Ermənistanda baş nazir vəzifəsinə namizəd irəli sürüldü - Paşinyana rəqib .....                        İlham Əliyev Baş nazirlə işçi naharda .....                        MDB dövlətləri təhlükəsizlik orqanlarının rəhbərləri Tacikistanda .....                        Əfv Komissiyasının iclasları başa çatdı - Siyahı Prezidentə təqdim olunacaq .....                        Əliyev-Paşinyan görüşündə danışılan bəzi detallar .....                        Ərdoğan Avropa Siyasi Birliyində nələr dedi... .....                        "Abzas Media" işinin məhkəmə istintaqı yekunlaşdı .....                        Xocasəndə taxta yeşikləri sexində yanğın .....                        Hakan Fidan Rusiya və Ukrayna tərəfinə çağırış etdi .....                       
24-02-2024, 16:21
Xocalıdan bəhs edən “13” adlı filmin təqdimat mərasimi keçirildi


Xocalıdan bəhs edən “13” adlı filmin təqdimat mərasimi keçirildi

Fevralın 24-də Nizami Kino Mərkəzində “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin ərsəyə gətirdiyi “13” adlı bədii-sənədli filmin təqdimat mərasimi keçirilib. Xocalı itkinlərindən 13 nəfərin naməlum taleyini araşdıran film QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Agentliyin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, əsir, girov və itkinlər mövzusuna müvafiq QHT layihələrində geniş yer verilməsi əsas prioritetlərdən biridir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Eldar Səmədov itkinlərin axtarışı ilə əlaqədar işlərin son itkinin taleyi müəyyən edilənədək davam edəcəyini və artıq işğaldan azad edilən ərazilərdə 13 kütləvi məzarlığın aşkarlandığı bildirib.
Bədii-sənədli filmin müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, telejurnalist və ssenarist Mübariz Əsgərov film üzərində peşəkar komandanın aylarla gərgin iş apardığını diqqətə çatdırıb.
Filmin rejissoru Elçin Elxanlı Xocalı soyqırımı mövzusunun ağırlığı və tarixi Zəfərin gətirdiyi təsəlli, ümid barədə danışıb.
Film 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrə işıq salır. Belə ki, Xocalı soyqırımı zamanı 2 gün meşədə gizləndikdən sonra Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhali həmin kənddəki fermaya aparılır. Orada Ermənistanın müharibə cinayətkarları dinc insanlara amansız işgəncələr verir, fermada saxlanılan girovların içərisindən 13 nəfər gənc seçilərək naməlum istiqamətə aparılır. Həmin 13 nəfərdən bu günə qədər də xəbər yoxdur.
Təqdimat mərasimində çıxış edənlər itkinlər mövzusunda bu cür peşəkar işlənilmiş QHT layihələrinə, audiovizual əsərlərə, bədii və sənədli fimlərə böyük ehtiyac olmasından danışıblar.
Filmi fevralın 26-da saat 21:00-da AzTV-də izləmək mümkündür.
Bundan başqa, filmin ingilis dilindəki versiyası bu günlərdə xarici ölkələrdə də nümayiş olunacaq.
24-02-2024, 16:13
Ermənilər Kəlbəcəri yenidən atəşə tutdular


Ermənilər Kəlbəcəri yenidən atəşə tutdular

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
24-02-2024, 16:07
Ermənistanda istisadiyyat naziri postuna yeni namizəd irəli sürüldü


Ermənistanda istisadiyyat naziri postuna yeni namizəd irəli sürüldü

Fevralın 24-də Nikol Paşinyanın sədrliyi ilə “Mülki müqavilə” partiyasının İdarə Heyətinin iclası keçirilib.
İdarə Heyəti iqtisadiyyat naziri vəzifəsinə Gevorq Papoyanın namizədliyini müzakirə edərək təsdiqləyib.
Xatırladaq ki, Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan fevralın 14-də istefa verib.
O, bir müddət əvvəl nazirlikdə baş verən qalmaqallı hadisələrə görə istefaya gedib.
Xatırladaq ki, yanvarın 31-də iqtisadiyyat nazirinin müavini Ani İspiryan və qurumun daha 6 əməkdaşı korrupsiyada şübhəli bilinərək həbs edilib.
24-02-2024, 15:00
Ramazan bayramında 5 gün iş olmayacaq - Rəsmi


Ramazan bayramında 5 gün iş olmayacaq - Rəsmi

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.
Qeyd edək ki, bu il aprelin 10, 11-i Ramazan bayramıdır. 13 və 14 aprel şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Ramazan bayramı ilə əlaqədar 5 gün - 10, 11, 12, 13 və 14 aprel tarixləri qeyri-iş günü olacaq.
Şənbəyə təsadüf edən 6 aprel isə iş günü olacaq.
24-02-2024, 14:33
Ombudsman “Xocalının səsi” adlı videoçarxını işıqlandırdı - VİDEO


Ombudsman “Xocalının səsi” adlı videoçarxını işıqlandırdı - VİDEO

Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyeva Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində hadisəsinin törədildiyi yerə gedib.
Səbinə Əliyeva qətliam yerindən dünya ictimaiyyətinə, beynəlxalq qurumlara səslənib.
Ombudsman Aparatının “Xocalının səsi” adlı videoçarxını təqdim edirik:

