2 milyona görə həbs edilən direktora daha bir ittiham .....                        Azərbaycana keçən ermənilər geri qaytarıldı .....                        Erməni əsgəri ildırım vurub öldürdü .....                        Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı .....                        Şahramanyan yenə dindirildi .....                        Şahramanyan yenə dindirildi .....                        Ağır qəzada həlak olanlardan biri şəhid qardaşı imiş .....                        Tramp "Tesla"dan imtina edir .....                        Millimiz Qazaxıstanı məğlub etdi .....                       
Tarix : 20-10-2015, 12:35
“GÖRÜNÜR HƏLƏ BİLMƏDİYİMİZ HƏQİQƏTLƏR DƏ VAR”


Zəlimxan MƏMMƏDLİ
“Borçalı” İctimai Cəmiyyətinin sədri


"Bu tarix “Borçalı” Cəmiyyəti timsalında boy verən, bayramlaşan, sevinən, toparlanıb Gürcüstanda “mən də varam” demək istəyən soydaşlarımıza aqressiyanın gerçək üzünü göstərdi. Düşünürük ki, soydaşlarımız üçün süni yaradılmış problemlərin kökündə məhz bu cür aqressiv düşüncənin hakim olması durur. Hesab edirik ki, soydaşlarımıza bu cür bəd nəzərlərlə baxılmamalıdır.
Bu tarix həm də şovinizmin təzahürüdür. Unutmamalıdırlar, monoetnik Gürcüstan yaratmaq istəyənlər bu ölkənin, gürcü xalqının dostları deyillər."
"Borçalı Cəmiyyətinin hüquqi sənədləri, taktiki və strateji hədəflərində heç zaman separatçılıq meyli, niyyəti olmamış, dostluq və qardaşlıq kimi təməl prinsiplərə sədaqət ifadə olunmuşdur. Bu gün də əksəriyətinin sağ-salamat olduğu “Borçalı” Cəmiyyətinin qurucularından heç biri heç zaman, heç yerdə Gürcüstanı təhdid edən bir fikir, əməl, iş sahibi olmamışlar."
"Problemlərin klassifikasiyası fundamental aparılmış, əksər problemləri siyasiləşdirmə cəhdləri durdurulmuş, siyasi mahiyyətli problemlərin açıq müstəviyə, dialoq müstəvisinə daşınmasına nail olunmuşdur. Mədəniyyətlərarası dialoq əsas ünsiyyət, uzlaşma, inteqrasiya modeli olaraq qəbul edilmişdir. Əyani nümunələr olaraq artıq milyonların şüuruna nüfuz etmiş “Borçalı Türklərinin Elat Mədəniyyəti günü”- Elat bayramı ən klassik birlik, bərabərlik, uzlaşma, inteqrasiya modeli olaraq qəbul edilməkdədir."
"Çağdaş zamanımız Azərbaycanda, Türkiyə və digər türk cumhuriyyətlərində imkanlarımız daxilində Gürcüstanın , gürcü mədəniyyətinin, dəyərlərinin, bayrağının tanıdılması və sevdirilməsi kimi tarixi missiya da bizim üzərimizə qoymuşdur. Buna görə bizi qınayanlar, müxtəlif epitetlərlə qara yaxanlar, anlamaqda zorlananlar da kifayət qədər olmuşdur. Ancaq, həqiqətlə vəhtədimizi, iki yad mədəniyyəti üzvü qovuşdurmaq eşqinə sədaqətimizi sarsıda bilmədilər."
"Türk və gürcü tarixi qəhrəmanlıqlarla zəngindir. Çox yadelli işğalçılar bu məmləkətlərdə burunları ovularaq geri oturdulub. Gürcü və türk bir səngərdə bir-birinə kürək söykəyərək, etibar edərək, ortaq vətənimiz üçün canlarına, mallarına qıya bilib, şəhid olublar. Zəfərləri birlikdə qeyd edib, birgə yallılar gedib, məclislər qurublar."


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!