Dərnəgül dəmir yolu dayanacağının tikintisi davam etdirilir .....                        Putin: Ukrayna ilə sülh danışıqlarını rədd etmirik .....                        4 yaşlı uşaq kanalizasiya quyusuna düşərək öldü .....                        Bunlar hərbi cinayətlərdir - Arayik ETİRAF ETDİ .....                        Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün imtahan keçirildi .....                        Emin Əmrullayev türkiyəli rektorlarla görüşdü .....                        Ermənilərin məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir .....                        Zelenski istedadlı artistdir! - Putin istehza etdi .....                        Xəstələrlə təmas qurmayan həkimlərlə bağlı tədbirlər görüləcək - TƏBİB .....                       
10-07-2024, 17:00
Prezident hökuməti tənqid etdi, hakim patiyanı “düşüncəsiz” adlandırdı


Prezident hökuməti tənqid etdi, hakim patiyanı “düşüncəsiz” adlandırdı

Gürcüstan prezidenti Salome Zurabişvili hökuməti Qərbə qarşı “düşmənçilik siyasəti” yürütməkdə ittiham edib.
Zurabişvili bu barədə sosial şəbəkə hesabında yazıb. O, ABŞ-ın bu il üçün nəzərdə tutulan “Layiqli tərəfdaş” adlı gürcü-amerikan təlimlərini ləğv edilməsinin səbəbini bununla izah edib.
Prezident həmçinin bildirib ki, məhz həmin siyasətin nəticəsidir ki, Avropa İttifaqı Gürcüstanın müdafiə sektoruna 30 milyon avro ayırmağı dondurub.
S.Zurabişvili Gürcüstanın siyasi çoxluğunun seçdiyi siyasi xətti, eləcə də hakim “Gürcü arzusu” partiyasını düşüncəsiz adlandırıb.
Xatırladaq ki, bu gün Almaniyanın da Gürcüstanla əməkdaşlıq proqramlarına yenidən baxmağa başladığı da məlum olub.
10-07-2024, 16:41
İstanbul boğazı müvəqqəti bağlanır


İstanbul boğazı müvəqqəti bağlanır

Türkiyədə İstanbul boğazı bağlanıb.
Buna səbəb “LIONFISH” adlı gəmidə yaranan nasazlıq olub.
Bununla əlaqədər olaraq gəmilərin hər iki tərəfə hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Hərəkətin nə vaxt bərpa olunacağı açıqlanmayıb.
10-07-2024, 16:32
İranın yeni xarici işlər naziri o olacaq


İranın yeni xarici işlər naziri o olacaq

İran xarici işlər nazirinin keçmiş müavini Abbas Əraqçi böyük ehtimalla yeni prezident Məsud Pezeşkianın hökumətində xarici siyasət idarəsinin rəhbəri olacaq.
Bu barədə “Tasnim” agentliyi yeni prezidentə yaxın mənbələrə istinadən bildirib.
Məlumata görə, Məsud Pezeşkianın siyasi məsləhətçiləri hesab edirlər ki, A.Əraqçi ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik etmək üçün ən münasib seçimdir.
“Xüsusi hadisə baş verməsə, siyasətçinin namizədliyi baxılmaq üçün İslam Respublikası parlamentinə təqdim olunacaq”, - Agentliyin mənbəsi bildirib.
Abbas Əraqçi artıq Pezeşkianın xarici siyasət məsələləri üzrə müşaviri vəzifəsində çalışır. O, xüsusilə İslami müqavimət qruplarının liderləri və regionun dövlət başçıları ilə son telefon danışıqları zamanı seçilmiş prezidentə məsləhətlər verib.
Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub. Bu səbəbdən də növbədənkənar prezident seçkiləri gündəmə gəlib.
İranda keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turunda islahatçı namizəd Məsud Pezeşkian qalib gəlib. O, iyulun 30-da and içəcək və sonrakı iki həftə ərzində yeni hökumətin siyahısını parlamentin müzakirəsinə təqdim edəcək.
10-07-2024, 16:25
İzmirdə meşə yanır, əraziyə beş təyyarə, doqquz helikopter cəlb olundu