[media=https://youtu.be/hOA5jwTFS98]
24-02-2024, 14:17
Kütləvi məzarlıqların aşkarlanmasıyla bağlı qazıntı işləri planlaşdırılır


Kütləvi məzarlıqların aşkarlanmasıyla bağlı qazıntı işləri planlaşdırılır

“İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi ilə bağlı onlarla ərazidə qazıntı aparılması planlaşdırılır”.
Bunu açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, builki plana uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə axtarış məqsədli qazıntılar davam etdiriləcək:
“Bu qazıntılar işğaldan azad edilmiş bütün əraziləri əhatə edəcək. Bizdə onlarla kütləvi məzarlığın yeri barədə məlumatlar var. Bu məlumatlar toplanaraq sistemləşdirilir”.
24-02-2024, 08:54
İstanbul Hava Limanı yanvarda Avropanın ən işlək hava limanı olub


İstanbul Hava Limanı yanvarda Avropanın ən işlək hava limanı olub

İstanbul Hava Limanı yanvar ayında gündə orta hesabla 1308 uçuşla Avropanın birinci ən işlək hava limanı olub.
Butov.az Türkiyəmətbuatına istinadla xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) yanvar ayı üzrə Avropa Aviasiya Hesabatına görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1308 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.
İstanbul Hava Limanını gündə orta hesabla 1201 uçuşla London Hitrou, 1160 reyslə Amsterdam Şiphol və 1032 uçuşla Paris Şarl de Qoll hava limanı izləyib.
İstanbul Sabiha Gökçen Hava Limanı isə gündə orta hesabla 596 uçuşla Avropanın ən işlək 10-cu hava limanı olub.
24-02-2024, 08:50
Türkiyədə işsizlərin sayı azalır


Türkiyədə işsizlərin sayı azalır

Türkiyədə işsizlik son 40 rübün ən aşağı səviyyəsinə - 8,8 faizə çatıb, işsizlərin sayı 137 min nəfər azalıb.
Butov.az xəbər verir ki, Türkiyə Statistika İdarəsi (TÜİK) 2023-cü ilin oktyabr-dekabr ayları üçün işçi qüvvəsi statistikasını açıqlayaq göstərib ki, əhali məşğulluğunda da artım olub. Ötən ilin oktyabr-dekabr aylarında məşğulluq 48,6 faiz olub, məşğul əhalinin sayı 195 min nəfər artıb.




24-02-2024, 08:39
İstanbula gələn xarici turistlər çoxalıb

İstanbula gələn xarici turistlər çoxalıb

2023-cü ildə İstanbula gələn turistlərin sayı son 10 ildə 66 faiz artaraq 17 milyon 370 minə çatıb.
2023-cü ildə İstanbula gələn turistlərin sayı son 10 ildə 66 faiz artaraq 17 milyon 370 minə çatıb.
Butov.az xəbər verir ki,, 2013-cü ildə şəhəri 10 milyon 474 min 867 xarici turist ziyarət edərkən, keçən il bu rəqəm 17 milyon 370 min 30 olaraq qeyd edildi. Belə ki, son 10 ildə şəhərə gələn turistlərin sayında hər il artım müşahidə olunub və son 10 ildə artım 66 faiz olub.
İstanbula 2014-cü ildə 11 milyon 842 min 983, 2015-ci ildə 12 milyon 414 min 677, 2016-cı ildə 9 milyon 203 min 987, 2017-ci ildə 10 milyon 840 min 595, 2018-ci ildə 13 milyon 432 min 990, 2019-cu ildə 14 milyon 906 min 663, 2020-ci ildə 5 milyon 1981, 2021-ci ildə 9 milyon 25 min 4, 2022-ci ildə 16 milyon 18 min 726 turist gəlib.
23-02-2024, 22:14
“Bayer”lə oyunlar “Qarabağ” üçün böyük təcrübədir - Qurban Qurbanov


“Bayer”lə oyunlar “Qarabağ” üçün böyük təcrübədir - Qurban Qurbanov

Avropa Liqasının 1/8 final mərhələsinin püşkü maraqlı nəticə ilə yekunlaşdı. “Qarabağ”a hamının Bundesliqa və avrokuboklardan yaxşı tanıdığı “Bayer” rəqib oldu.
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında 1/8 final mərhələsində Almaniyanın “Bayer” komandasına rəqib olmaları ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
52 yaşlı mütəxəssisin sözlərinə görə, “Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir: "Azarkeşlərimiz bu komandanı qrup mərhələsində canlı görmüşdülər. Yenə bu komanda ilə rəqib olduq. Mən bu klubun düşərgəsində oldum, iş prinsipləri ilə maraqlandım. Çox ciddi komanda yaradıblar. İstəkli, uduzmağı xoşlamayan baş məşqçiləri var. Məncə, maraqlı oyun olacaq. Baxmayaraq ki, güclü rəqibdir. Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu".
Çalışdırıcı bildirib ki, “Bayer”lə oyunlar Ağdam təmsilçisi üçün böyük təcrübədir: "Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək. Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir".
Qeyd edək ki, "Qarabağ" ilə "Bayer" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Leverkuzendə baş tutacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!