Paşinyan Qarabağ ermənilərinə çağırış etdi .....                        Paşinyan NATO baş katibinin müavinini qəbul edib .....                        Şahruddin əməliyyat olundu .....                        Kupyansk Rusiyanın nəzarətində qalır - Zaxarova .....                        Bəylər Eyyubova xüsusi imtiyaz verildi .....                        Yeni sədr kollektivə təqdim olundu .....                        Dövlət hesabına dərmanlar: Pozitiv siyahı mərhələli şəkildə artacaq .....                        Narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxundu .....                        Qubada ana və övladını avtobus vurdu .....                       
9-08-2024, 17:12
Magistraturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələri


Magistraturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələri

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri DİM-in internet saytında yerləşdirilib.
Bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1554 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 610 nəfər (o cümlədən 110 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub
Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Jurnalın elektron versiyasını (pdf formatında) sabah günün ikinci yarısından etibarən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə də əldə edə bilərsiniz (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal).
Qəbul olunan şəxslər 14 – 21 avqust (saat 18:00‑dək) tarixlərində elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, //portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
9-08-2024, 17:04
Hüseyn Abdullayevin son durumu açıqlandı


Hüseyn Abdullayevin son durumu açıqlandı

Hüseyn Abdullayev avqustun 2-də ürək nahiyəsində olan narahatlıqla bağlı Bakı İstintaq Təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib.
Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib.
"Məlumat üçün bildiririk ki, H.Abdullayevin səhhəti həkim nəzarətindədir", - məlumatda vurğulanıb.

9-08-2024, 16:43
Harris Trampı qabaqlayır - SORĞU


Harris Trampı qabaqlayır - SORĞU

Kamala Harris qarşıdan gələn seçkilərdə Donald Trampı 42-37 faiz səs nisbəti ilə qabaqlayır.
Agentlik "Ipsos" sorğusunun nəticələrinə istinadən yazır ki, sorğuda Demokrat namizəd Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin kimi əsas ştatlarda respublikaçıları qabaqlayır və burada seçkilərin daha sərt keçəcəyi gözlənilir. .
Həmçinin, nəticələrə görə, respondentlərin 4%-i müstəqil namizəd Robert Kennedini dəstəkləyir.
9-08-2024, 16:26
Gürcüstanda hərbi xidmət müddəti qısaldılır


Gürcüstanda hərbi xidmət müddəti qısaldılır

Gürcüstanda köhnə qaydalarla hərbi xidmətə sonuncu çağırış başlayıb.
Bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Payız çağırışı avqustun 5-dən dekabrın 28-dək aparılacaq. Ümumilikdə 18 yaşından 27 yaşa qədər olan 2,9 mindən çox şəxs hərbi xidmətə çağırılacaq, onlardan yalnız 900 nəfəri müdafiə qoşunlarında xidmət edəcək. Xidmət müddəti 12 aydır.
Artıq 2025-ci il yanvarın 1-dən çağırışçılar yalnız “Milli Hərbi Xidmət” adlandırılacaq hərbi xidmətə göndəriləcək. Belə ki, Gürcüstanda hərbi xidmət müddəti qısaldılacaq.
“Müdafiə haqqında” qanuna hazırlanmış dəyişikliklərə əsasən, bu, xidmət növündən asılı olacaq:

6 ay – döyüş bölməsində xidmət;

8 ay – mühafizə və ya yardımçı dəstədə xidmət;

11 ay – kiçik komandanlıq vəzifələrində və əvvəlcədən müəyyən edilmiş ixtisaslar üzrə xidmət.

Eyni zamanda, çağırışçılar yalnız Müdafiə Qoşunlarında xidmət edəcək və bunun üçün əməkhaqqı alacaqlar və onların iş yeri saxlanılacaq.
9-08-2024, 00:05
Seçkiqabağı təşviqat başladı


Seçkiqabağı təşviqat başladı

Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başlayıb.
Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4 və 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat avqustun 9-da başlanır, avqustun 31-i saat 08:00-da dayandırılır.
8-08-2024, 23:19
Elza Seyidcahanın namizədliyi qeydə alındı


