Naxçıvanda 5 maşın toqquşdu - Hadisə yerindən FOTOLAR .....                        İran uranı zənginləşdirməyə davam edir .....                        Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı .....                        Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək .....                        COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir - Prezident .....                        COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                       
Tarix : 11-02-2022, 07:45
Nuray Nəzərova yazır: "Qəribə şəhərin  qəribə keşikçisi"

Qəribə şəhərin qəribə keşikçisi
1700 il öncə Qəribə şəhərin, qəribə dənizinin ortasında bir qüllə inşa edilir. Bu qəribə şəhərin, qəribə insanları üçün bu qüllə o qədər də maraqlı görünmür. Amma hər necə olursa olsun, yaradılan hər şeyin bir yaşam hekayəsi var.
Qəribə şəhərin qəribə insanları bu maraqsız qülləyə “Keşikçi” adını verir. Çünki, bu Keşikçi, dənizin azğın sularında itmiş insanların ümid xəbərçisi idi. Keşikçi tikintisi bitdiyi ilk gündən gəmilərə öz işığı ilə yol göstərməyə başladı. Qəribə şəhər isə öz Keşikçisinin qayğısına qalır, tarix ilk illərdə onu əzizləyir, sərt və amansız üzünü ona göstərmirdi.
Tikildiyi vaxtdan 100 il sonra Qəribə şəhərin amansız hökmdarı Keşikçini, əsirlər üçün zindana çevirir. Hökmdarın bütün qələbələrində Keşikçi qalibiyyətin çirkin üzü ilə tanış olur. Əsir götürülən qızlar, gəlinlər namusları ləkələnməsin deyə özlərini Keşikçinin qəlbindən Qəribə dənizin azğın sularına qərq edirlər. Möhtəşəm qələbələrin çirkinliyini görən Keşikçi tarixin qəddar üzü ilə ilk dəfə belə tanış oldu.
Keşikçi son qonağını qoynuna aldığında artıq 200 yaşı tamam olmuşdu. Hələ də əsirlərin saxlandığı qüllə idi. Bu vəziyyət Keşikçinin ürəyincə olmasa da bildiyi bir həqiqət vardı. Yaşadığı 200 il ərzində divarlarında taleyi ilə vidalaşan insanların hekayələrini saxlayırdı. Bu hekayələrədə, “xoşbəxt günlərin xəbərçisi” olan Keşikçi “bədbəxtliyin ilk pilləsi” idi.
Dünya qalır, tarix öz çarxı ilə fərqli insanlar gətirir, yaşadır və yenidən öldürür. Yaşadığı zamanın 250 -ci ilində Keşikçini bir başqa hökmdar “yanğın qülləsi”nə çevirir. Keşikçi şəhərin elə bir yerində inşa olmuşdur ki, burdan rahatlıqla yanğın olan hər yeri görmək mümkün idi. Amma bu dəfə Keşikçini başqa bir talesiz hadisə gözləyirdi. Özü yanğın xəbərçisi ikən, iki dəfə yanır. Ayağından başına qədər. Bu hadisədən sonra Qəribə şəhərin, qəribə sakinləri Keşişçinin çöküb yox olacağını gözləyir. Lakin hər bir kərpicinin od tutub yanmasına rəğmən Keşikçi tarixə əlvida demir, ömrünün ən böyük üçüncü hökmdarını görür. O, Keşikçini təmir etdirir və qülləsi Allaha yaxın olduğundan onu Rəsədxanaya çevirir.
Üç yüz yaşlı Keşikçi xoşbəxt idi. Onun vasitəsilə, ulduzlar, planetlər kəşf edilir, səma Keşikçiyə daha yaxın olurdu. Günlər, aylar keçir. Gəl zaman, get zaman, ömrünün altı yüzüncü ilində iki böyük yanğın görən Keşikçi bu dəfə zəlzələ ilə tanış olur. 5 yerdən möhkəm zədə alır. Qəribə şəhər zəlzələdən yerlə yeksan olur. Hər yer çökmüş, insanlar kərpiclərin altında əzilmişdi. Qəribə şəhərin qəribə Keşikçisi bu dəfə də öz möhkəmliyini qoruyur. Lakin qəribə şəhərin sakinləri onun qəfildən çökəcəyini gözləyirdi. O, çılğın dənizin azğın sularına gömülmədi.
Sevimli hökmdarı Keşikçini bu vəziyyətdən qurtarır. Onu təmir etdirir. Keşikçi yaşının səkkiz yüzüncü ilində hələ də rəsədxana idi. Qülləsindən beş böyük yara almasına rəğmən, göyləri, dənizləri, ulduzları fəth edirdi. Gəl zaman, get zaman, Qəribə şəhərin, qəribə dənizində misli görünməmiş fırtına qopur. Sanki dəniz ulduzlara yaxın olduğu üçün Keşikçiyə paxıllıq edirdi. Və bu paxıllığı fırtınası ilə Keşikçinin üzünə vururdu. Ən böyük yaranı bu dəfə dənizdən alır Keşikçi. Fırtına qülləsini dağıdır. Keşikçi bununla vəzifəsini icra edə bilmir. Nə düşünəcəyini, nə edəcəyini bilmir. Fikirləşir ki, yəqin dəniz öz hirsini ondan belə çıxarır.
Bir neçə əsr beləcə viranə qalır Keşikçi. Qəribə şəhərin özü qədər qəribə sakinləri Keşiçini hər gördüklərində “sağ qalmayacaq, dağılıb gedəcək” deyirdi. Bu dəfə Allah Keşikçi ilə ədavətinə son verir. Ona qülləsini bərpa edəcək kral göndərir. Ömrünün min iki yüzüncü ilində Keşikçinin qülləsi bərpa edilir. Amma bu dəfə dənizlərin yol göstərəni, səmaların ənginliklərini kəşf edən deyil, Qəribə şəhərin qoruyucusuna çevrilir. Bu vəzifə keşişçinin tam da adına uyğundu. O, yenə dənizi seyr edir, düşmən gəmilərinin şəhərə gəlib- gəlmədiyini xəbər verirdi.
Kral Keşikçini göz bəbəyi kimi qoruyurdu. Aldığı yaraları bərpa edir, əzizləyir, hər zaman ona qonaq gəlirdi. Keşikçi həyatının min iki yüzüncü ilini olduqca xoşbəxt yaşayırdı. Təəssüf ki, Keşikçinin xoşbəxtliyi çox sürmür. Ömrünün min üç yüzüncü ilində Keşikçi yüzilliklərin ən böyük beç müharibəsi ilə qarşı-qarşıya qalır. Üç yüzillikdə on beş müharibə və yüzdən artıq top yarası. Keşikçi sağdı, ayaqdaydı, çökməmişdi. Sakinlərin çökəcək deyib, yaxın durmadığı Keşikçi yüzdən artıq top yarası ilə sağlamdı.
Qəribə şəhər öz məğrur Keşikçisinə heyran idi. Gec də olsa, ona aşiq olmuşdu. Bu dəfə Qəribə şəhər dua edirdi keşişçisi üçün. Yaşadığı min yeddi yüz il ərzində Keşikçi tarixin müharibəsinə, zəlzələsinə, topuna, tufənginə, dənizinin fırtınasına rəğmən qalib gəlmişdi. Bəs indi, indi nə edir bizim Keşikçi?
Keşikçi indi insanların sevgi dolu anlarını bölüşdüyü çay baxçasıdır. İnsanlar onun qülləsinə qalxır, isti çayını, qəhvəsini yudumlaya-yudumlaya Qəribə şəhərin, qəribə dənizini seyr edir.
Nuray Nəzərova



Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!