Balaca adamın yekə buketi .....                        Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək .....                        KTMT qatardır, qabağında Rusiyadır - Elmar Məmmədyarovdan Ermənistanla bağlı ŞOK AÇIQLAMA .....                        "Nizami"nin divarlarını yazanlar məlum oldu .....                        Pezeşkian Trampın təhdidinə belə CAVAB VERDİ .....                        Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                       
Tarix : 25-02-2020, 09:28
UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu - FOTOLAR

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı səhnələşdirdiyi “Arzu və Murad” tamaşası nümayiş olunub.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, UNEC-in yaradıcı və istedadlı tələbələrinin rol aldığı tamaşa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunub. Səhnə əsərinin premyerasında UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti ilə yanaşı, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Rejissoru UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğlu, quruluşçu rejissoru isə Vahid Orucoğlu olan tamaşada rolları UNEC Tələbə Teatrının üzvləri Yasin Əhmədov, Heyran Mehdiyeva, İlham Quliyev, Aslan Əzimzadə, Rəşad Aslanov, Nigar Ağayeva, Gülnur İmanova, Nərmin Zeynallı canlandırıblar. Tamaşada Xocalı faciəsinin 2 gəncin həyatına vurduğu ağır mənəvi zərbələrdən, yaşatdığı acılardan bəhs olunub. Gərgin dram və faciənin yaşandığı tamaşa izləyənlərə duyğulu anlar yaşadıb.
Qeyd edək ki, Xocalı soyqırımı ilə bağlı UNEC-də, eləcə də universitetin Zaqatala filialında və Maliyyə İqtisad Kollecində silsilə tədbirlər keçirilib, rəsm sərgisi təşkil edilib. UNEC-in əsas tədris binasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan "Xatirə ağacı" ziyarət olunub.
UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu - FOTOLAR
UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu - FOTOLAR
UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu - FOTOLAR


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!