İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 9-10-2021, 16:05
Elmar Həsənli: Ermənilərin  səfi  pozulan «durna qatarı»


Deyəsən 70-80-ci illərdə də «Krunk» adlı bir təşkilat yaratmışdılar, həm xaricdə, həm də Sovet İttifaqında, həm də Azərbaycanda yaşayan ermənilər imkanları daxilində gizli yollarla bu təşkilata pul ödəyirdilər. Xankəndində və ətraf ərazilərdə yaşayan erməni ziyalıları, yazıçıları, şairləri bunu bir ədəbi təşkilat kimi bizə sırıyırdılar. Bu təşkilatın da üzdə, başında duranlar Azərbaycanın Yazıçılar İttifaqının üzvü olan və olmayan erməni yazarları idi.
Əslində isə Xankəndində yaşayan və yüksək vəzifələr tutan mafiozlar idi. Son illərdə təşkilata Robert Köçəryan rəhbərlik edirdi.
«Krunk» - Azərbaycan dilində «durna» deməkdir. Təşkilatın simvolu da «durna qatarı» idi.
Separatçıların bayrağı əslində Ermənistanın dövlət bayrağıdı. Və həmin bayraq da durna qatarı ilə iki yerə bölünüb: böyük və kiçik hissə. Mənası da odur ki, Dağlıq Qarabağ Ermənistanın bir hissəsidir və durna qatarı onu Ermənistana birləşdirir.
Gəncə qapısının üstündə də həmin simvol öz əksini tapıb. Yəni ermənilər çox ustalıqla Gəncə qapısını durna qatarı ilə bəzəyiblər və bizlər də bunu elə sadəcə bəzək kimi qəbul edirik.
Hazırda Qalada sürətlə bərpa işləri gedir. Yaxşı olar ki, bərpaçılar bu məsələni diqqətə alsınlar və «Krunk»un simvolunu Gəncə qapısından silsinlər.
Həm Gəncə qapısının şəklini, həm Ermənistanın dövlət bayrağının, həm də separatçıların bayrağının şəkillərini təqdim edirik.



Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!