Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 23-02-2016, 15:58
24 fevralda gözlənilən hava şəraiti


HAVAXEBER xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam yağıntılı olacağı, bəzi yerlərdə az qar yağacağı gözlənilir.
Bakıda gecə 0-a yaxın, gündüz 4-6° isti təşkil edəcək.
Atmosfer təzyiqi 774 millimetr civə sütununa bərabər, nisbi rütubət 85-95 faiz olacaq.

Azərbaycanın şimal və şərq rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, zəif qar yağacağı ehtimalı var.
Temperatur gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var.
Temperatur gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 5-10°, gündüz 0-4° şaxta olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.
Temperatur gecə 1-4° , gündüz 4-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!