İranda SEPAH generalının oğlu öldürülüb .....                        Bu rayonlara qar yağır .....                        Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                       
Tarix : 18-08-2022, 00:01
Milli fəal Yaşar Piri həbs edildi


Milli fəal Yaşar Piri həbs edildi

Avqustun 17-də Təbriz zindanında saxlanılan siyasi məhbus Ruzbeh Pirinin qardaşı Yaşar Piri təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb. Bu barədə qardaşların yaxınları məlumat verib. Onun həbs səbəbləri və ittihamı barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, Yaşar Piri bundan öncə 2021-ci ilin fevral ayının 21-də Beynəlxalq Ana Dili Günündə İran hökumətinin kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. 2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşması nəticəsində baş verən etirazlar zamanı qardaşı Ruzbeh Piri ilə birlikdə həbs edilmiş, nəzarət altına alınmışdı. İki güneyli qardaş həbs edildikdən sonra müxtəlif ağır ittihamlarla üzləşmişdilər. Bununla yanaşı Yaşar Piri 2012-ci ilin aprel ayında Urmu gölündə baş verən ekoloji fəlakətin qarşısının alınmamasına görə Təbrizdə keçirilən etiraz aksiyalarına qatıldığı üçün saxlanılmış və "ictimai asayişi pozmaq" ittihamı ilə 3 ay şərti həbs və 30 qamçı cəzasına məhkum edilmişdi.
Timur


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!