Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
21-12-2022, 18:42
Maliyyələşmə ilə bağlı heç bir məhdudiyyətimiz yoxdur - Putin


Maliyyələşmə ilə bağlı heç bir məhdudiyyətimiz yoxdur - Putin

"Bizim maliyyələşmə ilə bağlı heç bir məhdudiyyətimiz yoxdur". Bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında deyib. "Mən müdafiə nazirinin, baş qərargah rəisinin və burada təmsil olunan bütün komandirlərin nəzərinə çatdırmaq istəyirəm ki, bizim ordunun maliyyəşdirilməsi ilə bağlı heç bir məhdudiyyətimiz mövcud deyil. Ordu nə istəyirsə, hökumət verir. Ümidvaram ki, cavab olaraq qoyulan bütün müvafiq nəticələrə nail olunacaq", - Putin çıxışında bildirib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə əməliyyatlar dövründə 120 şəxsə "Rusiya qəhrəmanı" adının verildiyini açıqlayıb.
21-12-2022, 18:39
Ukraynanın silahlandırılmasında 27 ölkə iştirak edib - Şoyqu


Ukraynanın silahlandırılmasında 27 ölkə iştirak edib - Şoyqu

"Ukraynanın silahlandırılmasında 27 ölkə iştirak edib". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu MN-də keçirilən kollegiya iclasında deyib. Onun sözlərinə görə, bu vaxta qədər Ukraynanın silahla təmin olunması üçün 97 milyard ABŞ dolları xərclənib. Şoyqu, həmçinin Ukraynada 500 NATO peykinin çalışdığını iddia edib. "Ukrayna cəbhəsində NATO-nun qərargah zabitləri, artilleriyaçıları fəaliyyət göstərir", - deyə nazir qeyd edib. O həmçinin bildirib ki, qismən hərbi səfərbərlik çərçivəsində 830 min insan iqtisadiyyatın dəstəklənməsi məqsədilə çağırışdan azad olunub.
21-12-2022, 18:31
Ukraynanın müdafiə nazirinə sui-qəsd təşkil edildi


Ukraynanın müdafiə nazirinə sui-qəsd təşkil edildi

Ukraynanın müdafiə naziri Oleksey Reznikova qarşı sui-qəsd təşkil olunub. Bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, həmçinin Ukraynanın kəşfiyyat orqanının rəhbəri Kiril Budanova qarşı da oxşar təxribata cəhd edilib. Məlumata görə, bu cəhdlərin qarşısı alınıb və hər iki dövlət xadimi fəaliyyətini davam etdirir. Qeyd olunub ki, sui-qəsd cəhdlərinin Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkili ehtimal edilir.
21-12-2022, 18:27
Qarabağ məsələsində Azərbaycana dəstək olduğumuza görə bizə qarşı çıxanlar var - Ərdoğan


“Qarabağ məsələsində Azərbaycana dəstək olduğumuza görə bizə qarşı çıxanlar var” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə ölkə müxalifətini tənqid edib. Ərdoğan bəzi müxalif qüvvələrin Qarabağ mövzusunda hakim partiyaya qarşı çıxdığını bildirib. "Qarabağ məsələsində Azərbaycana dəstək olduğumuza görə bizə qarşı çıxanlar var", - deyə Türkiyə prezidenti söyləyib. Qeyd edək ki, II Qarabağ müharibəsi zamanı Türkiyə parlamentində Azərbaycana dəstəklə bağlı imzalanan ortaq bəyanata AKP, MHP, həmçinin müxalif partiyalar olan CHP və İYİ Partiya imza atsa da, Xalqların Demokratik Partiyası (HDP) bundan imtina etmişdi.
21-12-2022, 18:23
“Taliban” hakimiyyətindən qadın hüquqlarını pozan addım


“Taliban” hakimiyyətindən qadın hüquqlarını pozan addım

Əfqanıstanda “Taliban” hakimiyyəti qadın müəllimlərin və qız şagirdlərin məktəblərə buraxılmaması ilə bağlı göstəriş verib. Məlumatı TASS yayıb. Bildirilib ki, dekabrın 21-də ölkə paytaxtı Kabulun məktəblərin bir sıra məktəblərinin rəhbərliyinə qadın müəllimlərin işə gəlməmələri ilə bağlı “Taliban”ın əmri göndərilib. Valideynlər bildiriblər ki, onların qızlarını silahlı yaraqlılar məktəblərə buraxmayıb. Məlumata görə, “Taliban” hökuməti əvvəllər ibtidai sinfin qız şagirdlərinin dərslərdə iştirakına icazə versə də, indi onlara qadağa qoyub. Qeyd olunub ki, dekabrın 21-də silahlı radikallar səhər saatlarında Kabul Universitetinin qapısında toplaşaraq qız tələbələrin təhsil müəssisəsinə buraxılmamasını yoxlayıblar. “Taliban” hökuməti növbəti bildirişə qədər universitetlərdən qız tələbələr üçün dərslərin dayandırılmasını tələb edib. Onlar bu məhdudiyyətləri ölkədə “uyğun İslam mühiti”nin yaradılmasının “zəruriliyi” ilə izah edib.
21-12-2022, 18:03
Nazirdən türkmən qazının çatdırılmasıyla bağlı açıqlama