Elza Seyidcahanın namizədliyi qeydə alındı

Əməkdar artist, bəstəkar və müğənni Elza Seyidcahan deputatlığa namizəd olub.
O, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini irəli sürüb.
Müğənninin namizədliyi artıq qeydə alınıb və ona namizədlik vəsiqəsi verilib.
Qeyd edək ki, sözügedən dairədən digər namizəd Milli Məclisin deputatı Ziyad Səmədzadədir.
8-08-2024, 22:37
"Sevinirəm, amma qızıl medalın yeri başqadır"


"Sevinirəm, amma qızıl medalın yeri başqadır"

“Təəssüratlarım yaxşıdır, Olimpiya üçüncüsü oldum. Məni dəstəkləyən və uğuruma sevinən hər kəsə təşəkkürümü bildirirəm”.
Bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Həsrət Cəfərov deyib.
67 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı 3-cü yeri tutduğu üçün məyus olmadığını bildirib: “Sevinirəm, sadəcə, qızıl medalın yeri başqadır. Əsas odur, Vətənə medalsız dönmürəm. Komandamızın başı üzərində sanki “qara bulud” var. Medal qazana bilmirdik. Açılışı mən etdim, inanıram ki, davamını uşaqlar gətirəcəklər”.
O, əsas hədəfinin “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarında qızıl medal əldə etmək olduğunu vurğulayıb: “Daha yaxşı hazırlaşıb böyük uğurlar qazanmaq istəyirəm”.
8-08-2024, 22:12
Müharibə Rusiya ərazisində: Zelenski sərt danışdı


Müharibə Rusiya ərazisində: Zelenski sərt danışdı

Rusiya qüvvələri artıq üçüncü gündür Kursk bölgəsində Ukrayna qoşunlarına qarşı döyüşür.
Rusiya tərəfi avqustun 6-da təxminən 1000 ukraynalı əsgərin sərhədi keçərək hücuma başladığını bildirib.
Ukrayna hərbçilərinin tank və zirehli texnika, həmçinin pilotsuz uçuş aparatlarından istifadə etdiyi deyilir. Rusiya rəsmilərinin sözlərinə görə, Ukrayna artilleriya zərbələri endirir. Avropaya Ukrayna üzərindən gedən qaz xəttinin yerləşdiyi Sudja şəhərinin Ukraynanın nəzarətinə keçməsi barədə xəbərlər yayılıb.
Kursk vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov minlərlə sakinin təxliyə edildiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi cümə axşamı açıqlayıb ki, ordu və Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanın irəliləyişini dayandırıb və Kursk bölgəsində döyüşlər gedir.
Bəzi rusiyalı blogerlər Ukrayna qüvvələrinin Sudjadan təxminən 60 km şimal-şərqdə yerləşən Kursk atom elektrik stansiyasına doğru irəlilədiyini söyləyirlər.
Ukrayna tərəfi döyüşlərlə bağlı rəsmi mövqe bildirməyib. Ancaq Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı Rusiyanın müharibəni hiss etməli olduğunu vurğulayıb.
“Ukraynalılar öz məqsədlərinə necə çatacaqlarını bilirlər. Və müharibədə məqsədlərimizə çatmağı seçən biz deyildik. Rusiya torpağımıza müharibə gətirib və nə etdiyini hiss etməlidir”, – Ukrayna lideri qeyd edib.
Putin isə ötən gün Ukraynanın hücumunu “böyük təxribat” kimi qiymətləndirib.
8-08-2024, 21:36
Dövlət başçılarının qeyri-rəsmi şam yeməyi


Dövlət başçılarının qeyri-rəsmi şam yeməyi

Avqustun 8-də Qazaxıstanın paytaxtı Astanada dövlət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
8-08-2024, 21:32
Azərbaycanın Parisdə növbəti medalı


Azərbaycanın Parisdə növbəti medalı

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.
67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı qırğızıstanlı Amantur İsmayılovla qarşılaşıb.
Rəqibini 8:0 hesabı ilə məğlub edən H.Cəfərov Olimpiadada 3-cü yeri tutub.
Bu, Azərbaycan güləşçilərinin “Paris-2024” Yay Olimpiya Oyunlarında qazandığı ilk medal olub.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində beş medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) gümüş medala sahib çıxıb. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!