İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 28-01-2020, 09:21
İstedadlı şairimiz Tariyel Ümidi 75 illik yubileyi münasibətilə təbrik edirik!
Hörmətli Tariyel müəllim!
Sizi – istedadlı şairimizi 75 illik yubileyiniz münasibətilə təbrik edirik.
Siz 1945-ci ildə Cənubi Azərbaycanın Əhər şəhərinin Dürmüşganlı kəndində anadan olmusunuz. 1946-cı ildə ailəliklə Ağdam şəhərinə köçmüsünüz. Orta texniki təhsilinizi Ağdamda almısınız. Politexnik inistitutunu (1972) və Jurnalist Sənətkarlığı inistitutu (1988) ildə bitirmisiniz.
Azərbaycan Ədəbiyyatına gəlişinizi 70-ci illərdə Xalq şairi Söhrab Tahir “Ulduz” jurnalında “Uğur olsun”la qeyd edib.
1973-cü ildə isə Xalq şairi Balaş Azəroğlu “Ədəbiyyat və İncəsənət” qəzetində “Uğur olsun” yazıb. Bu iki xalq şairini özünüzə ustad hesab edirsiniz.
Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin (1968-ci ildən) üzvü, Azərbaycan Yazıçılar Birliyinin (1988-ci ildən) üzvü, İranlı Mühacirlər Cəmiyyətinin Ədəbi Birliyinin sədrisiniz (2015-ci ildən),

“Ağ günün qanadları” (1986 “Yazıçı”)

“Buda bir taledi (“2012 , “Şirvannəşr”)

“Mənim Gülüstanım” (2012, Şirvannəşr”)

“yetmiş pilləkan” (2015, “Şirvannəşr”)

Kitablarınız oxucuların rəğbətini qazanıb. 2015-ci ildə Dədə Qorqud Beynəlxalq mükafatı laureatı adına layiq görülmüsünüz. Şeirləriniz, hekayə və poemalarınız mərkəzi mətbuatda, ədəbi almanaxlarda “Çinar pöhrələri”1.2. “El məhəbbəti”, “Ədəbi Şirvan”, “odlu misralar”, “Parçalanmış millətin harayı”. “Səhər”, “Şəhriyar” və başqa almanaxlarda çap olunub.
Hazırda ərəb əlifbası ilə çıxan “Azərbaycan” ruznaməsinin və “Mühacir” qəzetinin əməkdaşısınız. ADFMK-nın komissiya üzvüsünüz.

Hörmətli Tariyel müəllim!
Sizi bir daha yubileyiniz münasibəti ilə təbrik edir, uzun ömür, cansağlığı, yaradsıcılıq uğurları arzu edirik.
Azərbaycan Yazıçılar Birliyi

Tariyel Ümid
Nədir?

Dolandıq günəşin ayın başına,

Bilmədik bu yerin xanası nədir?

Pisliklə, yaxşılıq qarşı-qarşıya,

Səmanın yeddi rəng hanası nədir?

Dünya həmişəlik qalmaqçün deyil,

Bir kəsin önündə nə sın nə əyil,

Heç kəs anlamayır bilmir ey könül,

Bu qısa ömrün mənası nədir?

Ömürlər qırılır, güllər solur tər,

Daha yola getmir xeyir ilə şər.

Yaşamaq eşqini itirib bəşər,

Azanın çağırış sədası nədir?

Məhəbbət mülkünün yeri boşdursa,

Güldən-gülə qonan sevgi quşdursa.

Eşqin, məhəbbətin sonu puçdursa...

Məşuqun aşiqə ədası nədir?

Həmişə, hər yerdə yaxşılıq edin,

Əlinizdə quran, qəlbinizdə din.

Xalqım özü desin, Tariyel Ümidin,

Yaxşılığı nədir, xətası nədir?

05.10.2019
Bakı. Hökməli


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!