İlk səfərini Türkiyəyə edəcək .....                        Taleh Yüzbəyovun xanımı qəzaya düşdü .....                        Samuxda ağır qəza: Ölən var .....                        Samuxda ağır qəza: Ölən var .....                        Aşıq Əlixanın adı ehtiramla xatırlanır .....                        Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                       
Tarix : 15-02-2018, 08:40
Ömrünün çiçəklənən vaxtı


Azərbaycan aşıq sənətində ağır itki oldu. Azərbaycan Aşıqlar Birliyinin üzvü, Şirvan aşıq məktəbinin layiqli davamçısı olan Aşıq Vüqar Mahmud oğlu Niftəliyev 10 yanvar 2018-ci ildə infarkt keçirərək gözlərini əbədi yumdu, haqq dünyasına qovuşdu.

Aşıq Vüqar Mahmud oğlu Niftəliyev 3 noyabr 1970-ci ildə Şamaxı rayonunun Şıxzərli kəndində sazlı-sözlü Aşıq Mahmud Ələsgər oğlunun ocağında dünyaya göz açmışdı. Aşıq Vüqarın atası Şirvan aşıq məktəbinin ustadı, sayılıb-seçilən aşıqlarından olmuşdur. Elə Aşıq Vüqarın ilk ustadı da aşıq Mahmud olmuşdur.
Aşıq Mahmud aşıqlığın bütün incəliklərini, səhnə mədəniyyətini, dastançılığı öyrətmişdir. Aşıq Mahmud gənc Vüqarı özü ilə el şənliklərinə, dövlət tədbirlərinə aparar, çiyin-çiyinə çalıb oxuyardılar.
Amansız ölüm aşıq Mahmudu 2 iyun 2002-ci ildə ömrünün çiçəklənən vaxtı Vüqardan ayırıb haqq dünyasına qovuşdurdu. Hamı düşünürdü ki, aşıq Mahmudun sazı bir daha dillənməyəcək. Ancaq gənc Vüqar ustadların təkidi, xeyir-duası ilə aşıqlığa başlayır. Az bir müddətdə elin hörmətini qazanır. Aşıq Vüqar Şirvan aşıq məktəbinin ən ləyaqətli davamçılarından biri idi. Aşıq Vüqar ömrünün çiçəklənən vaxtı amansız ölümün, əcəlin əlindən qurtara bilmədi.
Hər kəsin bir ömrü var, necə ki, payız yarpağının ömrü kimi. Aşıq Vüqarın ürəyində çox arzuları vardı, ancaq ömrü vəfa etmədi.
10 yanvar 2018-ci ildə haqq dünyasına qovuşdu. Aşıq Vüqar tanıyanların qəlbində əbədi yaşayacaq.
Aşıq Vüqarın ölüm xəbərindən sonra ona həsr olunan şeirləri oxuculara çatdırmağı mən də özümə borc bildim.


Apardın

Zalım əcəl, nəydi qəsdin-qərəzin,
Necə qıydın şirin cana, apardın!
Arzuları çiçək açan aşiqi,
Nə tez çəkdin imtahana? Apardın!

Ürəyində getdi neçə arzular,
Bu acı xəbəri duyan qan ağlar.
Yas tutub Vüqara qocaman dağlar,
Bürüdün ağ kəfən-dona, apardın.

Görən geri dönəcəkmi bu bahar,
O dəyərli insan, gözəl sənətkar.
Xamisin qəlbinə dolub qəm-qubar,
Əzrail, vermədin aman, apardın!

Aşıq Xamis Xanışoğlu
11.01.2018

Yalvarım

Sən sazsız-söhbətsiz durmazdın bir an,
Bəs niyə gəncliyin tez oldu viran.
Əlacın duyanı yaradan quran,
De, hansı əldəsə ələ yalvarım.

Ömür gülşəninə nə tez yağdı qar,
Həkimlər dərdinə qaldılar naçar.
Qardaş, bu dərmanın harda, kimdə var,
Gəzim dağı-daşı, elə yalvarım.

Həyat aşıq üçün yaranıb cəfa,
Ölümə dərman yox, ömürə vəfa.
Sənə həkimlərdən olmadı şəfa,
Qoy ana torpağa belə yalvarım.

Aşıq Rza
11.01.2018


Apardı

Nə yaşa baxmadı, nə insanlığa,
Nə rəhmi gəlmədi bu cavanlığa.
Vaxtsız gələn əcəl bircə anlığa,
Aman da vermədi, aldı apardı...
"Ölüm Peşrosu"nu çaldı, apardı...

Yeri məclislərdə yuxarı başda,
Xətrini istərdi dost da, yoldaş da.
Nə deyim fələyə, bu cavan yaşda,
Könlümüzü dərdə saldı, apardı,
"Ölüm Peşrosu"nu çaldı, apardı...

Adı yaraşırdı şəxsiyyətinə,
Həmişə sadiqdi saf niyyətinə.
Ata sənətinə, öz sənətinə,
Arzuları yarım qaldı, apardı,
"Ölüm Peşrosu"nu çaldı, apardı...

Xəyyam Məmmədov



Nə tez oldu bu səfər
(Aşıq Vüqar Mahmudoğlunun
əziz xatirəsinə)

Nəvən hələ sənə saz gətirməmiş,
Yaşın üstə bir yaş yaz gətirməmiş.
Mahmudun yarası köz gətirməmiş,
Aşıq Vüqar nə tez oldu bu səfər?

Bir sədəfli saz da aslı qaldı,
Neçə bəy gəlinin vüsalı qaldı.
Təqvimdə neçə toy yazılıqaldı,
Aşıq Vüqar nə tez oldu bu səfər?

Nə tez söndü axı eşqin həvəsin?
Ədəbdə, ərkanda olmaz əvəzin.
Saraylarda qaldı nəfəsin,səsin,
Aşıq Vüqar nə tez oldu bu səfər?

Şirvan üstə idi hər şövqün, şəstin,
Kərəmi, Şikəstə içrə bitmişdin.
İslamla görüşmü təyin etmişdin,
Aşıq Vüqar nə tez oldu bu səfər?

Dedilər köçmüsən sənət yoldaşım,
Eşitcək sinəmə əyildi başım.
Əmi kimi kimdən soruşsun Haşım?
Aşıq Vüqar nə tez oldu bu səfər?

Aşıq Haşım Qubalı
11 yanvar 2018
Allah Aşıq Vüqara rəhmət etsin.

Hüseyn Məmmədov,
"Bütöv Azərbaycan" qəzeti


Paylaş



Bölmə: Ədəbiyyat
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!