Sentyabrda aylıq temperatur iqlim normasından aşağı olub .....                        Azərbaycan, Gürcüstan və Qazaxıstan vahid tarif elan edir - Nəticə nə olacaq? .....                        Azərbaycanda manatla verilmiş kreditlər bahalaşdı .....                        İranlı narkotacirlərlə əlbir olan şəxsdən 20 kq narkotik aşkarlandı - VİDEO .....                        İstanbulda 5 bal gücündə zəlzələ .....                        Spiker Milton Diklə görüşüb - FOTO .....                        Bakı metrosu sentyabrda 19 milyon sərnişin daşıyıb .....                        Ərdoğan uzun illər sonra Davudoğlu və Babacanla bir arada - FOTO .....                        44 günlük müharibənin hesabatı qapalı müzakirəyə çıxarılır .....                       
18-08-2025, 14:42
SOCAR-ın obyektinin vurulmasına Zelenskidən reaksiya


SOCAR-ın obyektinin vurulmasına Zelenskidən reaksiya

Xəbər verdiyimiz kimi, ötən gecə Rusiya Silahlı Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub.
Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, hava hücumundan müdafiə qüvvələrinin aktiv fəaliyyətinə baxmayaraq, Odessa rayonunda zərbələrin nəticələri qeydə alınıb.
Onun sözlərinə görə, hücum nəticəsində şəhər ətrafında yerləşən yanacaq-enerji infrastruktur obyektində və ikimərtəbəli binada yanğın olub.
Hücum zamanı 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.
Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.
Ukrayna prezidenti Volodimir Zelenski də SOCAR-a məxsus neft bazasına hücuma münasibət bildirib.
O, hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini deyib.
"Rusiya tərəfindən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum olub. Bu bizim münasibətlərimizə və enerji müstəqilliyimizə hücumdur", - Zelenski qeyd edib.
Ukrayna lideri Rusiyanın məqsədyönlü olaraq mülki şəxsləri və infrasturkturları hədəfə aldığını bildirib.
Zelenski müharibənin dayanmalı olduğunu və bunun üçün Rusiyanın addım atmalı olduğunu bəyan vurğulayıb.
18-08-2025, 14:17
Ailəmizin 4 üzvü həlak oldu - Məhkəmə


Ailəmizin 4 üzvü həlak oldu - Məhkəmə

Avqustun 18-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslərin hüquqi varisi Çingiz Alməmmədov ifadə verib.
O, Laçın rayonundan məcburi köçkün düşdüyünü deyib. Zərərçəkmiş şəxs polis əməkdaşı kimi Laçının müdafiəsində iştirak etdiyini də söyləyib. Laçının işğalı zamanı Ermənistanın Gorus rayonundan açılan top atəşləri nəticəsində atası İdris Alməmmədov, qardaşı Ehtiram Alməmmədov, qardaşının həyat yoldaşı Mahirə Alməmmədova və qardaşının körpə övladı həlak olub. Ç.Alməmmədov onların Ağcabədi rayonunda dəfn edildiyini deyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
17-08-2025, 17:25
Rəqsanənin həbsinin TƏFƏRRÜATLARI


Rəqsanənin həbsinin TƏFƏRRÜATLARI

Müğənni Rəqsanə İsmayılovanın həbsinin təfərrüatı məlum olub.
O, vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.
Sayt bildirir ki, müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağına vəd verərək dələduzluq əməlini törədib.
Həmin iş adamının yaxınlarının Rəqsanə İsmayılovaya 520 min dollar pul verdiyi deyilir.
Lakin 2 il keçməsinə baxmayaraq həmin şəxs azadlığa buraxılmayıb.
Bildirilir ki, həmin şəxslərin şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İsmayılova polis əməkdaşları tərəfindən tutulub. Müğənni barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və cinayət nəticəsində dəymiş ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.
17-08-2025, 16:51
Yer yaxınlığında təhlükəli asteroid