İzmirdə meşə yanır, əraziyə beş təyyarə, doqquz helikopter cəlb olundu

Türkiyənin İzmir şəhərinin Menderes rayonunda meşə yanır.
Bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, hadisənin səbəbi hələ müəyyən edilməyib.
Yanğının söndürülməsi tədbirlərinə beş təyyarə, doqquz helikopter və digər texnikalar cəlb olunub.
10-07-2024, 16:20
Qarabağda neçə məscid tikilir, neçəsi bərpa olunub? - Dini Komitədən açıqlama


Qarabağda neçə məscid tikilir, neçəsi bərpa olunub? - Dini Komitədən açıqlama[/color]

İşğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti-quruculuq, bərpa işləri məscidləri də əhatə edir.
Yeni məscidlər tikilir, mövcud olanlar bərpa edilir. Bəs azad edilmiş ərazilərdə indiyə kimi neçə məscid tikilib, neçəsinin inşası planlaşdırılır?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizdə mədəni irsimizin, o cümlədən tarixi-dini abidlərimizin bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir:
“Bütün bu proseslər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2020-ci ilin dekabrın 8-də Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan edib. Fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi və mədəniyyət abidələrinin bərpası işləri uğurla həyata keçirilir. İndiyə qədər Ağdam Cümə məscidi, Şuşa şəhərində yerləşən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Mamayı, Təzə məhəllə, Saatlı məscidləri aparılan bərpa işlərindən sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan Zəngilan məscidinin açılışı isə cari ilin may ayının 18-də həyata keçirilib. Qeyd olunan məscidlərin açılış mərasimlərində Prezident İlham Əliyev şəxsən iştirak edib.
Hazırda Şuşa, Laçın, Hadrut, Suqovuşan ərazilərində yeni məscidlərin tikintisi, Şuşadakı Çöl Qala məscidinin isə bərpa işləri davam etdirilir”.
10-07-2024, 16:16
DİN-ə yeni səlahiyyət verildi


DİN-ə yeni səlahiyyət verildi

Nazirlər Kabineti “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan orqanların (qurumların) siyahısı genişləndirilib.
Siyahıya Daxili İşlər Nazirliyi əlavə edilib.
10-07-2024, 15:57
İsmayıllı şəhərində magistral su kəmərinin köçürülməsi işləri yekunlaşdı


İsmayıllı şəhərində magistral su kəmərinin köçürülməsi işləri yekunlaşdı

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi ilə əlaqədar ərazidən keçən 355 mm diametrli 400 metr uzunluğunda magistral su xətti köçürülüb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu səbəbdən magistral kəmərlə suyun nəqli dayandırılsa da su təchizatında fasilə yaranmayıb. İsmayıllı şəhəri anbarlarında toplanmış ehtiyat hesabına əhali içməli su ilə təmin olunub.
Magistral kəmərin köçürülməsi işləri artıq yekunlaşıb və İsmayıllı şəhərinin bu kəmər vasitəsilə içməli su təchizatı əvvəlki rejimlə davam etdirilir.
10-07-2024, 15:53
COP29 zamanı Bakıda hansı yollar bağlanacaq?


COP29 zamanı Bakıda hansı yollar bağlanacaq?

Məlum olduğu kimi noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29 tədbiri keçirləcək.
Noyabrın 11-dən 22-dək davam edəcək beynəlxalq konfransa hazırlıq işləri gedir. COP29 təşkilat komitəsi bu tədbir üçün təxminən 40.000 nəfər qonaq gözləyir.
Milli Məclisin buraxılması barədə prezidentə müraciətində də belə bir hissə var:
“COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır”.
Bəs konfrans müddətində hansı yollar bağlanacaq? Ümumiyyətlə istifadəsi dayandırılacaq yollar olacaqmı?
Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb.
Qurumun mətbuat katibi Tural Orucov sualımızı belə cavablandırıb.
“11-22 noyabr tarixlərində keçiriləcək COP29 konfransında hansı yollarda məhdudiyyətlərin tətbiq olunacağı və ümumiyyətlə hansı yolların istifadəyə dayandırılacağı haqda hər hansı məlumat yoxdur”.
10-07-2024, 15:48
Ermənistanda Paşinyanın reytinqi düşüb, amma hamıdan öndədir


