Dərnəgül dəmir yolu dayanacağının tikintisi davam etdirilir .....                        Putin: Ukrayna ilə sülh danışıqlarını rədd etmirik .....                        4 yaşlı uşaq kanalizasiya quyusuna düşərək öldü .....                        Bunlar hərbi cinayətlərdir - Arayik ETİRAF ETDİ .....                        Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün imtahan keçirildi .....                        Emin Əmrullayev türkiyəli rektorlarla görüşdü .....                        Ermənilərin məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir .....                        Zelenski istedadlı artistdir! - Putin istehza etdi .....                        Xəstələrlə təmas qurmayan həkimlərlə bağlı tədbirlər görüləcək - TƏBİB .....                       
30-07-2024, 14:39
Pezeşkian Kobaxidze ilə regiondan danışdı


Pezeşkian Kobaxidze ilə regiondan danışdı

İran prezidenti Məsud Pezeşkian Tehranda Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Gürcüstanın baş naziri İrakli Kobaxidze İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu gün Tehrana gəlib.
Prezident Pezeşkian görüş zamanı Kobaxidzenin Tehranda olmasını Gürcüstanın İranla qarşılıqlı münasibətləri gücləndirmək üçün güclü iradəsinin sübutu kimi qiymətləndirib.
O deyib: “Qonşu və region ölkələri ilə əlaqələrin gücləndirilməsi 14-cü Tehran hökumətinin xarici siyasətinin prioritetidir”.
İki ölkə arasında əlaqələrin inkişafının təkcə Tehran və Tbilisi üçün deyil, bütün region üçün faydalı olduğunu əsas gətirən prezident Pezeşkian vurğulayıb ki, İran da Gürcüstan kimi müxtəlif sahələrdə müxtəlif imkanları və qarşılıqlı əməkdaşlığı aktivləşdirmək əzmindədir.
Gürcüstanın baş naziri İran prezidenti seçilən Pezeşkianı seçkilərdə qələbəsi münasibətilə təbrik edərkən, ona yeni vəzifəsində uğurlar arzulayıb və deyib: “İran regionda mühüm və konstruktiv rol oynayır və biz iki ölkə arasında mövcud dostluq münasibətlərindən son dərəcə məmnunuq”.
30-07-2024, 14:30
Xamenei Paşinyanı qəbul etdi - Zəngəzur dəhlizinə qarşı çıxdı


Xamenei Paşinyanı qəbul etdi - Zəngəzur dəhlizinə qarşı çıxdı

İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamenei bu gün İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gələn Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.
Xamenei Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla yanaşı, onu müşayiət edən nümayəndə heyətini də qəbul edib.
Görüşdə İranın ynei birinci vitse-prezidenti Məhəmməd Rza Aref də iştirak edib.
İran KİV-lərinin məlumatına görə, ayətullah Xamenei Ermənistanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. O, “İran İslam Respublikası Zəngəzur dəhlizini Ermənistanın zərərinə görür və bu münasibətdə qətiyyətlidir” deyib. Xameneinin bu firkini Nikol Paşinyan dəstəkləyib.
Ölkələrin qonşuları ilə əlaqələrinə məhdudiyyətlər qoymamasının vacibliyini vurğulayan Xamenei əcnəbiləri nəzərdə tutaraq, “ölkələrin təhlükəsizliyini və rifahını təmin edən şey özlərinə və yaxınlarına güvənməkdir. Başqaları ölkənin işlərinə qarışsa, bu, onların ziyanına olar” deyib.
30-07-2024, 14:02
İlham Əliyev yeni yaradılan parkda - FOTO


İlham Əliyev yeni yaradılan parkda - FOTO

Prezident İlham Əliyev Bakıda “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına parkda görülən və həyata keçiriləcək işlər barədə məlumat verdi.
Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda salınan yeni parkdır.
“Antena” parkı kimi tanınan bu ərazi əvvəllər baxımsız vəziyyətdə olub. İstirahət parkının yenidən qurulması və bərpası ilə əlaqədar bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.
Qeyd olundu ki, parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və həmin binada bərpa işləri aparılacaq.
Yenidən qurulan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunur. Həmçinin burada 2 fəvvarə də quraşdırılacaq. Bu da istirahət məkanına əlavə gözəllik verəcək.
Müasir istirahət kompleksinin ərazisinin 13,8 hektarında yaşıllıq sahələri salınacaq. Burada işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulacaq. Parkda piyada və velosiped yolları çəkiləcək, uşaq-əyləncə və idman meydançaları yaradılacaq.
Bildirildi ki, yenidən qurulan parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirəcək tunelin də inşasına başlanılıb.
Dövlətimizin başçısına, eyni zamanda, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Binə qəsəbəsi ərazisində yeni salınmış istixanası barədə də məlumat verildi. Qeyd olundu ki, istixanada 1 milyonadək gül yetişdiriləcək. Bu da ölkəmizə gül idxalının həcmini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.
Yenidən qurulan park, həmçinin Azərbaycan dövlətinin ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərə daha bir töhfə olacaq.







