İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 20-05-2021, 16:43
Milli Kitabxana “Vətənpərvərlik mahnıları” not məcmuəsini istifadəçilərə təqdim edib
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 2020-ci ilin Vətən müharibəsində qazandığı Zəfər, otuz ilə yaxın işğal altında olan torpaqlarımız azad edilməsi ölkəmizin mədəniyyəti, incəsənəti üçün də böyük ilham qaynağıdır.

Milli Kitabxana Azərbaycan Ordumuzun zəfər yürüşünə dəstək olaraq cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi, uzun illər işğal altında qalan, dağıdılıb talan edilən tarixi-mədəni irsimizin dünyaya tanıdılması məqsədilə resurslarını istifadəçilərə daha əlçatan etmək üçün səy göstərib. Kitabxanada “Qarabağ Azərbaycandır!”, “Qarabağ abidələri”, “Qarabağ xalq sənətkarlığı”, “Qarabağ geyimləri”, “Qarabağ xalçaları” adlı elektron sərgilər Azərbaycan və ingilis dillərində hazırlanaraq virtual rejimdə təqdim edilib.

Görülən işlərin davamı olaraq Azərbaycan Milli Kitabxanasının Mədəniyyət Nazirliyi ilə birgə layihəsi olan “Milli musiqi xəzinəmizdən (Milli Kitabxananın fondundan)” seriyasından “Vətənpərvərlik mahnıları” adlı səs və fortepiano üçün not məcmuəsi nəşr olunub. Not məcmuəsinə “Azərbaycan bayrağına” (musiqi: Aygün Səmədzadə, söz: Əhməd Cavad); “Azərbaycan” (musiqi: Aygün Səmədzadə, söz: Qənirə Paşayeva); “Vətənin övladları” (musiqi: Lalə Cəfərova, söz: Ramiq Muxtar); “Unutmayacağıq da” (musiqi: Nərminə Nağıyeva, söz: Şahin Musaoğlu); “Azərbaycan” (musiqi və söz: Fərid Fətullayev); “Qələbəyə gedən yollar” (musiqi: Azad Zahid, söz: Abdulla Qurbani); “Zəfər çağırır bizi” (musiqi: Pikə Axundova, söz: Şahin Musaoğlu); “Əsgər marşı” (musiqi: Cavanşir Quliyev, söz: Ali Kami); “Milli Ordumuz” (musiqi: Eldar Babayev, söz: Hikmət Ziya); “Azadlıq Günü” (musiqi: Azər Hacıəsgərli, söz: Rəsul Rza) əsərləri daxil edilib.

Məcmuələrin bütün musiqi məktəblərinə və şəhər-rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinə göndərilməsi təmin edilib.

Not məcmuəsi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/down/vetenperverlik.pdf


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!