Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
Tarix : 19-04-2019, 09:26
UNEC alimlərinin dünya elminə töhfəsi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitunun direktoru, professor Yadulla Həsənli və UNEC Biznes Məktəbinin direktoru, Harvard Universitetinin Davis Rusiya və Avroasiya Araşdırmalar Mərkəzində (Beyin Mərkəzində) oktyabr, 2017- sentyabr, 2018-ci il tarixində dəvətli tədqiqatçı, dosent Nazim Hacıyevin “Neftin dünya bazar qiyməti: təsir edən amillər və proqnozlaşdırma (“World Market Price of Oil: Impactıng Factors and Forecastıng (SpringerBriefs in Economics))” kitabı dünyanın tanınmış nəşriyyat evi və Elmi nəşrlərin Sosial-iqtisad və Təbiət Elmləri (SENSE) sahəsində resenziyalı yüksək kateqoriyalı Springer nəşriyyatı tərəfindən çap edilib.
Butov.az-ın Modern.az-a istinadən məlumatına görə, kitabın elmi redaktoru Harvard Biznes Məktəbinin professoru və Davis Rusiya və Avroasiya Araşdırmalar Mərkəzinin (Beyin Mərkəzi) direktoru, professor Ravi Abdelal və Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad Səmədzadə, elmi rəyçiləri isə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və AMEA-nin İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, AMEA-nin müxbir üzvü, İspaniya Kral Akademiyasının akademiki Qorxmaz İmanovdur.
Kitabda qlobal iqtisadiyyatda baş verən yeni tendensiyalar və çağı­rışlar fonun­da mühüm stra­­­teji əhəmiyyət daşıyan xam neftin dünya bazarlarında qiymətinə təsir edən amil­lə­r, 2020-ilə qədər neftin dünya bazar qiyməti və ilk dəfə olaraq Azərbaycan neftinin (AzərLayt) dünya bazar qiymətinin orta və uzunmüddətli dövr üçün elmi və praktik ba­xım­dan əsaslan­dırılmış proqnozlaşdırmağa imkan verən ekonometrik (ARIMA, Trend və Hibrit) model­lə­ri qurulub.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!