Yer yaxınlığında təhlükəli asteroid

Diametri 50 metr olan “2025 PM” asteroidi Yer kürəsinin yanından keçib.
Göy cismi avqustun 17-də, Bakı vaxtı ilə saat 13:03-də Yerdən Ay orbitinin təxminən bir diametrində məsafədə olub.
“2025 PM” asteroidi təhlükəli göy cismi kimi təsnif edilir, lakin Yerə yaxın olmasına baxmayaraq, onun planet tərəfindən tutulma ehtimalı çox azdır.
“2025 PM” “Apollon” qrupuna, yəni, orbitləri Yerin orbiti ilə kənardan kəsişən planetimizə yaxın asteroidlərə aiddir. O, avqustun 1-də aşkar edilib. Obyektin xüsusiyyətləri hələ də yaxşı məlum deyil, çox güman ki, bu, uçucu maddələrin izləri olmayan qayalıq bir blokdur.
Mütəxəssislərin fikrincə, Yerə yaxın obyektə növbəti iri yanaşma sentyabrın ikinci yarısında gözlənilir. Daha sonra diametri təqribən 200 m olan 2025 FA22 asteroidi təxminən 1 milyon km məsafədə Yerin yanından keçəcək.
İyulda alimlər xəbərdarlıq ediblər ki, 2029-cu ilin aprelində diametri 375 metr olan “Apofis” asteroidi Yerə 32 min kilometr məsafədə yaxınlaşacaq. Səma cismini Avropa, Afrika və Asiyada yaşayan təxminən 2 milyard insan adi gözlə görə biləcək.
17-08-2025, 16:36
Bloger-jurnalist həbs edildi


Bloger-jurnalist həbs edildi

Ağdamda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən İlhami Nəsibov polis əməkdaşları tərəfindən tutulub.
Özünü sosial şəbəkələrdəki “Kanal-21” səhifəsinin idarəçisi və jurnalist kimi təqdim edən 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.
Müvafiq qərarla İ.Nəsibov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
İ.Nəsibovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
17-08-2025, 15:40
Türkiyədə saxta polislər - Əməliyyatçılar heyrətə gəldi


Türkiyədə saxta polislər - Əməliyyatçılar heyrətə gəldi

İstanbulda sosial şəbəkədə özlərini polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən ata və oğlu həbs edilib.
Saxta polis əməkdaşlarının evlərində aparılan axtarış zamanı tapançalar, silahlar və saxta vəsiqələr aşkar edilib.
Evdən 4 ədəd sənədsiz tapança, 579 patron, 191 boş patron, 5 silah maqazini, 2 saxta polis vəsiqəsi, 4 ədəd prezident nişanı, iki polis nişanı, bir xüsusi əməliyyat gödəkçəsi, iki cangüdən nişanı, dörd simsiz rabitə cihazı və səkkiz mobil telefon aşkarlanıb.
Qeyd edilib ki, evdən çıxanlar və onların necə əldə olunduğu polis əməkdaşlarının özlərini də təəccübləndirib. Polis rəsmiləri bildiriblər ki, məhz onlara məxsus olan əməliyyat vasitələrinin qanunsuz yayılması ilə bağlı əlavə araşdırma da başladılıb.
17-08-2025, 14:43
Çin kosmosu fəth edir - Növbəti peyk orbitə buraxıldı


Çin kosmosu fəth edir - Növbəti peyk orbitə buraxıldı

Avqustun 17-də Çin kosmosun tədqiqi və texniki sınaqlar üçün “Shiyan 28-B-02” eksperimental peykini orbitə çıxarıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Kosmosa uçuş Pekin vaxtı ilə saat 16:55-də (Bakı vaxtı ilə 12:55) Siçan kosmodromundan (Sıçuan əyalətinin cənub-qərbində) baş tutub. Kosmik aparatın orbitə çıxarılması üçün “CZ-4C” raketindən istifadə edilib. Bu, “Long March” seriyası daşıyıcıları üçün 589-cu buraxılışdır.
“CZ-4C” maye yanacaqla işləyən üç pilləli raketdir, diametri 3,8 m-dir. Uzunluğu 46,9 m-ə çatır və aşağı Yer orbitinə (geostasionar ötürmə orbitinə 1,5 ton) 4,2 tona qədər faydalı yük çıxarmağa qadirdir.
17-08-2025, 14:20
FHN çimərliklərdə maarifləndirmə tədbirlərini davam etdirir


