MDB-nin Daxili İşlər Nazirləri bu ölkədə toplanacaq .....                        Makronun xanımının "kişi" olduğunu iddia edənlər həbs olundu .....                        Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                       
Tarix : 19-11-2023, 21:05
AMEA-da “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma” kitabının təqdimatı keçirilib

AMEA-da “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma” kitabının təqdimatı keçirilib - FOTOLAR

Noyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilovun müəllifi olduğu “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma (hüquq və tarix kontekstində)” kitabının təqdimat mərasimi keçirilib.
Kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Müvəkkil Hüquq Mərkəzinin tərəfindən icra olunan "Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində hazırlanıb.

Tədbiri açan Azərbaycan Respublikası Milli Məclisinin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Sadiq Qurbanov məlumat verərək bildirib ki, kitabda Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı, Vedibasar mahalının Hortun kəndinin əhalisinin öz doğma yurdlarından İosif Stalinin qərarı ilə deportasiya edilərək Bərdə rayonunun İmirli kəndində məskunlaşmasının hansı tarixi şəraitdə baş verməsi, deportasiyanın hüquqi aspektləri araşdırılıb və bu aksiyaya məruz qalmış insanların şəxsi hekayələri toplanıb.
Təqdimat mərasimində AMEA-nın vitse prezidenti, akademik Arif Həşimov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili Əziz Ələkbərli, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov, millət vəkilləri İltizam Yusifov, Hikmət Babaoğlu, Arzu Nağıyev, Fatma Yıldırım və tarixçi alim Cəbi Bəhramov çıxış edərək ərsəyə gələn kitabın əhəmiyyətindən və bu istiqamətdə davalı fəaliyyətlərin vacibliyindən danışdılar. Qeyd olundu ki, hazırda Qərbi Azərbaycan irsinin araşdırılması, Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi əsas prioritetlərdəndir. Qeyd edək ki, kitabın məsləhətçi Azərbaycan Respublikası Milli Məclisinin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Sadiq Qurbanov, rəyçisi tarix üzrə fəlsəfə doktoru Leyla Calalova, elmi redaktor tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafadır.

Yekunda çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov qeyd edib ki, layihə çərçivəsində eyni zamanda “Qərbi Azərbaycanlıların tarixi yurdlarından məcburi köçürülməsi, “Qərbi Azərbaycan tarixi vətənimiz”, “Qərbi Azərbaycan kameral təsvirlərdə”, “Zəngəzurun köçürülməsi tarixi ədalətsizlik” və “Dərələyəz mahalı Çivə kəndinin deportasiyası” mövzularında 5 televiziya verilişi hazırlanıb.
Tədbirdə “Kainat- milli- mənəvi dəyərlərin təbliğinə dəstək” ictimai birliyinin sədri, İrəvan şəhər icmasının rəhbəri professor Fəridə Səfiyevə, Vaqif Səmədoğlu Mərkəzinin sədri, fəlsəfə doktoru Nüşabə Vəkilova, “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri Lalə Azərtaş, Qərbi Azərbaycan icmasının nümayəndələri, Dərələyəz İcmasından Faiq Xudiyev, Məhəmməd Rəsuloğlu, Möhübbət Səmədoğlu, İman Məmmədov, ictimai – siyasi xadimlər və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.
Fotolar




Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!