Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
3-03-2025, 18:22
Qanunsuz ağac kəsmə: 3 milyon ziyan dəyib


Qanunsuz ağac kəsmə: 3 milyon ziyan dəyib

Sabirabad və Tərtər rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalar aparılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Sabirabad rayonunda “Azera Toxumçuluq” MMC, “Aran Agro” MMC və digər hüquqi şəxslərin vəzifəli şəxsləri, Tərtər rayonunda isə fiziki şəxlər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydaya zidd olaraq çoxlu sayda yaşıllıqların, o cümlədən ağac və kolların məhv edilməsi nəticəsində təbiətə 3 milyon manata yaxın ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.3 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4 (Ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi külli miqdarda ziyan vurduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.
3-03-2025, 17:54
Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin məzunudur


Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin məzunudur

Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səsyazısı yayılıb. Səsyazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.
Məlumata görə, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedoqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorun səsyazısı ilə bağlı rəsmi məlumat yayıb.
Bildirilib ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub.
Rəsmi şəxslər pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.
Məsələ ilə bağlı araşdırma aparılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Səsyazısı yayılan direktor Lamiyə İlhamsoy ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin məzunudur.
Belə ki, o, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetininin (ABU) Filologiya (ingilis dili) fakultəsini bitirib.
2005-ci ildən 2022-ci il tarixinədək Nizami rayonu 277 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışıb.
2009-cu il tarixindən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2022-ci il tarixindən Bakı şəhəri Pirallahı rayonu N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universiteti 1997–2010-cu illərdə fəaliyyət göstərib. ABU-nun fəaliyyəti 2010-cu ildə təhsil nazirnin əmri ilə dayandırılıb və lisenziyası ləğv edilib.
3-03-2025, 17:36
Ana azyaşlı qızını döyüb küçəyə atdı: araşdırma başladı


[b]Ana azyaşlı qızını döyüb küçəyə atdı: araşdırma başladı[/b]

Azərbaycanda ana azyaşlı qızına şiddət göstərib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni paylaşım edib.
Bildirib ki, qadın körpəni kəmərlə döyüb, həyətə atıb: "Aidiyyatı qurumlara göndərmişəm. "Ana" telefonları açmır, amma yəqin ki, izləmək olar. Ana isə məcburi müalicəyə göndərilməli, valideyn hüquqları məhdudlaşdırılmalıdır!".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, sosial şəbəkələrdə azyaşlının təzyiqlərə məruz qalması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır: "Həmin şəxsin kimliyi müəyyən olunub, onun saxlanılaraq barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək".
3-03-2025, 16:57
Tramp "KQB"nin agenti olub? - Keçmiş rəisdən ŞOK İDDİA


Tramp "KQB"nin agenti olub? - Keçmiş rəisdən ŞOK İDDİA

Qazaxıstan kəşfiyyat xidmətinin keçmiş rəisi Alnur Musayev ABŞ Prezidenti Donald Trampla bağlı şok iddia ilə çıxış edib.
O, Donald Trampın SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (KQB) tərəfindən əməkdaşlığa cəlb edildiyini iddia edib.
Musayev deyir ki, Tramp 1987-ci ildə, hələ 40 yaşında olarkən daşınmaz əmlak maqnatı kimi Moskvaya ilk səfərini edib və bu zaman KQB tərəfindən işə götürülüb.
Musayev heç bir sübut təqdim etməyib. O, Trampın dosyesinin Vladimir Putinin əlində olduğunu iddia edib.
Qeyd edək ki, Musayev belə bir iddia ilə çıxış edən yeganə keçmiş DTK zabiti deyil. Bir neçə il əvvəl KQB-nin keçmiş mayoru, hazırda Vaşinqtonda yaşayan Yuri Şvets də Trampın DTK-yə işlədiyini iddia edib.
3-03-2025, 16:50
Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb?


Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb?

Geosiyasi qeyri-müəyyənlik...

