20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 27-09-2021, 09:55
Məscidlərimizdə şəhidlərin xatirəsi anılıb


Məscidlərimizdə 27 sentyabr - Anım Günündə şəhidlərimizin xatirəsi anılıb.

Təzəpir məscidində əvvəlcə Vətən müharibəsində canını qurban verən şəhidlərimizin ruhuna dualar oxunub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, xalqımız bu gün öz tarixində möhtəşəm gün – Zəfər yolunun başlanğıcı sayılan 27 sentyabr - Anım gününü qeyd edir. Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsinin başlanmasından bir il ötür. Uca Allahın köməyi, müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu müqəddəs Vətən torpaqlarımızı işğaldan azad etmək üçün ayağa qalxdı, beynəlxalq hüququn təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli vəzifəni həyata keçirdi. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmanlıqla vuruşan ordumuz müzəffər liderimizin siyasi iradəsi və qalib sərkərdəliyilə dünya hərb tarixinə Şuşa qalasının alınması kimi şanlı səhifə yazdı, Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı.

Şeyxülislam Allahşükür Paşazadə deyib ki, tarixi ədalətin bərpası yolunda Haqq savaşımızın mübarək tarixi hər bir azərbaycanlının şərəf günü, qürur mənbəyidir. Bu tarixin milli-mənəvi dirçəlişimizin, dövlətçilik qüdrətimizin, Vətən sevgisinin, iman gücünün zirvəsi olaraq xalqımızın yaddaşında önəmi olduqca böyükdür. Azərbaycan xalqı 27 sentyabrda illərlə həsrətində olduğu əzəli torpaqlarını işğalçıdan, öz milli, dini, mədəni abidələrini əsarətdən azad etmək yolunda, bərbad edilmiş şəhər, kəndlərimizə, yaşayış məskənlərimizə sahib çıxmaq üçün haqq mübarizəsinə başladı. Müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi: "Düşmən hücumuna məruz qalanlara (möminlərə) zülmə uğradıqları üçün (döyüşməyə) izn verilmişdir. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir" (Həcc, 39)

Qələbəmiz naminə qurbanlar verdik, dini və milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşları Vətən yolunda canlarını fəda etdilər. Onların hər birinin boynumuzda haqları vardır. Bu gün biz Vətən uğrunda şəhid olanlarımızı rəhmət dualarıyla yad edir, ailələrinə, yaxınlarına başsağlığı veririk. Vətən müharibəsində şücaət göstərərək şəhidlik məqamına yüksəlmiş Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik!

Azərbaycan tarixinə Böyük Fateh, tarixi ədalətin bərpası yönündə şanlı qələbələri ilə əbədi həkk olunan dövlət rəhbərimizin misilsiz səyləri ilə dünya azərbaycanlılarının 30 illik Qarabağ həsrətinə, həmçinin, insanlıq tarixində böyük ədalətsizliyə, vandalizmə, bəşəri cinayətlərə son qoyuldu, məscidlərimiz, ziyarətgahlarımız əsl sahiblərinə qaytarıldı. Möhtərəm dövlət başçımız dağıdılmış, lakin milli ruhumuz, tarixi kimliyimiz üçün mənəvi əzəmətini qoruyub saxlayan məscidlərə, xristian məbədlərinə yeni nəfəs verəcəyini bəyan etdi. Bu gün Azərbaycan xalqının əbədi, əzəli torpaqlara Böyük Qayıdışını təmin etmək, erməni faşistləri tərəfindən vəhşicəsinə viran qoyulmuş şəhər və kəndləri dirçəltmək, Qarabağda müasir, yüksək səviyyədə həyat şəraiti təmin etmək istiqamətində dövlətimiz fövqəladə zəhmətlər reallaşdırır. Din xadimlərinin unudulmaz Ağdam, Şuşa səfərləri zamanı viran qoyulmuş məscidlərimizi, xristian məbədlərini görmək nə qədər kədərli idisə, Şuşada əsası qoyulmuş yeni, möhtəşəm məscid binasının təməlini, bərpa və yenidən qurulan məscid və məbədləri görmək bir o qədər fərəhvericidir. Füzulidə fəaliyyətə başlamış Beynəlxalq hava limanı, Şüşaya aparan Zəfər yolu qalib Azərbaycan dövlətinin iqtisadi qüdrətinin təcəssümüdür. Uca Allahın köməyi ilə, müdrik dövlət rəhbərimiz Zati-aliləri cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz səyləri ilə, əminik ki, ən qısa zamanda Azərbaycanın Qarabağ torpaqları öz yeni, gözəl görkəmi ilə hər birimizi sevindirəcəkdir.

