Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
Tarix : 21-09-2017, 10:40
Xatirələrdə yaşayacaq ozan



Sentyabrın 14 - ü 2017-ci ildə Azərbaycan incəsənətində ağır itki oldu. Sazımızın Kralı, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Ədalət Məhəmmədəli oğlu Nəsibov (Dədə Ədalət) 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində gözlərini əbədi olaraq yumdu, haqq dünyasına qovuşdu.
XX əsrin ən görkəmli, əvəzolunmaz saz ifaçısı olan Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qərbi Azərbaycanın Çəmbərək (Krasoselo) rayonunun Toğulca kəndində anadan olub. 9 yaşına qədər Krasoselo rayonunun Bəriabad kəndində əmisi Alməmməd kişinin yanında yaşayır. Və birinci sinifə də elə bu kənddə gedir. Atası Məhəmmədəli kişi 1948-ci ildə Qazax rayonuna köçür.


Xatirələrdə yaşayacaq ozan


Ədalət Məhəmmədəli oğlu Nəsibov hələ uşaq ikən saza-sözə vurulur. Bunun da səbəbi atasının gözəl saz çalıb oxuması olub. Sazın bütün sirlərini atasından öyrənən gənc Ədalət az bir müddətdə el şənliklərinə dəvət alır. El şənliklərində çalıb oxumağa başlayır.

Aşıq Ədalət Türk dünyasının sayılıb-seçilən ozanları olan Aşıq Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Miskil Abdal, Aşıq Valeh, Molla Cüma, Ağ aşıq (Aşıq Allahverdi), Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Nəcəf, Aşıq Əsəd, Hüseyn Bozalqanlı, Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Şəmşir, Mikayıl Azaflı, Aşıq İmran, Aşıq Əkbər, Murad Niyazlı və s. aşıqlarla bir cərgədə olan Aşıq Ədalət Nəsibov da var.

Xatirələrdə yaşayacaq ozan


Ədalət Nəsibov bir çox havacatlara öz möhürünü elə vurub ki, bundan sonra bu havacatlara kimsə kölgə sala bilməz. Bu havacatlardan “Qaytarma”, “Ruhani”, “Qaraçı”, “Urfani”, “Naxçıvani”, “Yanıq Kərəm”i və s. havacatlarını göstərə bilərik. Bu havacatlar birbaşa Aşıq Ədalətin adı ilə bağlıdı.
El şairi Kəlbəcərli Əli Qurbanov bir qoşmasında olduqca çox gözəl deyib:

Ellər bilsin, oxuyanda Əkbərə,
Saz çalanda Ədalətə heyranam.


Şair Əli Qurbanov hər iki ustadı olduğu kimi qeyd edib. Onların özlərinə layiq qiymətləndirib.
Dədə Ədalətin ölüm xəbəri hər bir saz-söz sevərləri kədərləndirdi. Hərə özünə bir təskinlik verirdi. Leyla Bayramlının yazdığı bu gözəl şeirdə olduğu kimi: “Kərəmi” çal ay dədə, həzin-həzin.

Barmaqlarda saz sehrini yaşatdın,
Dədə Qorqud ruhunu sən ucaltdın.
Ömür günü “Qara sazla” qocaltdın,
“KƏRƏMİ” ÇAL AY DƏDƏ, HƏZİN-HƏZİN,
Bu gedişlə ürəkləri göynətdin…

Gah coşdurdu, gah dincəltdi saz səni.
Unutdurdun qəlbdə nisgil ələmi.
Sazın sehri mat qoyurdu aləmi,
“RUHANİ” ÇAL AY DƏDƏ, HƏZİN-HƏZİN,
Bu gedişlə ürəkləri göynəltdin…

Məni qoyun qara sazla torpağa!
Vəsiyyət edirdin övlad uşağa.
Gedirsənmi yenə doğma Qazaxa?
“DÜBEYTİ” ÇAL AY DƏDƏ, HƏZİN-HƏZİN,
Bu gedişlə ürəkləri göynətdin…


Bəli, Leyla xanım çox doğru deyir ki, ustadın bu gedişi çox ürəkləri göynətdi.
Gənc şair Şahlar Qəribli də ustadın ölüm xəbərini eşidib “Ustad” qoşmasını yazmışdı:

Çətin bir də dövran sizi yetirə,
İllər keçsə indən belə yüz, Ustad.
Ürəklərdə yaşayacaq adın var,
Silinməzdi, o qoyduğun iz, Ustad.

Tapılarmı bu dərdimin çarəsi,
Allah qaldı ürəyimin parası.
Sağalmamış Zəlimxanın yarası,
Yetim qaldı, təzədənnən söz, Ustad.

Nə zülümdü başımıza bu gəldi,
Bu nə vaxtsız, nə vədəsiz əcəldi.
Qəriblinin ahı göyə yüksəldi,
Qara geydi, yasa batdı saz Ustad.


Xatirələrdə yaşayacaq ozan


Şair Şahlar Qəribli də olduqca çox gözəl qeyd edir ki, Zəlimxan yaramız sağalmadan təzədən bir yara da vurdun ürəyimizə.
Sazımızın Kralı Dədə Ədalət 15 sentyabr 2017-ci ildə boya-başa çatdığı Qazax rayonunda torpağa tapşırılmışdı.
Allah rəhmət etsin.

Hüseyn Məmmədov,
“Bütöv Azərbaycan” qəzeti


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!