AYB-NİN MİNGƏÇEVİR BÖLMƏSİ-25 .....                        İlk səfərini Türkiyəyə edəcək .....                        Taleh Yüzbəyovun xanımı qəzaya düşdü .....                        Samuxda ağır qəza: Ölən var .....                        Samuxda ağır qəza: Ölən var .....                        Aşıq Əlixanın adı ehtiramla xatırlanır .....                        Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                       
Tarix : 16-04-2022, 13:29
Səxavət Ənvəroğlunun  şeirlərini təqdim edirik:


Bu dəfə oxucularımıza Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin və Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin fəallarından Azərbaycan Jurnalistlər Birliyinin üzvü Səxavət Ənvəroğlunun şeirlərini təqdim edirik:
Qarabağ Azərbaycandır!

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı ordumuzun hər gün yeni zəfərlərini səbirsizliklə gözlədiyimiz 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı yazılan şeirlərdən

İlhamla irəli gedək hər zaman,
İlhamdır müzəffər, Ali komandan.
Qələbə bizimdir, duysun bu cahan,
Son nida “Qarabağ Azərbaycandır!”

Yaşadaq ürəkdə inam, etibar,
Qarşıda sevincli günlərimiz var.
Qoruyaq vətənin məğrur adını,
Duysun hər eşidən, hünərimiz var.

İrəli gedirik zəfərə doğru,
Hər kənddə, obada bayraq ucalsın.
İllərin həsrəti yetişsin sona,
Ordumuz şərəfli qələbə çalsın.

Bürünüb hər tərəf gülə, çiçəyə,
Cənnətə dönəcək gözəl yurdumuz.
İllərlə yolunu həsrət bağlayan,
Şuşanı qaytarar şanlı ordumuz.

Arzular can verir, gözü yoldadır,
Ruh uçub bədəndən, üzülən candır.
Ey, Laçın, Kəlbəcər dik tut başını,
Son nida “Qarabağ Azərbaycandır!”

Yenilməyən Şanlı Milli Ordumuz,
İnşallah savaşdan çıxar üzü ağ.
Yenə gülüstana dönər yurdumuz,
Tamam azad olar doğma Qarabağ

İlhamla irəli gedək hər zaman,
İlhamdır müzəffər, Ali komandan.
Qələbə bizimdir, duysun bu cahan,
Son nida “Qarabağ Azərbaycandır!”
Quba, 10.10.2020




Dastan olan oğullar

Hər birisi bir ərəndir, bir ərdir,
Qırx dörd gündə göstərdiyi hünərdir.
İgidlikdə, şücaətdə bir nərdir,
Dastan olan oğulları bu elin.

Hər igidi Mübarizdir, Poladdır,
Xudayarın səsi ruha qanaddır.
Vətənə arxadır, atəşdir, oddur,
Dastan olan oğulları bu elin.

Aman verməz yağılara göz aça,
Ölüm güllələri od, alov saça.
Vətəni hər şeydən tutdular uca,
Dastan olan oğulları bu elin.

Birləşərək yumruq kimi yığıldı,
Onu görən düşmən səfi dağıldı.
Hərbin tarixinə bir örnək oldu,
Dastan olan oğulları bu elin.

Hər bir əsgər sinə gərdi hünərlə,
Qaziləri dözdü əzmi, səbirlə.
Kimi şəhid, kimi döndü zəfərlə,
Dastan olan oğulları bu elin.


Ağlama şəhid anası, ağlama

Hər şəhid daşına pir deyəcəyəm,
Axan göz yaşına dürr deyəcəyəm.
Zamana müəmma, sirr deyəcəyəm,
Ağlama şəhid anası, ağlama.

Bu dünya Adəmdən qalan dünyadır,
Min üzlü, saxtakar, yalan dünyadır.
Adamı pis kökə salan dünyadır,
Ağlama şəhid anası, ağlama.