29-07-2024, 22:54
Canına qəsd edən hərbçimiz bu rayondandır


Canına qəsd edən hərbçimiz bu rayondandır

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Qəhrəmanov Ərşad Maarif oğlu intihar edib. O, Kəlbəcərdə odlu silahdan istifadə etməklə özünü öldürüb.
İntihar edən hərbi qulluqçu Ağcabədi rayonundandır.
Ərşad Qəhrəmanov 2003-cü ildə rayonun Minaxorlu kəndində anadan olub.
Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
29-07-2024, 22:39
Mehriban Əliyevadan Hidayətlə bağlı paylaşım - FOTO


Mehriban Əliyevadan Hidayətlə bağlı paylaşım - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: "Əhsən! Əhsən! Əhsən, Hidayət! Təbrik edirəm! Yaşasın Azərbaycan!".

29-07-2024, 21:53
Prezident və xanımı Hidayət Heydərova zəng etdilər


Prezident və xanımı Hidayət Heydərova zəng etdilər

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısı və birinci xanım Olimpiadanın cüdo yarışlarında parlaq qələbə qazanması münasibətilə Hidayət Heydərova təbriklərini çatdırıb, ona gələcək idman fəaliyyətində yeni qələbələr arzulayıblar.
Hidayət Heydərov telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma təşəkkürünü bildirib, Olimpiadada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqdan və Dövlət Himnimizin səsləndirilməsindən qürur duyduğunu vurğulayıb. O, yeni uğurlar əldə etmək üçün bundan sonra da səylə fəaliyyət göstərəcəyini deyib.
29-07-2024, 21:37
Böyük Qayıdışa ayrılan vəsait 5 milyardı ötəcək


Böyük Qayıdışa ayrılan vəsait 5 milyardı ötəcək

Cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaiti 5 milyard manatı ötəcək.
Məlumata görə, bütövlükdə yaradılmış 3,8 milyard manat məbləğində maliyyə resurslarının 1085,8 milyon manatının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaitinin 5085,8 milyon manata çatdırılması nəzərdə tutulub.
29-07-2024, 21:20
16 ildən sonra gələn qələbə


16 ildən sonra gələn qələbə

Cüdo üzrə Azərbaycan millisi 16 ildən sonra Olimpiadada qızıl medal qazanıb.
Bu uğura "Paris-2024" Yay Olimpiya Oyunlarında Hidayət Heydərov imza atıb. 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Fransa paytaxtında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycan Himnini səsləndirib.
Qeyd edək ki, daha əvvəl Elnur Məmmədli 2008-ci il Pekin Olimpiadasında eyni çəki dərəcəsində qızıl medal əldə edib.

29-07-2024, 20:50
İdmançımız fransalını məğlub etdi - Olimpiya çempionu oldu


İdmançımız fransalını məğlub etdi - Olimpiya çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov "Paris-2024" XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada fransalı Con Benjamin Qaba ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn cüdoçumuz Olimpiya çempionu adını qazanıb və “Paris-2024”də millimizin aktivinə ilk medalı yazdırıb.
Bununla da Hidayət Heydərov bu il həm Avropa, həm dünya, həm də Olimpiya çempionu adını qazanmaqla Azərbaycan idmanının tarixinə düşüb.
Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan cüdoçumuz birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya qalib gəlib.
29-07-2024, 19:36
Ağadadaş Ağayev baltalı davası barədə danışdı: "Üzr istəyirəm" - VİDEO


Ağadadaş Ağayev baltalı davası barədə danışdı: "Üzr istəyirəm" - VİDEO

Xalq artisti Ağadadaş Ağayev "Medera" hospitalının qarşısında baş verən insidentdən sonra ilk dəfə açıqlama verib.
Sənətçi youtube kanalında hadisənin təfərrüatlarını danışıb.
O, davranışına görə xalqdan üzr istəyib: "Öncə bir Xalq artisti, xalqa örnək olan bir şəxs kimi, hər hansı səbəbdən olursa, olsun fərq etməz, etdiyim bu yanlış hərəkətin fərqindəyəm. Təəssüf hissi ilə dövlətimdən və xalqımdan üzr istəyirəm”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin ("MedEra" hospitalı) gözətçisi N.Cəlilovla Ağadadaş Ağayev arasında insident baş verib.
İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti Ağadadaş Ağayev gözətçi N.Cəlilova balta atır, daha sonra onlar əlbəyaxa dava edirlər. Rəsmi məlumata görə, müğənninin atdığı balta başqa bir qadına xəsarət yetirib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!