FHN çimərliklərdə maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına dair maarifləndirmə xarakterli tədbirlər davam etdirilir.
Nazirlikdən verilən məlumata görə, bu çərçivədə, Regional Mərkəz tərəfindən Abşeron rayonunun Novxanı kəndi ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbirinin keçirilməsində məqsəd əhaliyə çimərlikdə təhlükəsizilik qaydaları barədə biliklərin aşılanması olub.
Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Novxanı” xilasetmə məntəqəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə əməkdaşlar tərəfindən sularda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, sanitar-gigiyena qaydalarına əməl olunması və zərəçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.
Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədə tövsiyələr verilib.
17-08-2025, 14:05
Azərbaycanda cinayətlər ən çox hansı bölgədə törədilir?


Azərbaycanda cinayətlər ən çox hansı bölgədə törədilir?

Azərbaycanda ötən il qeydə alınmış cinayətlərin sayı 2023-cü illə müqayisədə azalıb.
Məlumata görə, 2023-cü ildə 36 811, 2024-cü ildə isə 33 379 cinayət hadisəsi baş verib. Bu, ümumi göstəricinin 3 432 fakt və ya 9,3 faiz azaldığını göstərir.
Cinayətlərin böyük hissəsi paytaxt Bakının payına düşüb (15 613 fakt). Paytaxtda ən çox cinayət Binəqədi, Sabunçu, Nəsimi və Yasamal rayonlarında qeydə alınıb.
İqtisadi rayonlar arasında Bakı və Abşeron-Xızıdan sonra ən çox cinayət Lənkəran-Astara bölgəsində qeydə alınıb (1748 fakt).
Abşeron rayonu üzrə 2 108, Sumqayıtda 1 758, Gəncədə 947, Naxçıvan Muxtar Respublikasında isə 551 cinayət hadisəsi qeydə alınıb. Qarabağ iqtisadi rayonunda 1 258 cinayət baş verib, Qərb bölgəsində isə Şəmkir (477) və Tovuzda (351) cinayətlərin sayı çoxdur.
Şimal bölgəsində Xaçmazda 353, Qubada 334 cinayət hadisəsi qeydə alınıb. Cənub zonasında Lənkəranda 495, Masallıda 376 fakt qeydə alınıb. Mingəçevir şəhərində 369, Yevlaxda 319, Sabirabadda 321, Şirvanda 441, Biləsuvarda isə 420 cinayət hadisəsi baş verib. Şəkidə 222, İsmayıllıda isə 134 cinayət törədilib.
17-08-2025, 13:54
Türkiyədə meşə yanğınları davam edir


Türkiyədə meşə yanğınları davam edir

Türkiyənin Çanaqqala vilayətində, Sinopun isə Gerze rayonunda baş verən meşə yanğınları davam edir.
Yanğın əsən küləyin təsiri ilə meşə sahələrinə yayılıb, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazisinə girişlər müvəqqəti dayandırılıb.
Çanaqqala valisi Ömər Toraman bildirib ki, hadisə ilə bağlı bölgədən 251 vətəndaş təhlükəsiz ərazilərə köçürülüb və Gelibolunun beş kəndi təxliyə edilib.
Yanğınla mübarizəyə 12 təyyarə, 12 helikopter, yüzə yaxın quru texnikası və 560 nəfərdən ibarət canlı qüvvə cəlb edilib.






����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!