Zelenski kameralar önündə üzr istəməlidir - Vaşinqtondan tələb .....                        Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq .....                        Şəhidin ata-anası dəm qazından öldü .....                        Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil .....                        Azərbaycanın BMT qurumları ilə yeni əməkdaşlıq modeli açıqlandı .....                        Bu oğlan sülh istəmir - Tramp Zelenskiyə söz atdı .....                        Gürcüstan MDB sazişindən çıxdı .....                        İlham Əliyevə məktub yazmaq istəyirdim, Paşinyan qoymadı - Arayik .....                        Arayik məhkəmədə etiraf etdi: "Təəssüf edirəm.." .....                       
Tarix : 4-06-2014, 16:46

Dərmanlar keyfiyyətini bu cür itirir

Çoxlarımız xəstələnəndə müalicənin effekt vermədiyindən şikayət edirik. Səbəbi isə çox zaman həkimlərdə axtarırıq. Düzdür müəyyən mənada peşəsinin öhdəsindən layiqincə gələ bilməyən həkimlərimiz də var. Lakin səbəbi həmişə onlarda axtarmaq həm haqsızlığa, həm də qeyri-obyektivliyə gətirib çıxarır.

Araşdırmalar onu göstərir ki, effekti olmayan, və ya az effekti olan müalicənin başında duran səbəblərdən biri də medikamentlər- yəni dərmanlardır.

 

Ölkəyə idxal olunan dərman preparatlarının keyfiyyət göstəricilərinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin nəzarətində olduğunu nəzərə alıb, onun sonrakı mərhələsini, təchizatçı şirkətlərin anbarlarında, apteklərdə təyinatına uyğun müştərisini gözləyən vaxta diqqət yetirməliyik. Bu, dərman preparatlarının saxlanma qaydasına nə dərəcədə riayət edilməsi deməkdir.

Saxlanma qaydaları, temperatur, rütubətlilik amilləri dərmanın keyfiyyətinə əhəmiyyətli dərəcə də təsir göstərir.

Apardığımız araşdırmalar nəticəsində əldə olunan məlumatlara əsasən, ölkə ərazisində fəaliyyət göstərən apteklərin əksəriyyətində dərmanların saxlanma qaydalarına demək olar ki, əməl olunmur. Dərman preparatları ya soyuducuda, ya da işıq düşən rəflərdə saxlanılır. Soyuducunun standart mənfi temperaturda, rəflərin isə aptek personalının rahatlığı üçün təyin olunmuş temperaturda olması bütün mətləblərə aydınlıq gətirir. Halbuki, müxtəlif tərkibə malik dərman preparatlarının saxlanma temperaturu da müxtəlifdir. Hələ dərman preparatlarının apteklərə hansı şəraitdə çatdırılmasından danışmırıq. Yük avtomobillərində formalarına yığılan dərmanların hansı temperaturda daşınması isə heç kəsə məlum deyil.

Saxlanma qaydalarına əməl olunmaması isə dərmanın xassələrinə mənfi təsirini göstərir. Mütəxəssislərin sözlərinə görə, dərman preparatı bu halda nəinki keyfiyyətini itirir, hətta zəhərlənməyə, bəzən ölümə belə gətirib çıxarır. Halbuki, dərman preparatlarının əksəriyyəti satışa çıxarılmamışdan əvvəl yararlı olması barədə aidiyyatı qurumun sertifikatı ilə təmin olunur.

Nəticə etibarı ilə hər hansı xəstəlikdən müalicə olunmaq üçün istifadə etdiyimiz dərmanların dərdimizə çarə olmadığında onların hansı şəraitdə saxlandığı ağlımızın ucundan belə keçmir. Hansı ki, müalicəyə başlayanda sağalacağımıza ümidimiz böyük olur.

Ceyhun Piriyev



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!