Dünya haqlıların üzünə gülmür,
Savaşın bitəcək günü bilinmir.
Torpağı uğrunda ölənlər ölmür,
Ağlama şəhid anası, ağlama.

Vətən müqəddəsdir, qorunsun gərək,
Vətən sevgisiylə döyünsün ürək.
Dar gündə yolunda can qurban verək,
Ağlama şəhid anası, ağlama.

Ağlayan gözünün yaşına qurban,
Saçları ağaran başına qurban.
Şəhidimin məzar daşına qurban,
Ağlama şəhid anası, ağlama.

Azərbaycanım

Şairlər məskəni mənim diyarım,
Bakıdır qüdrətim, Xəzərdir canım.
Azadlıq amalım, İslam vüqarım,
Döyünən ürəkdir Azərbaycanım.

Əbədi sevgimdir getsəm hayana,
Qəlbimi vermişəm məni duyana.
Sevincim sığmazdır geniş cahana,
Sonsuz bir diləkdir Azərbaycanım.

Çələnglər toxuyub həvəslə ona,
Hərarət verərəm nəfəslə ona.
Mahnılar oxuyub zil səslə ona,
Deyərəm, ləçəkdir Azərbaycanım.

Sevdalı həyatdır vuran ürəkdə,
Arzudur, ümiddir sonsuz diləkdə.
Tükənməz gücümdür qolda, biləkdə,
Ətirli çicəkdir Azərbaycanım.
20.06.1981



Səsi könlümün

Səyyahtək gəzdikcə geniş cahanı,
Həsrət acısında illər yaşadım.
Toxunub qəlbimin qəm yarasına,
Kədərə bürünmüş niskil daşıdım,
Qalmadı əl tutan kəsi könlümün.

Mən nələr görmədim, nələr duymadım,
Sibirdən dönməyən qatardır dərdim.
Ağrıya, acıya məhəl qoymadım,
Ömür ağacında nübardır dərdim,
Enibdir aşağı pəsi könlümün.

Qələm əlimdədir, qəlbim pərişan,
Ömrüm də az qala yarıya çatıb.
Qalıb deyilməmiş sözüm ərmağan,
Səbrlə dilimin ucunda yatıb,
Deməyin: “Kor qalıb gözü könlümün”.

Boğulmaz içimdə hayım, harayım,
İnləsə cismimdə damarım, qanım.
Qüssəli ürəkdə qəm daşıdıqca,
Ruhuma yük olur könül həyanım,
Dərdə ocaq çatır közü könlümün.

Gözümdə həsrətim yuva salıbdır,
Yolumun üstünə qəm ələnibdir.
Hər sözüm günəşin zərrin şəfəqi,
Deməyin qəlbimdə söz tükənibdir,
Dindirmə, tutular səsi könlümün.

Citta /S.Ərəbistanı


Çatasan qızım

Gördüyün hər işin yetsin uğura,
Mənalı gözlərin bürünsün nura.
Zərif əllərinlə telini dara,
Arzular qoynunda yatasan, qızım.

Yazılan şeirimin mənası sənsən,
Ülvi duyğuların səması sənsən.
Sevinən qəlbimin siması sənsən,
Sevgi dənizində batasan, qızım.

Taleyin baharı üzünə gülsün,
Xoş səsli soraqlar qapına gəlsin.
Xoşbəxt olduğunu el, aləm bilsin,
Kədərin yükünü atasan, qızım.

Yuvanı əziz tut qanad açanda,
Qismətin önünə işıq saçanda.
Büdrəyən arzular səndən qaçanda,
Gümanın telindən tutasan, qızım.

“Tək əldən səs çıxmaz”, budur son sözüm,
İnsana zinətdir dəyanət, dözüm.
Mən getsəm, arxamca qalmasın gözün,
Ülvi arzulara çatasan, qızım.

Camnaqar/ Hindistan,
27.11.2010





Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!