Paşinyan Qarabağ ermənilərinə çağırış etdi .....                        Paşinyan NATO baş katibinin müavinini qəbul edib .....                        Şahruddin əməliyyat olundu .....                        Kupyansk Rusiyanın nəzarətində qalır - Zaxarova .....                        Bəylər Eyyubova xüsusi imtiyaz verildi .....                        Yeni sədr kollektivə təqdim olundu .....                        Dövlət hesabına dərmanlar: Pozitiv siyahı mərhələli şəkildə artacaq .....                        Narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxundu .....                        Qubada ana və övladını avtobus vurdu .....                       
6-11-2024, 14:13
İlham Əliyev Trampı təbrik etdi


İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampa təbrik məktubu göndərib. Təbrikdə deyilir:
"Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.
Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.
Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim.
Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.
Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
6-11-2024, 14:07
Bu gecədən bəzi yollar bağlanır


Bu gecədən bəzi yollar bağlanır

8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Qeyd edilib ki, hərəkətin məhdudlaşdırılması “Zəfər” abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
"Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur", - deyə məlumatda vurğulanıb.
6-11-2024, 13:55
Ərdoğan İlham Əliyevin Şuşa sammitindəki təklifini xatırlatdı


Ərdoğan İlham Əliyevin Şuşa sammitindəki təklifini xatırlatdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Bişkekdə keçirilən sammitində ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün nəqliyyat dəhlizlərindən, xüsusilə də Orta Dəhlizdən istifadə etmək və inkişaf etdirmək lazım olduğunu bildirib.
Bu barədə xarici KİV məlumat yayıb.
«Şuşa sammitində Azərbaycan Prezidenti (İlham Əliyev — red.) Orta Dəhlizdən səmərəli istifadə üçün xüsusi nümayəndə təyin etməyi təklif edib», — Ərdoğan xatırladıb.
Türkiyə lideri bu rolda Türkiyə Respublikasının namizədliyini irəli sürməyə hazır olduğunu bildirib. O, həmçinin Türk Dövlətləri üzvləri əhalisinin (175 milyon) və 1,2 trilyon dollar səviyyəsində ticarətin imkanlarını vurğulayıb.
Dünya Bankının məlumatına görə, Orta Dəhliz Çin və Qazaxıstanı Dostıq dəmir yolu stansiyası və ya Horqos keçidi ilə birləşdirən və sonra Qazaxıstandan keçərək Aktau stansiyasına, daha sonra Xəzər dənizindən keçərək Bakı/Ələt limanına gedən dəmir yolundan ibarətdir. Sonra dəhlizin marşrutu Azərbaycan və Gürcüstandan dəmir yolu ilə keçir, daha sonra dəmir yolu ilə Avropaya, Türkiyəyə qədər davam edir və Qara dənizdən keçir.
6-11-2024, 13:49
Türk Dövlətləri Təşkilatının yeni bayrağı


Türk Dövlətləri Təşkilatının yeni bayrağı

Türk Dövlətləri Təşkilatının (TDT) yeni bayrağı qəbul edilib.
Bu barədə Türk Dövlətləri Təşkilatının Bişkekdə keçirilən Dövlət Başçılarının 11-ci Zirvə görüşündə qərar qəbul olunub.
Türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərləri nəzərə alaraq və çoxşaxəli əməkdaşlığın, qarşılıqlı tərəqqinin, birlik və həmrəyliyin gücləndirilməsinə sadiqliyini təsdiq edərək, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının 22 avqust 2012-ci il tarixində Bişkekdə keçirilmiş iclasının Memorandumuna əsasən, Dövlət Başçıları Şurası aşağıdakılar barədə qərar qəbul edib:
1 və 2 nömrəli əlavələrdə göstərildiyi kimi, Türk Dövlətləri Təşkilatının bayrağı onun təsviri ilə birlikdə qəbul edilsin və bu Qərarın 1-ci bəndinə uyğun olaraq, digər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bayraqlarının rəng sxemlərinin Türk Dövlətləri Təşkilatının bayrağına uyğunlaşdırılmasına davam edilsin və bu təşkilatların yenilənmiş bayraqları qəbul edilsin.
6-11-2024, 13:44
Paşinyan da Trampı təbrik edib


