Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 10-01-2022, 10:42
Azərbaycandan olan sirli milyarder və övladları Maltada “qızıl” pasport aldı - FOTO

Malta hökuməti bu ölkədən 2020-ci il ərzində pulla vətəndaşlıq (“qızıl pasport”) alan xarici ölkə vətəndaşlarının siyahısını dərc edib. Ötən ay dekabrın 28-də dərc edilmiş həmin siyahıda Azərbaycandan olan zənginlər də yer alır.

Maltadan vətəndaşlıq, yaxud “qızıl pasport” almaq üçün aşağıdakı şərtlərin yerinə yetirilməsi tələb olunur:

-Malta milli inkişaf fonduna €650000 köçürmək;

-Malta qiymətli kağızlarına və ya səhmlərinə €150000 yatırmaq;

-Qiyməti azı €350000 dəyərində olan bir mülk almaq (və ya illik azı €16000 məbləğə onu kirayəyə götürmək);

Bu xərclər ümumilikdə €1 150 000 məbləğdə pul deməkdir.
Zəngin əcnəbilərə bu sxemlə vətəndaşlıq verilməsi Maltada 2014-cü ildən tətbiq edilir və bir qayda olaraq həmin sxemdən korrupsionerlər, şübhəli imicə malik biznesmenlər yararlanır.

“The Shift News” bu siyahını analiz edib və məlum olub ki, 2020-ci ildə Maltadan vətəndaşlıq alan əcnəbilər arasında yenə də Şərqi Avropa və keçmiş sovet respublikalarından olanlar dominantlıq edir. O cümlədən siyahıda Rusiya prezidenti Vladimir Putinə yaxın hesab edilən biznesmenlər də var. Baxmayaraq ki, Rusiyada ikili vətəndaşlığa yol verilmir.

Siyahıda 2 771 nəfərin adı yer alır və onlardan ən azı dörddə biri Rusiya, Belarus və Azərbaycan kimi ölkələrdən olanlardır. Nəşr qeyd edir ki, pulla Malta pasportu əldə etmək dələduzlar üçün əlverişli sxemdir. Onlar bu yolla “şəxsiyyətin ikiləşməsinə” nail ola bilirlər. Belə ki, yeni pasportda onların ad və soyadları doğulduqları ölkədə aldıqları pasportda yazılanlardan fərqlənə bilər.

Bu risk həmin ad-soyadların kiril əlifbası ilə yazılması halında daha da artır. Hansı ki, vaxtilə SSRİ respublikalarında doğulanların sənədləri kiril əlifbası ilə tərtib edilirdi. Bu ad-soyadların Malta pasportu alarkən latın əlifbasına çevrilməsi eyni adamın familiyasının fərqli yazılmasına gətirib çıxara bilər.

Beləliklə, “qızıl pasport” alanların siyahısında yer alan azərbaycanlılardan biri Müşfiq Əli oğlu Abdullayevdir. Habelə onun oğlu olduğu təxmin edilən Mixail Müşfiqoviç Abdullayev və qızı Anna Müşfiqovna Abdullayeva da 2020-ci ildə Malta pasportu alıblar.
Müşfiq Abdullayev Azərbaycanda anadan olub, Rusiyada pərakəndə ticarət biznesi ilə məşğul olmaqla iri biznesmenə çevrilib. 2019-cu ilin dekabrına qədər Müşfiq və onun qardaşı Allahverdi “Intertorg LLC” adlı ofşor şirkət üzərindən Rusiyadakı SPAR supermarketlər şəbəkəsinə nəzarət edirdi. 2017-ci ilə olan məlumatlara görə Müşfiq və qardaşı Rusiyada 468 ticarət nöqtəsinə malik olub, lakin daha sonra onların biznesi çökməyə başlayıb.

2019-cu ildə virtualaz.org Müşfiq Abdullayevin biznesinin çökməsi və onun ətrafında baş verən qalmaqallar haqda yazıb.

