Dəhşətli qəzada son anda xilas olan həkim imiş .....                        Fransada böhran - Baş nazir 9 ayda ikinci dəfə istefada göndərildi .....                        İsrailə hücum edildi .....                        İran diplomatı Misirdə oğurlandı .....                        Zelenski erməni siyasətçini Umerova müavini təyin etdi .....                        Amerikada dini geri qaytarmalıyıq .....                        Türkiyə Azərbaycana yeni hərbi atteşe təyin etdi .....                        Rusiya ermənilərinin başçısı seçildi .....                        Almaniya əhalisi hakimiyyətdən narazıdır .....                       
30-04-2024, 14:21
Azərbaycanda 3 min elektrikli avtobus xəttə buraxılacaq


Azərbaycanda 3 min elektrikli avtobus xəttə buraxılacaq

Azərbaycanda 3 min avtobusu elektrikli avtobuslarla əvəz etmək hədəflənir.
Bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev deyib.
Onun sözlərinə görə, Bakıda, Abşeronda bütün avtobuslar uzunmüddətli perspektivdə elektrikli avtobuslarla əvəz ediləcək: “Xətdən çıxarılanlar regionlara göndəriləcək və uzunmüddətli perspektivdə regionlardakı da elektrikli avtobuslarla əvəz ediləcək”.
F.Əliyev deyib ki, elektrikli avtobusların gətirilməsi üçün müvafiq infrastruktur olmalıdır.
Nazirlik rəsmisi vurğulayıb ki, ölkədə reallaşdırılacaq elektrik avtobuslarının istehsalı layihәsindә İqtisadiyyat Nazirliyinə məxsus “Azәrbaycan İnvestisiya Şirkәti” ASC payçı kimi iştirak edәcәk. Layihә üzrә Çinin BYD şirkәtinin yerli tәrәfdaşı “SARDA Group” şirkәtlәrinә mәxsus “Electrify Azerbaijan” MMC-dir. BYD Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq zavodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 milyon ABŞ dolları investisiya qoymaq istəyir. Daxili tәlәbat vә ixrac imkanları nәzәrә alınmaqla illik istehsal hәcminin 500 әdәd olması nәzәrdә tutulur. Layihә çәrçivәsindә 800 yeni iş yerinin yaradılması planlaşdırılır.
“Hazırda Çinin 3 şirkətindən avtobuslar alınır və hansı yaxşı olduğu araşdırılır. Bu şirkətlərin avtobusları bir-birilərindən fərqlənir", - deyə o qeyd edib.
30-04-2024, 14:02
İtkin şəxslərdən 253 nəfəri Ermənistanda saxlanılıb - RƏSMİ


İtkin şəxslərdən 253 nəfəri Ermənistanda saxlanılıb - RƏSMİ

“Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərdən 872 nəfərin əsir götürülməsi bizə məlum idi”.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində İşçi qrupun rəhbərinin müavini Eldar Səmədov deyib.
Onun sözlərinə görə, bunu hadisə şahidlərinin, əsirlikdən qayıdan vətəndaşların məlumatı təsdiq edir.
“Səhv etmirəmsə, onlardan 253 nəfəri Ermənistanda saxlanılırmış. Birinci Qarabağ müharibəsindən sonra beynəlxalq təşkilatlar vasitəsilə onların taleyi ilə bağlı məlumat tələb etmişik.
Ermənistan tərəfinin aidiyyəti qurumu ilə bununla bağlı işləməyə hazırıq”, - deyə o əlavə edib.
30-04-2024, 13:50
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşüb


Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüş zamanı tərəflər iki ölkə arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli səfərlərin, davamlı siyasi dialoqun və aidiyyəti qurumlararası təmasların intensivləşdirilməsinin yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi və əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi baxımından önəmli olduğunu vurğulayıb.
Tərəflər Azərbaycan ilə Qətər Dövləti arasında mövcud yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə edərək, hər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin və Hökumətlərarası İqtisadi Komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin vacibliyini vurğulayıblar.
Bu il ölkəmizin üv sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək, tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə daha da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.
Görüşdə gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
30-04-2024, 13:27
Laçında itkin düşən hərbçilərimizdən xəbər var


Laçında itkin düşən hərbçilərimizdən xəbər var

"Vətən müharibəsində, eyni zamanda 2022-ci ildə Laçın rayonunda kəskin hava şəraitində itkin düşmüş iki əsgərimizin axtarışları aidiyyəti dövlət qurumları tərəfindən davam etdirilir".
Bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, bu iş sonuncu itkinin taleyinin aydınlaşdırılmasına qədər davam edəcək: "Arzu edirəm ki, bu prosesi bütün itkin yaxınlarının istəyinə uyğun yekunlaşdıraq".
30-04-2024, 13:02
Hava yenidən pisləşəcək - Temperatur 8 dərəcə enəcək


