İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 15-12-2020, 13:22
Naxçıvan Azərbaycandan Türkiyəyə göndərilən qazla təmin oluna bilər

İğdır-Naxçıvan boru kəməri tikildiyi halda, Naxçıvan Muxtar Respublikasının təbii qaz ehtiyacları Türkiyəyə göndərilən Azərbaycan qazının bir hissəsi vasitəsilə təmin edilə bilər.

Butov.az xəbır verir ki, bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bu gün "Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu"nun imzalanması məsələsini şərh edərək deyib.

İ. Əhmədov hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatının İranla svop əməliyyatları əsasında həyata keçirildiyini xatırladıb. Söhbət illik 300-400 mln. kubmetr qazdan gedir.

"Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün belə bir kəmərin tikintisi məsələsi uzun müddət əvvəl gündəmdə idi və son zamanlarda bu mövzu yenidən aktuallaşıb", - deyə, İ. Əhmədov qeyd edib.

Onun sözlərinə görə, bütün bunlar iki ölkə arasında müvafiq memorandumun imzalanması uçun zamin yaradı: "Burada hər hansı konkret müddət və maliyyə qərarlarından söhbət getmir. Yəqin, müvafiq qərarlar gələcəkdə verilə bilər, bu məsələyə gələcəkdə baxıla bilər. Hazırda isə imzalanan məhz anlaşma memorandumudur".

Qeyd edək ki, Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti hələ yayda İğdır-Naxçıvan qaz kəmərinin tikintisi çərçivəsində tədqiqat və mühəndislik işlərini aparacaq şirkətin seçimi üzrə tender elan edib. Məlumata əsasən, tender diametri 12 düym, uzunluğu isə təxminən 82 km olacaq qaz kəməri üzrə ərazi-tədqiqat, xəritə və müfəssəl mühəndislik işlərini əhatə edir. İşlər 270 gün ərzində həyata keçirilməlidir.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!