Bizim Vətən müharibəmiz, qələbəmiz qlobal əhəmiyyətli, dünya siyasətinin gedişatına təsir edən, yeni düzən yaradan bir zəfərdir — haqqın, ədalətin şər üzərində qələbəsidir. Bu, İslam ümməti adına böyük qələbədir. Qardaş Türkiyə dövlətinin siyasi-mənəvi dəstəyi, dost yardımı, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladıqları Şuşa Bəyannaməsi tarixdə qalacaq əsl qardaşlıq örnəyidir. Fürsətdən istifadə edərək, Vətən mücadiləmizdə bizə dəstək verən, haqqımızı müdafiə edən istər müsəlman, istər xristian dövlətlərinə, dost, qardaş ölkələrə bir daha minnətdarlığımızı ifadə etmək istərdim.

Dindarlarımız, xüsusən, din xadimlərimiz həmin mübarək, taleyüklü günlərdə gecəli-gündüzlü xalqın yanında oldular, əsgərlərimizə, onların ailə və yaxınlarına dini-mənəvi xidmət göstərdilər. Bu, bizim din xadimi olaraq mənəvi vəzifəmiz, vətəndaşlıq borcumuzdur. və biz bu vəzifəmizi hər zamankı kimi layiqli şəkildə həyata keçirdik. Din xadimlərimiz sırasında öz vəzifə borcunu yerinə yetirərkən şəhid olanlar oldular. Fəxarətdoğurucu haldır ki, möhtərəm dövlət başçımız İlham Əliyev cənabları mədəniyyət mərkəzimiz Şuşanın Cıdır düzündə etdiyi tarixi çıxış zamanı Azərbaycan dindarlarının Vətən müharibəsində qazanılan Zəfərdə töhfəsini xüsusi qeyd etdi.

QMİ sədri deyib ki, bu gün İslam tarixində böyük önəmi olan bir gün — şəhidlik məktəbinin ali nümayəndəsi Həzrəti Hüseyn əleyhissəlamın şəhadətinin 40-cı günü - Ərbəin qeyd olunur. Bu günün özəlliyi və əhəmiyyəti 1400 ilə yaxın müddət ərzində ümmətin yaddaşında qorunub saxlanılan, iman və ədalət uğrunda şəhidliyə hazır olmağın rəmzi kimi yad edilməsindədir. Bu fəlsəfəsini gözəl dərk edən və ona dəyər verən xalqımız bu ilki Ərbəini tarixinin möhtəşəm ildönümü günündə qeyd edir. Vətən şəhidlərimizin Anım gününün məhz bu tarixə təsadüf etməsinin özündə də bir ilahi hikmət vardır. Zəfəri bizə bəxş edən şərafətli şəhidlərimizin anaları başlarını dik tutsunlar, Vətən onların Allahın cənnətinə ucalmış övladları ilə fəxr edir, qürur duyur. Müqəddəs Kitabımızda buyurulduğu kimi: "Allah yolunda şəhid olanları əsla ölü zənn etməyin! Əksinə, onlar diridirlər və onlara Rəbbinin cənnət ruzilərindən əta olunur" (Ali-İmran, 169)

Bu gün Vətən müharibəmizin Anım gününü - birinci ildönümünü və Ərbəini yüksək ehtiramla qeyd edən xalqımıza Allah əcr versin! Kərbəla şəhidlərinə, Vətən şəhidlərinə Allah-Təala rəhmət eləsin! Uca Allah hər zaman xalqımıza yardımçı olsun, müdrik dövlət rəhbərimizi və Azərbaycanımızı qorusun, qəhrəman Ordumuzu və dövlətimizi müzəffər qərar versin! Amin!


Paylaş



Bölmə: Şəhidlər / Sosial / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!