İrandakı etirazlarda 5 yaşlı uşaq güllələnib .....                        İrəvandakı iranlılar Pəhləvinin qayıtmasını istəyirlər .....                        Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO .....                        ABŞ ordusu hücuma başladı .....                        İranda Qasım Süleymaninin portretini yandırdılar .....                        ABŞ İranı bombalayacaq .....                        “Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar .....                        ABŞ İran xalqına kömək etməyə hazırdır - TRAMPDAN SƏRT MESAJ .....                        İran səfirliyində dövlət bayrağı dəyişdirildi .....                       
Tarix : 13-04-2022, 14:59
Qarabağ müharibəsinin ağrılı səhifəsi olan “Tanrı yoxuşu” kitabının təqdimatı keçirilib

Birinci Qarabağ müharibəsi zamanı baş verən dəhşəti və amansız hadisələrin çoxundan bu günə qədər də xəbərsiz qaldıqlarımız var. Bunlardan biri də 1993-cü ilin aprelində Ermənistanın quldur dəstələri Kəlbəcəri işğal edərkən mühasirədə qalanların üzləşdiyi müsibətlərdir. Laçının Fərraş kəndində qalan 25 əsgərin mühasirə gündəliyi, düşmənlə mübarizə aparan 50-dən çox hərbçinin, Kəlbəcərin Zar, Qaraçanlı, Çıraq və digər kəndlərində mühasirədə qalmış 300-dək mülki sakinin taleyi, onların başına gələnlər, ermənilərin törətdiyi qətliamlar və vandalizm hərəkətləri, qarlı-çovğunlu havada sərt təbiətlə, azğın və amansız düşmənlə ölüm-dirim mübarizəsi aparanların üzləşdikləri məhrumiyyətlər, həyat mücadiləsi olduqca dözülməz, dözülməz olduğu qədər də ağrılı və faciəlidir.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə əslən Kəlbəcərdən olan araşdırmaçı-jurnalist Elxan Salahovun qələmə aldığı “Tanrı yoxuşu” kitabının Milli Kitabxanada keçirilən təqdimat mərasimində danışılıb.

Vətən torpağı uğrunda qurban gedənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediləndən sonra təqdimat mərasimini giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov Kəlbəcərin işğal günlərindən, acı xatirələrdən bəhs edən kitabın həmin tarixi öyrənmək sahəsində sənədli esselər toplusu olduğunu, erməni quldurlarının mühasirəsinə düşənlərin başına gətirilən müsibətlər və onlara verilən ağlasığmaz işgəncələrin konkret faktlar və şahid ifadələri əsasında təsvir etdiyini bildirib.

Təqdimat mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Azərnəşr”in direktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov qeyd ediblər ki, müəllif həmin hadisənin iştirakçıları, şahidləri ilə dəfələrlə görüşərək yaxın tariximizin ağrılı səhifələrindən biri haqqında olduqca maraqlı bir kitab ərsəyə gətirib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, ehtiyatda olan polkovnik, keçmiş komandir Balay Nəsibov, Milli Aviasiya Akademiyasının dosenti Aqil Əsədov, energetik Arif Süleymanov, pedaqoq Sabir Mirzəyev mühasirə günlərinin canlı şahidləri Rizvan Rzayev, Şahlar Muradov və başqaları hər sətri ağrı-acı, göz yaşı ilə yazılmış kitabın Kəlbəcərin erməni işğalından sonrakı həyatına, erməni vandallarının törətdikləri qətliamları, qanlı cinayətləri əks etdirən tutarlı mənbə olduğunu qeyd ediblər.

Çıxış edənlər diqqətə çatdırıblar ki, müəllif yaxın tariximizin ağrılı səhifələrindən biri haqqında olduqca maraqlı bir kitab ərsəyə gətirib. Kitabın hər səhifəsi ürək parçalayan, sinə dağlayan, heç cür soyuqqanlı oxumaq mümkün olmayan əhvalat və hadisələrlə doludur. Müəllif “Tanrı yoxuşu” kitabında uzun illər işğal altında qalan torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələnən Vətən müharibəsində qazanılan şanlı Zəfərə və onun iştirakçılarına da yer ayırıb.



Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!