Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 22-01-2018, 15:57
Yusifi tanımayanlara

Yusifi Tanımayanlara
Öz sözümü deməzdən əvvəl müəllimimiz Nəsir Əhmədlinin tələbəsi, həmkarımız Yusif Rzayevin 50 yaşına yazdığı ürək sözlərini təqdim edirəm

Yusifi tanımayanlara

Nəsir Əhmədli

Çağdaş Azərbaycan jurnalistikasının və publisistikasının bulaq suyu kimi saf kişilərindən biri olan Yusif Rzayevin 50 yaşı tamam olur.
Yusif bəyin Ələkbər Salahzadəyə həsr olunmuş “Ölçü vahidi” adlı bir yazısı var. Allah Ələkbər Salahzadəyə rəhmət eləsin, Yusifə uzun və sağlam ömür versin. O yazını oxuyanda elə bildim, Yusif öz portretini cızıb. Ələkbər Salahzadə kimi (Torpağı sanı yaşasın) Yusif Rzayevin də adı cəmiyyətin müxtəlif təbəqələri üçün çox az informasiya verir. Məclislər olub ki, çağdaş jurnalistikadan, publisistikadan söz düşəndə Yusifin adını çəkmişəm və “dərhal neçə cüt gözün təəccüblə üzümə zilləndiyini görmüşəm. Düzü, belə məqamlarda həmsöhbətlərim mənə o qədər maraqsız görünüblər ki, nəinki əlavə izahat verməyə, ümumiyyətlə, söhbətə davam eləməyə də həvəsim, taqətim qalmayıb”.

Ələkbər Salahzadə kimi Yusif Rzayev özü də “bu mənzərədən qətiyyən narahat deyil”. Başını sallayıb xımır-xımır öz işini görür, Vətənə, Millətə, varlığı qədər sevdiyi jurnalistikamıza haysız-küysüz, lal axan su kimi umacaqsız xidmət edir. Yusif bəyin çox zəngin daxili aləmi var. Bu aləmə onun yalnız yaxın dostları və iş yoldaşları bələddir. İncə zarafatları, müdrik davranışı, sözə zərgər münasibəti, 25 illik jurnalistlik təcrübəsini gənc qələmçilərə damcı-damcı “içirtmək” ustalığı məni valeh edir. Ədəbiyyatı, özəlliklə də poeziyanı dərindən duyur, dərindən sevir.
Təbrik edirəm!
Nəsir müəllimin yazdıqlarına tək bircə fakt əlavə etmək istəyirəm. Milli Azadlıq hərəkatımız qələbə ilə başa çatandan sonra yeni müstəqil və rəsmi mətbu orqanlarımız yaranmağa başlamışdı. Bir gün Yusiflə rastlaşdıq. Dedi Nazirlər Kabinetinin orqanı- “Respublika” qəzeti təsis olunur, gəl bir yerdə işləyək. (Mən onda “Sovet Kəndi” qəzetində şöbə müdiri idim.) Cavab verdim ki, axı orda dostlarım var, onlardan necə ayrılım? Neçə nəfər olduğumuzu soruşdu. 4 nəfərik, deyə bildirdim. Buyurdu ki, dostlarını da gətir. İlham Məmmədlini, Xeybər Göyyallını və Vaqif Bünyadovu götürüb getdim. Dördümüzün əmrini birdən verib, işə qəbul etdi. Bir az işləmişdik, eşitdim ki, baş redaktor Yusif işdən gedir. Görüşdük, işdən getməsinin səbəbini soruşdum. Dedi, mən Surət Hüseynovun şəkli, baş nazir olması barədə sərəncam çap olunan qəzetə imza atmaram. O vaxtdan ürəyimdə bir Yusif heykəli ucalıb, onu ölüncə özümlə gəzdirəcəyəm. Doğum günün mübarək qardaş! Müdriklik çağlarında Azərbaycanımızın bütövlüyünə qovuşmaq nəsibin olsun!
Hörmətlə:
Tamxil Ziyəddinoğlu

"Bütöv Azərbaycan" qəzeti
18 Yanvar 2018-ci il


Yusifi tanımayanlara


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!