8-10-2024, 13:10
İlham Əliyevin Putinlə görüşü başladıMoskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü başlayıb.
Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
8-10-2024, 13:01
Elektrik avtomobillərin doldurucuları daha 2 il ƏDV-dən azad edilirElektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti daha 2 il uzadılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə, yəni 2025-ci il yanvarın 1-dək ƏDV-dən azaddır.
Layihəyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının daha 2 il müddətinə uzadılacaq.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
8-10-2024, 12:56
Qarabağ Universitetinin tələbələri üçün təcrübə müddəti 1 il ola bilər"Qarabağ Universitetinin tələbələrinin bakalavr pilləsində ən azı 1 il təcrübə proqramının keçməsini planlaşdırırıq".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.
Nazir vurğulayıb ki, bununla bağlı müəllimlərə təklif etmək olar:
"Bizim istəyimiz odur ki, proqramın böyük bir hissəsi praktikadan ibarət olsun. Bu proqram gələckdə özünü doğruldacaq".
8-10-2024, 12:50
Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaqHeyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Heyvanlar aləmi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
7-10-2024, 17:29
Kanaldan tapılan meyitin kimliyi məlum olduKanaldan tapılan meyitin kimliyi məlum olub.
Sentyabrın 30-da Samur Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində tapılan kişi meyitinin DNT analizindən sonra Siyəzən rayon sakini, 2002-ci il təvəllüdlü Mahmud Məlikova məxsus olduğu təsdiqlənib.
Qeyd edək ki, M.Məlikov sentyabrın 6-da itkin düşmüşdü. Onun meyiti dəfn üçün sabah ailəsinə təhvil veriləcək.
7-10-2024, 17:00
COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində “Əriyən qar üzərində” adlı film nümayiş edilib.
Film ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinə və COP29 dialoqlarına həsr olunub.
Filmdə belçikalı rəssam Sofie Kauvinin yaradıcılığı, əsərlərindəki təbiəti təsviri, sənətlə təbiətin vəhdəti əks olunub.
Qeyd edək ki, filmin müəllifi və prodüseri Mojtaba Bahadori, səs rejissoru Hassan Şabankareh, bəstəkarı isə Cavad Safaridir.
7-10-2024, 16:52
İlham Əliyev Rusiyaya getdi - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfər edib.
Moskva şəhərinin Vnukovo-2 Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.
6-10-2024, 21:05
Ötərxan Eltacın “SƏBRİN İNTİQAMI” adlı kitabı işıq üzü görüb.Şair-publisit Ötərxan Eltacın “SƏBRİN İNTİQAMI” adlı yeni kitabı işıq üzü görüb. Birinci Vətən müharibəsində və İkinci Vətən müharibəsində qorxmazlığı və cəsarəti ilə qəhrəmanlıq dastanı yazan, şərəfli hərb tariximizə öz adını qanı ilə həkk edən müzəffər ordumuzun yenilməz əsgəri – qazi Elsevər Hüseynovun amansız döyüşləri öz əksini tapıb. Vətən sevgisi və qisas hissi ilə alovlanan Elsevər döyüş meydanında saysız-hesabsız ağır texnikaların yararlı və yarasız halda ələ keçirilməsində, iri çaplı silahların qənimət olaraq ələ keçirilməsində, sursat maşınlarının, eləcə də sursat anbarlarının sıradan çıxarılmasında əvəzsiz xidmətlər göstərib. Bütün bunlar nəzərə alınaraq Elsevərin döyüş yoluna işıq tutuldu. Çünki o, ibrət və örnək oğullardan biridir.
Müvəffəqiyyət, uğur, qələbə, nailiyyət və zəfər yenilməz oğulların gücündən, qüdrətindən doğar. Qüdrətli oğulların yalnız yumruğu deyil, kəlməsi də diktə edər. Qeyrəti qalxan, ədaləti gürz, hökmü ox olan qəhrəmanın yurduna yağı göz dikə bilməz.
İnanırıq ki, əlinizdə tutduğunuz bu kitab Elsevər kimi dastan yazan oğulların yoluna işıq tutan bir çıraq olacaq. Çırağınız sönməsin heç vaxt.
6-10-2024, 16:57
İranın İsraillə birbaşa qarşıdurma planlarıİran komandanlığı İranın İsraillə birbaşa qarşıdurmaya girməsi halında bir neçə fəaliyyət planı hazırlayıb.
Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hərbi Dəniz Qüvvələrinin komandanı kontradmiral Əlirza Tanqsirib bildirib.
O bildirib ki, İsrailin Baş naziri Binyamin Netanyahu “odla oynayır” və bununla əlaqədar İran hərbçiləri bir sıra təlimlər keçiriblər. Tanqsirib qeyd edib ki, hərbçilər İsrailin mümkün hərəkətlərinə tam hazırdırlar, bununla belə İranın cavab formaları və əks-zərbələri İsrail tərəfinin nə edəcəyindən asılı olacaq.
“İranın İsraildəki hədəflər siyahısı var və “Həqiqi vəd 2” əməliyyatı sübut edib ki, biz istədiyimiz hər yeri əsasından dağıda bilərik”, – mənbə vurğulayıb.
6-10-2024, 16:40
İsraildə terror - 1 ölü, 9 yaralıİsraildə terror aktı törədilib, 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
Bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, İsrailin cənubundakı Beerşeba Mərkəzi Avtovağzalında terror aktı nəticəsində bir nəfər ölüb, 9 nəfər yaralanıb.