“Müqavilənin imzalanmasına mane olan əsas amil həddindən artıq geosiyasi qeyri-müəyyənliklə bağlıdır. Bakı beynəlxalq arenada hadisələrin inkişafını nəzərə alaraq fasilə verib. Donald Trampın ABŞ-da hakimiyyətə qayıdışı, Ukraynada davam edən münaqişə və Rusiyanın regiona təsirində mümkün dəyişikliklər Azərbaycan üçün qeyri-müəyyənlik yaradır. Bakı sazişdən maksimum qazanc əldə etməyə imkan verəcək şərtləri üçün münbit şəraitin yaranmasını istəyir. Məsələn, Azərbaycan ümid edə bilər ki, Qərbin regiona diqqətinin azalması və ya Rusiyanın mövqelərinin güclənməsi ona Ermənistan üzərində əlavə təsir rıçaqları verə bilər”.
Armine Martirosyan “jam-news.net” saytında belə yazır.
Məncə də geosiyasi qeyri-müəyyənlik Ermənistan-Azərbaycan danışıqlarına birbaşa təsir edir. Məsələn, D.Tramp və onun administrasiyası hələ ki Ermənistan-Azərbaycan danışıqları barədə ortaya konkret mövqe qoymayıb.
D.Trampın əsas hədəfi Ukraynadır. Ukrayna probleminin hansı şəkildə həll olunması Ermənistan-Azərbaycan danışıqlarına da ciddi təsir edəcək. Rəsmi Bakı haqlı olaraq güman edir ki, D.Tramp bu məsələdə Azərbaycanın maraqlarının təmin olunmasına daha çox üstünlük verəcək. Ən azı ona görə ki, Amerikadakı prezident seçkisinin ən qızğın çağında İlham Əliyev Donald Trampa açıq və birmənalı şəkildə dəstək verib. O da bəllidir ki, 44 günlük müharibə məhz D.Trampın birinci prezidentliyi dönəminin sonuna təsadüf etdi. Və D.Tramp II Qarabağ Müharibəsinin gedişinə qətiyyən müdaxilə etmədi.
Bu dəfə də belə ola bilərmi? Hər halda bu ehtimal son dərəcə yüksəkdir. Belə olduqda isə Azərbaycan Ermənistan qarşısında olan üstünlükləri sülh müqaviləsində inikas etdirə bilər..

Elbəyi Həsənli,
Sürix
3-03-2025, 16:20
Oljas Bektenov Zəfər parkında


Oljas Bektenov Zəfər parkında

Azərbaycan Respublikasında səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov martın 3-də Bakıda Zəfər parkını ziyarət edib.
Burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qazaxıstanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
3-03-2025, 16:07
İlham Əliyev nazir müavininə yüksək vəzifə verdi


İlham Əliyev nazir müavininə yüksək vəzifə verdi

Şahin Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Şahin Babayev 2024-cü ildən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışır.
3-03-2025, 15:32
Müəllimlərə pul yığılması yolverilməzdir - Rəsmi XƏBƏRDARLIQ


Müəllimlərə pul yığılması yolverilməzdir - Rəsmi XƏBƏRDARLIQ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərib, müvafiq tapşırıqlar verib.
Bu barədə MÜTDA məlumat yayıb.
Qeyd olunub ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir.
Məlumata görə, məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
3-03-2025, 15:12
11-ci sinif şagirdi intihar etdi


11-ci sinif şagirdi intihar etdi

Yevlaxda məktəbli intihar edib.
Rayonun Qoyunbinəsi kəndində yaşayan 2008-ci il təvəllüdlü Rüfət Şirinli özünü yaşadığı evin həyətində asıb.
11-ci sinif şagirdi olan Rüfətin hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
3-03-2025, 14:30
Kişi balta və armaturla həyat yoldaşını döydü - Gəncədə dəhşət


Kişi balta və armaturla həyat yoldaşını döydü - Gəncədə dəhşət

Gəncədə kişi balta və armaturla həyat yoldaşına ölümcül xəsarətlər yetirib. Hadisə fevralın 28-də baş verib.
Məlumata görə, E.A adlı vətəndaş həyat yoldaşına gecə saat 12 radələrindən başlayaraq səhər saat 05.00-a qədər ağır işgəncələr verib. Belə ki, o, uşaqlarının gözü qarşısında balta və dəmir parçası (armatur) ilə qadını döyərək, başına, eləcə də bədəninin müxtəlif nayihələrinı çoxsaylı ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən E.A qadını sürüyərək sanitar qovşağına aparıb və orada saçından tutaraq dəfələrlə divara çırpıb.
Qeyd olunur ki, şəxs hadisəni törətməmişdən əvvəl iş yoldaşına zəng edərək sabah işə gəlməyəcəyini söyləyib.
Gəncə Beynəlxalq Xəstəxanasından bildirilib ki, xəstə hazırda reanimasiya şöbəsindədir və irəliləyən günlərdə stasionar palataya köçürüləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!