Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 20-05-2019, 15:19
Ermənilər özlərinə necə tarix uydurub? - Fransız tarixçidən şok

Erməni tarixçilərinin illərlə çalışdıqları Qafqaz və Anadolu ərazilərində türklərin varlığını danmaq, ermənilərə qədim bir tarix yazmaq idi.
Kult.az xəbər verir ki, bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, tarix boyu düşmənimizin arxasında xristianlıq adından sui-istifadə edən bəzi keşişlər dayanıb:
“1916-cı ildə Venesiya şəhərində dünya ermənilərinin toplantısı keçirilir. Təşkilatçı Fransada anadan olan, Vatikan tərəfindən Venesiya şəhərində baş keşiş təyin edilən Arşak Çobanyan idi.
Toplantının əsas məqsədi “Türksüz Qafqaz” ideyası altında erməni xalqı üçün “qədim Qafqaz evi” tikmək idi. Yəni erməni tarixi yazılması istiqamətində güc ortaya qoyaraq Qafqaz və Anadolu ərazilərində türklərin varlığını danmaq, ermənilərə qədim bir tarix yazmaq idi. Məqsəd Kilikiya kilsəsində tərtib edilən xəritədə Kiçik Asiyada yerləşdirilmiş “Hayastan” ölkəsini “Armeniya” adı ilə Azərbaycan türklərinin qədim Qafqaz coğrafiyasında olan torpağına köçürmək idi. Nəticə öz effektini qısa zamanda verdi, Fransa siyasi dairələrinin dəstəyi ilə “erməni tarixi” adlı əsərlər dünyada yayılmağa başladı və 1918-ci ildə Azərbaycan ərazilərində ilk olaraq Ermənistan Respublikası, iki il sonra isə 9 noyabr 1920-ci ildə rusların dəstəyi ilə “Erməni Sovet Sosialist Respublikası” yaradıldı. İrəvan və Zəngəzur torpaqlarının hesabına”.
Tarixçi alim ermənilərin saxta tarix yazması haqqında faktlardan danışıb:
“Arşak Çobanyan Vatikanda olan əlaqələrdən istifadə edərək, "erməni tarixi" adı ilə və guya qədim erməni keşiş-tarixçisi M.Xorenatsinin adından olan "əlyazmaları" orda arxivlərdə saxlamağa nail olur. O, din xadimi toxunulmazlığından yararlanaraq bütün əsas ölkələrin arxivlərinə yol açır və həmin arxivləri qısa zaman ərzində yazılan saxta tarixi kitabları və sənədlərlə doldurur. A.Çobanyanın erməni tarixi yazdırmaq üçün ilk yaxınlaşdığı fransız tarixçisi De Morqan olub. Həmin fransız tarixçi sonralar “erməni keşişləri başqa xalqlara məxsus olan əfsanələr hesabına tarixən bir qarış coğrafi ərazidə müstəqil dövlətləri olmamış babalarına əfsanəvi “dövlət” yaratmağa çalışırlar", - deyə qeydlər yazıb”.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!