Nazirdən türkmən qazının çatdırılmasıyla bağlı açıqlama

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez Türkmənistan qazının Türkiyəyə çatdırılması ilə bağlı yeni məlumatlar açıqlayıb. Nazir bununla bağlı artıq işçi qrupun yaradıldığını bildirib. "Təbii qazı Türkiyəyə gətirmək üçün artıq işçi qruplarını formalaşdırmışıq. Türkiyədə enerji bazarı yaratmaq hədəfimizi 1 il ərzində gerçəkləşdirəcəyik", - Dönmez söyləyib. O eyni zamanda məlumat verib ki, Türkiyədə yaxın vaxtlarda qaz və elektrik istehlakında qiymət artımı proqnozlaşdırılmır.
21-12-2022, 17:56
İran əhalisi aksiyaya davam edir


İran əhalisi aksiyaya davam edir

İranda ölkə əhalisinin hökumətə qarşı keçirdiyi aksiyalar davam edib. Aksiyalar İranın Buşehr, Qum, Həştgerd, Həmədan, Rəşt, İlam, Tehran, Məşhəd və bir sıra şəhərlərində keçirilib. Etirazlarda “İnflyasiya və bahalıq xalqın canını alıb”, “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Xameneyi qatildir, rəhbərliyi batildir” və s. şüarlar səsləndirilib. İranda fəallar dekabrın 19, 20 və 21-də xalqı üç günlük etiraz aksiyalarına qatılmağa çağırıb. Çağırışdan dəstəkləyən yüzlərlə insan gecə saatlarında İranın küçələrinə çıxıb. Hökumət mitinqlərdən görüntülərin yayılmasının qarşısını almaq üçün interneti kəsib. Bundan əlavə, İran ordusunun rəsmi saytı “Anonymous” haker qrupu tərəfindən dağıdıldı. İran rejimi etnik bəluç uşaqlar - 15 yaşlı Məhəmməd Rəxşani və 16 yaşlı Əli Rəxşani barəsində ölüm hökmü çıxarıb.
21-12-2022, 17:40
Paşinyan Makrona təbrik məktubu göndərdi


Paşinyan Makrona təbrik məktubu göndərdi[/size]

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makrona məktub göndərib. Məktubda Paşinyan Makronu ad günü münasibətilə təbrik edib. Ermənistan baş naziri Makrona sarsılmaz iradə, tükənməz enerji və böyük nailiyyətlər arzulayıb. Fransa prezidentini Yeni il münasibətilə də təbrik edən Paşinyan 2023-cü ilin onun üçün sülh içində keçməsi və Fransa-Ermənistan əlaqələrində yeni uğurlar əldə edilməsinə vəsilə olması diləklərini ifadə edib. Qeyd edək ki, bu gün Emmanuel Makronun 45 yaşı tamam olur.
21-12-2022, 16:59
Putinin mesajı Çin liderinə çatdırıldı


Putinin mesajı Çin liderinə çatdırıldı

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Çində səfərdədir. Medvedev Rusiya prezidenti Vladimir Putinin müraciətini Çin sədri Si Cinpinə çatdırıb. Qeyd olunur ki, Putinin verdiyi mesaj Rusiya və Çin arasında görünməmiş dialoq səviyyəsindən bəhs edir. Çin sədri Si Cinpin çərşənbə günü, dekabrın 21-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə görüşüb, danışıqlar Pekindəki dövlət iqamətgahında aparılıb. Təhlükəsizlik Şurasının sədr müavini Çin lideri ilə Ukraynadakı vəziyyəti və “Vahid Rusiya” partiyasının Çin Kommunist Partiyası ilə əməkdaşlığını müzakirə edib. Medvedyevin Çin Kommunist Partiyasının dəvəti ilə Pekinə səfər etdiyi qeyd olunur.
21-12-2022, 16:37
Zelenski ABŞ-da səfərdədir


Zelenski ABŞ-da səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-da səfərdədir. Onun amerikalı həmkarı Co Baydenlə görüşü və Konqresdə çıxışı planlaşdırılır. Bu barədə Zelenski tviter səhifəsində məlumat paylaşıb. "Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün ABŞ-a getdim. Xüsusilə, ABŞ Prezidenti Co Baydenlə Ukrayna və ABŞ arasında əməkdaşlığı müzakirə edəcəyik. Mən də Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”, - deyə prezident yazıb. Bundan əlavə, Ukrayna lideri ABŞ Konqresinin iki palatasının birgə iclasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!