Zelenski kameralar önündə üzr istəməlidir - Vaşinqtondan tələb .....                        Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq .....                        Şəhidin ata-anası dəm qazından öldü .....                        Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil .....                        Azərbaycanın BMT qurumları ilə yeni əməkdaşlıq modeli açıqlandı .....                        Bu oğlan sülh istəmir - Tramp Zelenskiyə söz atdı .....                        Gürcüstan MDB sazişindən çıxdı .....                        İlham Əliyevə məktub yazmaq istəyirdim, Paşinyan qoymadı - Arayik .....                        Arayik məhkəmədə etiraf etdi: "Təəssüf edirəm.." .....                       
Tarix : 1-08-2014, 17:20

 Təbrik

Dəyərli dostum, yorulmaz tədqiqatçı, onlarla kitabın müəllifi, tərtibçisi və redaktoru, “Laçın yurdu” jurnalının baş redaktor müavini, “Laçın və laçınlılar” qrupunun üzvü Araz Yaquboğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yaradıcı fəaliyyətində uğurlar arzulayıram! Əzizim Araz, sən həmişə, hər yerdə yeri görünən bir insansan. Səninlə tanışlığımın 5-6 illik tarixi var, amma mənə elə gəlir ki, uzun illərin dostuyuq. Sirr deyil ki, ən etibarlı dostların da mənfi cəhətləri olur. Hələ indiyədək sənin mənfi cəhətini görməmişəm, Bu, gəlişigözəl sözlər deyil. Çətinliklərlə ərsəyə gətirdiyimiz jurnalın əsas ağırlığı sənin üzərinə düşüb. İşlərinin çoxluğuna baxmayaraq hələ bir dəfə alnını turşutmadın, sifətinin bircə cizgisi ilə də narazılığını hiss etdirmədin. Yaxşı bilirəm ki, işi səndən keçənlərin hamısına qarşı beləsən, hətta bəzilərindən nankorluq görsən də... Doğru yoldasan, atalar əbəs yerə deməyib ki, kimsə pisliyindən əl çəkmirsə, sən niyə yaxşılığından əl çəkəsən?! Bir daha ad günün mübarək! Ailənlə, övladlarınla və bütün doğmalarınla bərabər xoşbəxt illər nəsibin olsun!
Yeri gəlmişkən, deyim ki, iki ildir sənin ad gününə ən qiymətli təbrik övladlarından gəlib. Keçən il oğlun Təhmasib yüksək bal toplayaraq İqtisadiyyat Universitetinə qəbul oldu və dəfələrlə intellektual yarışlarda xüsusilə fərqlənərək mükafatlandırıldı. Bu il isə qızın Firuzə 660 bal toplayaraq sizə ikiqat ad günü sevinci yaşatdı. “Laçın yurdu” jurnalının yaradıcı kollektivi adından da həmişə doğum gününü yeni uğurlarla qarşılamağını arzulayıram!

 


Hörmətlə: Arif Məmmədli



Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!