və həqiqətə uyğun deyil. Şimali Koreya XİN həmçinin ABŞ-ın Ukraynanı silahla təmin etməsinə də münasibət bildirib. Qeyd olunub ki, ABŞ-ın bu cür addımları Ukraynanı "qanlı faciələrə sürükləyə" bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!