Hava yenidən pisləşəcək - Temperatur 8 dərəcə enəcək

Bakıda və Abşeron yarımadasında mayın 1-i və 2-si günün birinci yarısında şimal-qərb küləyinin 15-18 ms/, arabir 20-23 m/s, 2-də yarımadanın bəzi yerlərində arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 5-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı ayrı yerlərdə yağıntıların (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, 2-də gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə mayın 3 və 4-də tədricən 4-8 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında mayın 1-i və 2-si günün birinci yarısında şimal-qərb küləyinin 15-18 ms/, arabir 20-23 m/s, 2-də yarımadanın bəzi yerlərində arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 5-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı ayrı yerlərdə yağıntıların (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, 2-də gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə mayın 3 və 4-də tədricən 4-8 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
30-04-2024, 00:21
Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı


Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 19716 bakalavrdan 405 nəfəri imtahana gəlməyib.
İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.
Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.
30-04-2024, 00:03
ADNA terrorundan 15 il keçir


ADNA terrorundan 15 il keçir

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 15 il ötür.
2009-cu ilin 30 aprel tarixində ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov sonuncu mərtəbəyə qədər qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açıb.
Güllə 25 nəfərə tuş gəlib. Onlardan 13-nün həyatını xilas etmək mümkün olsa da, 12 nəfər dünyasını dəyişib.
Fərda Qədirov sonda özünü güllələyib. Onun üzərindən "Makarov" tipli tapança, hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrontaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.
İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar insanları əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.
29-04-2024, 23:49
Türkiyədən Fransanın təxribatçı qərarına reaksiya


Türkiyədən Fransanın təxribatçı qərarına reaksiya

Türkiyənin Xarici İşlər Nazirliyi Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası – red.) 29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqında qərarında Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayan ittihamlar irəli sürməsi ilə bağlı bəyanat yayıb.
Türkiyə XİN bəyanatında Fransa Milli Assambleyasının qəbul etdiyi qərarın əsassız olduğunu vurğulayıb.
Bəyanatda deyilir ki, ötən il Fransa hökuməti Senatının (parlamentin yuxarı palatası – red.) qəbul etdiyi oxşar qərarı dəstəkləmədiyini açıqlamışdı. Hakim partiyanın deputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamların assambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminə tarixi təhrif etmək cəhdinin bir nümunəsidir. Parlamentlərin tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur.
Bu qərar həm də BMT Baş Assambleyasının soyqırımı cinayətinin yalnız səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyini nəzərdə tutan 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına ziddir.
29-04-2024, 22:47
Rusiya Odessanı bombaladı - 4 ölü, 28 yaralı


Rusiya Odessanı bombaladı - 4 ölü, 28 yaralı

Rusiya ordusu Ukraynanın Odessa şəhərini atəşə tutub.
Zərbələr nəticəsində ölü və yaralılar olub.
Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, 4 nəfər ölüb, 28 nəfər yaralanıb.
“Üç qadın və bir kişi həlak olub. Yenilənmiş məlumata görə, 28 nəfər xəsarət alıb. Onların arasında iki uşaq (16 və 5 yaş) və bir hamilə qadın da var. Yaralılardan 4-nün vəziyyəti ağırdır, həkimlər hazırda həyatları üçün mübarizə aparırlar”, - o, teleqramında yazıb.
29-04-2024, 20:58
Ukraynaya “Patriot” verilməsi prioritet məsələdir - Stoltenberq


Ukraynaya “Patriot” verilməsi prioritet məsələdir - Stoltenberq

Ukraynaya “Patriot” zenit batareyalarının tədarükü hazırda NATO üçün prioritet təşkil edir.
NATO-nun Baş katibi Yens Stoltenberq bu barədə Kiyevə səfəri zamanı iştirak etdiyi mətbuat konfransında bildirib.
Yens Stoltenberq Ukraynadakı hava hücumundan müdafiə sistemlərinin təmirinin də vacib olduğunu vurğulayıb. O, həmçinin müttəfiqlərin Ukraynanın hava hücumundan müdafiə sistemlərini raketlə təchiz etməsini daha bir problem adlandırıb.
NATO-nun Baş katibi Kiyevə təkcə “Patriot” zenit-raket komplekslərinin deyil, həm də digər vasitələrin, o cümlədən NASAMS raket hücumundan müdafiə sistemlərinin lazım olduğunu qeyd edib. Onun sözlərinə görə, Ukraynada vacib infrastrukturun müdafiəsi üçün eşelonlu hava hücumundan müdafiə sistemi tələb olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!