İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 29-08-2022, 19:23
Şəhid və qazi ailələri ilə görüş keçirilib


Şəhid və qazi ailələri ilə görüş keçirilib

Kəlbəcər rayon İcra Hakimiyyətinin və​ YAP Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə, yeni dərs ilinin başlanması ərəfəsində Vətən müharibəsi​ şəhidlərinin və qazilərinin övladlarına zəruri məktəbli ləvazimatları təqdim edilib. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev, rayon ictimaiyyətinin nümayəndələri, şəhid, qazi ailələri və övladları iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı Azər Qocayev şəhidlərimizin şərəfli döyüş yolundan söz açıb, onların qəhrəmanlığından bəhs edib.Eyni zamanda qazilərimizin 44 günlük Vətən müharibəsinə göstərdiyi, fədakarlıqdan, rəşadətdən söz açaraq bildirdi ki, onlar öz şəhid qardaşlarının və öz qanlarının​ qisasını düşməndən layiqincə alıblar. RİH başçısı onuda qeyd edib​ ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütün təsirlərə qarşı qətiyyət və sarsılmaz iradə nümayiş etdirərək, xalqını bir amal uğrunda birləşdirmiş, rəşadətli əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, şücaəti hesabına düşmənin başına sarsılmaz dəmir yumruq endirilmiş və tarixi zəfər qazanılıb. Eyni zamanda bildirilib ki, qəhrəman oğullarımız əsl fədakarlıq və qəhrəmanlıq göstərərək öz həyatları bahasına torpaqlarımızı düşməndən təmizləyib, Azərbaycan xalqına qələbə sevinci bəxş etdiribdir. Məhz bunun nəticəsidir ki, Respublikamızın hər yerində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətli Azərbaycan bayrağı dalğalanır.Necə ki, Azərbaycan var, üç rəngli şanlı bayrağımız səmalarda dalğalanır , şəhidlərimizdə hər zaman var olacaqdır və daima xatırlanacaqdır.Bu gün dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhidlərimizin əziz xatirəsini daima uca tutaraq, şəhid ailələrinə və qazilərimizə xüsusi diqqət və qayğı göstərir. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində qazandığı zəfərlə hərb tarixinin yeni və şanlı salnaməsini yazdığını bildirdi. O, rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olunduğunu, haqq, ədalətin yerini tapdığını vurğulayıb. Vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. Ulu Tanrıdan şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.Eyni zamanda vurğulayıb ki şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir. Yekunda Şəhid ailələri və qazilərin​ məktəbli övladlarına, məktəbli çantası və zəruri dərs ləvazimatları hədiyyə olunub, yeni tədris ilində onlara dərslərində uğurlar arzulanılıb.







Paylaş



Bölmə: Şəhidlər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!