Ermənistanda Paşinyanın reytinqi düşüb, amma hamıdan öndədir

“Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin keçirdiyi sorğuda respondentlərin 54,8%-i baş nazir Nikol Paşinyanın işini mənfi qiymətləndirib.
Bunu iyulun 10-da jurnalistlərlə görüşdə nümayəndəliyin direktoru Aram Navasardyan bildirib.
O, əlavə edib ki, 13,4% respondent Ermənistanın baş nazirinin işini tam müsbət, 21,7% kifayət qədər müsbət, 14,5%, kifayət qədər mənfi, 40,3% tamamilə mənfi qiymətləndirib.
10,1% respondent bu suala cavab verməkdə çətinlik çəkib.
Navasardyanın sözlərinə görə, respondentlərin 16,7%-i Ermənistan hökuməti tərəfindən həyata keçirilən sərhədlərin delimitasiyasına tamamilə müsbət yanaşır. Bu prosesə respondentlərin 21,2%-i kifayət qədər müsbət, 17,5%-i kifayət qədər mənfi, 39,4%-i tamamilə mənfi rəy bildirib.
5,2% bu suala cavab verməkdə çətinlik çəkib.
Aram Navasardyan bildirib ki, keşiş Baqrat Qalsanyanın da reytinqi aşağı düşüb. Belə ki, rəyi soruşulanların 18,3 faiz keşişin rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatına tam müsbət münasibət bəslədiyini deyib. Halbuki, may ayında həmin göstərici 35,1% idi.
32,4% Baqrat Qalsanyanın fəaliyyətinə tamamilə mənfi qiymət verib. May ayında bu göstərici 23,5% idi.
Respondentlərdən soruşulub ki, “əgər gələn bazar günü parlament seçkiləri olsa, hansı partiyaya səs verəcəksiniz?”.
Bu suala cavab verənlər birinci yerdə Nikol Paşinyanın rəhbəri olduğu “Mülki müqavilə” partiyasının göstəriblər.
Belə ki, sorğunun nəticələrinə görə, “Mülki müqavilə” 14,4%, "Ermənistan Alyansı" 3,7 %, "Mənim şərəfim var” partiyası 2,3%, “Respublika" partiyası 0,6% səs toplayıb.
10-07-2024, 14:44
Qarabağ Universitetinə yeni dekan təyin edildi - FOTO


Qarabağ Universitetinə yeni dekan təyin edildi - FOTO

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Hüseyn Mirzəyev Mühəndislik fakültəsinə dekan təyin olunub.
Hüseyn Mirzəyev Azərbaycan Texniki Universitetində mühəndis-mexanik ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alıb, texnika elmləri üzrə fəlsəfə doktorudur.
Hüseyn Mirzəyev Azərbaycan Texniki Universitetində assistent, baş müəllim, dosent və "Müasir mexaniki intiqallar" elmi-tədqiqat laboratoriyasında baş elmi işçi vəzifələrində çalışıb. Bundan əlavə, Qazi Universiteti, İstanbul Texniki Universiteti və Cənubi Koreyanın İnha Universitetində elmi-tədqiqat işləri, həmçinin mübadilə proqramlarında iştirak edib.
H. Mirzəyev bir sıra elmi məqalə, kitab və patentlərin müəllifidir. O, Azərbaycan, rus, ingilis və alman dillərini bilir.
Hüseyn Mirzəyev bu təyinatadək Bakı Mühəndislik Universitetində Mexanika mühəndisliyi kafedrasının müdiri vəzifəsində çalışıb, həmçinin mühəndislik və layihə idarəetməsi üzrə müxtəlif fənləri tədris edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!