Paşinyan da Trampı təbrik edib

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti seçilən Donald Trampı təbrik edib.
Bu barədə Paşinyan özünün sosial media hesabında yazıb.
“Biz ikitərəfli strateji münasibətlər qurmaq üçün birgə işləməyi səbirsizliklə gözləyirik”, - o qeyd edib.
6-11-2024, 13:15
"Dostum... " - Ərdoğandan Trampa təbrik


"Dostum... " - Ərdoğandan Trampa təbrik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin prezidenti seçilən Donald Trampı təbrik edib.
Bu barədə o, özünün sosial media hesabında yazıb.
"ABŞ-da böyük mübarizədən sonra prezident seçkilərində qalib gələn və yenidən ABŞ prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm", - o qeyd edib.
"Yeni dövrdə Türkiyə-ABŞ əlaqələrinin güclənəcəyini və Fələstin məsələsi və Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional və qlobal böhranların və müharibələrin sona çatacağını ümid edirik. Daha ədalətli dünya üçün daha çox səy göstəriləcəyinə inanıram. Ümid edirəm ki, seçkilər dost və müttəfiq ABŞ xalqı və bütün bəşəriyyət üçün faydalı olacaq", - Ərdoğan əlavə edib.
6-11-2024, 12:53
Sabahın havası


Sabahın havası

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.
Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-5° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 3-7° isti olacaq.
6-11-2024, 12:35
Dünyadakı bütün müharibələrə son qoyacam! - Trampdan ilk AÇIQLAMA


Dünyadakı bütün müharibələrə son qoyacam! - Trampdan ilk AÇIQLAMA

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp Floridada tərəfdarları qarşısında çıxış edərkən qalib gəldiyini bildirib.
“Uşaqlarımızın layiq olduğu güclü, təhlükəsiz və firavan Amerikanı yaratmayana qədər dincəlməyəcəyəm”, - o deyib.
Seçicilər qarşısında çıxışı zamanı Tramp, Ukrayna da daxil olmaqla bütün müharibələrə son qoyacağını bildirib.
Tramp "Vəzifə müddətim ərzində müharibə olmayacaq. Mən müharibələri dayandıracağam. Vəzifəmin 4 ilində müharibə olmayıb" deyib.
Bundan əlavə, o, ABŞ-ın siyasi kursunu 180 dərəcə döndərəcəyini və amerikalıların ölkələrində nəzarəti bərpa etdiyi dövrə qayıtmaq niyyətində olduğunu açıqlayıb. O, həmçinin vergilərin azaldılmasını və neft hasilatının artırılmasını elan edərək, ABŞ-ın Rusiya və Səudiyyə Ərəbistanından daha çox neftə sahib olacağını vəd edib.
Xatırladaq ki, 5 noyabr seçkisində respublikaçı Donald Tramp qələbə üçün lazım olan seçici səslərinin sayını (270) toplayıb ikinci dəfə prezident Ağ Evə qayıdacaq.
Bu qələbə onu Qrover Klivlenddən sonra fasilələrlə ikinci müddətə qalib gələn ilk prezident edib.
6-11-2024, 12:21
“Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində layihələr icra olunur”


“Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində layihələr icra olunur”

“Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb”.
Bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı söyləyib.
Dövlət başçısı vurğulayıb ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilib.
Prezident, həmçinin bildirib ki, Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur.
“Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək”, - deyə dövlət başçısı əlavə edib.
6-11-2024, 12:04
"Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklər"


"Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklər"

Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.
Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəyini xatırladan dövlətimizin başçısı keçən ilin dekabrında 200-ə yaxın ölkənin Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədiyini, bunun beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü olduğunu diqqətə çatdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!