Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 5-09-2019, 13:46
Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur

Sentyabrın 4-də 32-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlayıb.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, sərgidə ölkəmiz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 36 kv.m. sahədə xüsusi dizaynlı stendlə və 200 adda, 400 nüsxədən çox kitabla təmsil olunur. Mədəniyyət Nazirliyi ilə yanaşı "Azərnəşr" və "Şərq-Qərb" nəşriyyatları və "Azərkitab" kitab ticarəti mərkəzi sərgidə iştirak edir. Sərgidə 30-dan çox ölkədən 150 və Rusiya Federasiyasından 300-dən çox nəşriyyat-poliqrafiya müəssisəsi, eləcə də digər aidiyyəti qurumlar öz nəşr məhsullarını nümayiş etdirir. Əvvəlki illərlə müqayisədə daha geniş sahədə və xüsusi dizaynda qurulmuş Azərbaycan stendi və burada nümayiş olunan kitablar sərgiyə gələnlərin diqqətini çəkir, ziyarətçilər tərəfindən böyük marağa səbəb olur. Çoxsaylı kitabsevərlə yanaşı, müxtəlif nəşriyyatların, təşkilatların nümayəndələri də stendimizə maraq göstərir, onlarla görüş zamanı mümkün gələcək əməkdaşlıq imkanları müzakirə edilir.
MDB-nin "Kitab sənəti" beynəlxalq müsabiqəsinin qalibləri sərgi çərçivəsində sentyabrın 6-da diplomlarla təltif olunacaqlar.
Sərgi sentyabrın 8-ə kimi davam edəcəkdir.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!