Həmin vaxt Rusiya mediası yazırdı ki, “İntertorg LLC” Ticarət Evinin sahibi və icraçı direktoru Müşfiq Abdullayev özünü Mixail kimi təqdim edir. Müşfiq Abdullayev Peterburqun ən qapalı və eyni zamanda ən xarizmatik reteyleri hesab edilir. Onun sərvəti barədə məlumat yoxdur, amma bəzi mənbələrdə Abdullayev milyarder kimi təqdim edilir. Belə ki, 2017-ci ildə başçılıq etdiyi ticarət şəbəkəsinin dövriyyəsi 1.5 milyard dollara yaxın olub.
Abdullayev qardaşları Azərbaycanın Alpout kəndindəndir, (bu adda kənd həm Ucar, həm Qazax rayonunda mövcuddur, - red.) 90-cı illərin sonlarında Rusiyaya gedərək alverə başlayıblar. Əvvəlcə onların şirkəti konservlərin, makaron və tütünün alveri ilə məşğul olub. 2003-cü ildə onlar ilk ticarət şəbəkəsini qurublar .

M.Abdullayev 10 il ərzində sıfırdan qurduğu biznes şəbəkəsinin dövriyyəsini 83 milyard rubla çatdırıb. Dövriyyənin həcminə görə, şirkət 2008-ci ildən etibarən ildə 15-25 faiz böyüyüb, ildə 50-70 yeni obyekt açıb. Şirkət özü 2004-cü ildə yaradılıb. Onun səhmlərinin 99 faizi Monakoda qeydiyyatdan keçmiş və sahibi Müşfiq Əli oğlu Abdullayevə məxsus olan “Socaity Civil Particuler İnter Solutions” adlı şirkətə, 1 faizi isə qardaşı Abdullayev Allahverdi Əli oğluna məxsusdur.

2018-ci ildən başlayaraq Müşfiq Abdullayevin biznesi sürətlə geriləməyə başlayıb, onun şirkətinin təchizatçılar qarşısında borcları şişib. Borclular bir-birinin ardınca məhkəmə iddiası qaldırıblar və şirkətin müflis elan edilməsini tələb ediblər. “İntertorg” Ticarət Evinə qarşı qaldırılan iddiaların ümumi məbləği 4 milyard rublu keçib, şirkətin təchizatçılar qarşısında borcu 7 milyard rubldan çox idi. Daha 8 milyard rubl isə “Sberbank” qarşısında borc yaranıb.

Nəticədə 2019-cu il dekabrın 20-dən başlayaraq şirkət bütün mağazalarını bağlayıb, şirkətin ofisində telefonlara cavab vermirlər. Şirkətin Lensovet küçəsi, 90 ünvanında yerləşən “Narodnaya 7YA semYa” universamından telefon zənginə cavab verən əməkdaş təsdid edib ki, indi onlar qalan malları dəyərindən ucuz satmaqla məşğuldurlar və ofisdən şəbəkənin bağlandığını deyiblər.

2018-ci ilin oktyabrında isə o vaxta qədər heç vaxt mətbuata müsahibə verməyən Mikayıl Abdullayev RBC agentliyinə danışıb və biznesində çətinliklər yarandığını təsdiqləyib. O deyib ki, şirkətin müflis elan edilməsi haqda iddia qaldıran bəzi borclulardan “şübhələnir” və onların sifarişlə hərəkət etdiklərini düşünür. Həmin vaxt şirkətə qarşı iddiaların məbləği 780 milyon rubla çatırdı, amma günü-gündən artmaqda idi. Abdullayev deyirdi ki, borcu tələb edənlərin əksəriyyəti ilə anlaşıb, onların pullarını ödəyib.

“Əgər şirkət kiminsə xoşuna gəlmirsə dərhal başlayırlar iddia qaldırmağa. İddia qaldırmazdan əvvəl görüşmək, danışmaq, ancaq bundan sonra məhkəməyə müraciət etmək lazım idi, elə deyilmi? Bu həftədən başlayaraq mən özüm iddiaçılarla bir-bir görüşürəm, borcları ödəyirəm, qrafik tərtib edirəm”, - biznesmen deyirdi.

50 yaşlı Abdullayev müsahibədə bildirirdi ki, Rusiyada ticarət haqqında yeni qanunun qəbulu onların işini çətinləşdirib. Çünki əvvəllər təchizatçılara aldıqları malın pulunu 45-90 gün ərzində ödəyə bilirdilər, yeni qanun isə bunun üçün 5 gündən 15 günə qədər vaxt qoyur. Onun fikrincə, bazardakı bəzi rəqiblər “İntertorg”a qarşı hücuma başlayıblar və sıradan çıxarmağa çalışırlar.(virtualaz)

Bütöv.az


Paylaş



Bölmə: Güneyin sesi / Köşə / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!