Dərnəgül dəmir yolu dayanacağının tikintisi davam etdirilir .....                        Putin: Ukrayna ilə sülh danışıqlarını rədd etmirik .....                        4 yaşlı uşaq kanalizasiya quyusuna düşərək öldü .....                        Bunlar hərbi cinayətlərdir - Arayik ETİRAF ETDİ .....                        Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün imtahan keçirildi .....                        Emin Əmrullayev türkiyəli rektorlarla görüşdü .....                        Ermənilərin məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir .....                        Zelenski istedadlı artistdir! - Putin istehza etdi .....                        Xəstələrlə təmas qurmayan həkimlərlə bağlı tədbirlər görüləcək - TƏBİB .....                       
10-07-2024, 14:28
Ceyhun Bayramov NATO-da Ermənistanın silahlanmasından şikayətləndi


Ceyhun Bayramov NATO-da Ermənistanın silahlanmasından şikayətləndi

9 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirakı çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, təhsil və s. aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Azərbaycanın NATO ilə əməkdaşlığını təsbit edən "Sülh naminə Tərəfdaşlıq" proqramı çərçivəsində 30 illik tərəfdaşlığın qarşılıqlı anlaşma şəraitində uğurla davam etdirilməsi məmnunluqla qeyd olunub.
Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verən nazir Ceyhun Bayramov, COP29 sədrliyimizin qlobal çağırışlarla mübarizə fəaliyyətimizin növbəti bariz nümunəsi olduğunu bildirib.
Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, Ermənistanın sürətlə silahlanması faktına diqqət çəkib.
Bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialar xatırlanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
10-07-2024, 13:36
Millimiz Gürcüstana da qalib gəldi


Millimiz Gürcüstana da qalib gəldi

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin ikinci qrup oyunu baş tutub.
Qızlarımızın bu dəfəki rəqibi Gürcüstan seçməsi olub. Oyuna sürətli başlayan millimiz, Gürcüstan yığması üzərində 97-40 hesablı rahat qələbə qazanıb.
Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (24 xal, 5 ribaund) seçilib. Bu qələbə ilə qızlarımız yarımfinala vəsiqəni təmin ediblər.
Millimizin qrupdakı sonuncu oyunu 11 iyul Bakı vaxtı ilə saat 12:30-da Kipr yığmasına qarşı olacaq.
10-07-2024, 13:33
Pezeşkianın andiçmə mərasiminin tarixi açıqlandı


Pezeşkianın andiçmə mərasiminin tarixi açıqlandı

Məsud Pezeşkian 2024-cü il iyulun 30-da İran İslam Respublikasının 9-cu prezidenti kimi parlamentdə (and içəcək.
Bunu İran parlamentinin Rəyasət Heyətinin sözçüsü Höccətülislam Əlirza Səlimi bildirib.
Qanuna əsasən, prezidentin andiçmə mərasimi İslam İnqilabının Rəhbəri tərəfindən təsdiqlənir. Prezidentin andiçmə mərasimi İran Ali Məhkəməsinin sədri, Keşikçilər Şurasının üzvləri və digər yüksək rütbəli dövlət və hərbi rəsmilərin iştirakı ilə keçiriləcək.
Konstitusiyanın 121-ci maddəsinə əsasən, seçilmiş prezident üzərinə götürdüyü vəzifələrin yerinə yetirilməsi üçün bütün istedadını, imkanlarını və səriştəsini sərf edəcəyinə and içəcək və nəhayət, imza atacaq.
Yeni prezident andiçmə mərasimindən sonra 2 həftə ərzində proqramını və hökumətin tərkibini parlamentə təqdim etməlidir. Parlamentdə təqdim olunan nazirlərə etimad səsinin verilməsi ilə bağlı bir həftə ərzində müzakirələr aparılacaq.
İyulun 5-də keçirilən 14-cü prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkian xalq tərəfindən səs çoxluğu ilə İranın 9-cu dövlət başçısı seçilib.
10-07-2024, 13:21
Avstriya NATO-ya daxil olmağı planlaşdırmır


Avstriya NATO-ya daxil olmağı planlaşdırmır

Avstriya NATO-ya üzv olmaq niyyətində deyil, lakin alyansla tərəfdaşlıqdan da imtina etməyəcək.
Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq bu barədə ORF radiosunun efirində deyib. “Biz hərbi baxımdan neytral dövlətik və NATO-ya üzv olmağı planlaşdırmırıq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Avstriya 1995-ci ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edir və bu qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Aleksandr Şallenberq iyulun 9-11-də NATO-nun Vaşinqtonda keçirilən sammitinə dəvət alsa da, Hindistanın Baş naziri Narendra Modinin Vyanaya səfərinə görə tədbirdə iştirak etmir.
10-07-2024, 13:12
Afiyəddin Cəlilov küçəsinin təmiri yekunlaşdı


Afiyəddin Cəlilov küçəsinin təmiri yekunlaşdı

Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) aparılan təmir işləri artıq yekunlaşıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, texnoloji ardıcıllığa uyğun olaraq qeyd olunan hissə üzrə frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.
Bu işlərə paralel olaraq küçədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetirilib.
Son mərhələdə üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunan küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
10-07-2024, 13:04
Milli Məclisin stajsız deputatları - Onlar bu dəfə də namizəd olacaq?


Milli Məclisin stajsız deputatları - Onlar bu dəfə də namizəd olacaq?

Azərbaycanda növbəti parlament seçkilərinə start verilib. Artıq namizədliyin irəli sürülməsinə, imza vərəqələrinin götürülməsinə başlanılıb. Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri yeddinci çağırış Milli Məclisin tərkibini formalaşdıracaq.
Parlament seçkilərinə hər zaman böyük ictimai maraq olub: kimlər deputat olacaq, hardan seçiləcək, hansı tanınmışlar kənarda qalacaq, hazırkı deputatlardan neçəsi yenidən mandat ala biləcək?
İctimaiyyət üçün bu suallara cavab tapmaq həmişə maraqlı olub.
Bu sualların cavabı üçün isə təxminən bir ay yarım gözləməli olacağıq.
Yaxın günlərdə hakim Yeni Azərbaycan Partiyası (YAP) özünün namizəd siyahısını açıqlayandan sonra seçkilərlə bağlı bəzi təxminlərə də gün düşəcək.
Hələlik hamının, o cümlədən altıncı çağırış Milli Məclisin deputatlarının da gözü-qulağı YAP-a yönəlib. Bir çoxları, hətta müxalifətçi və bitərəf kimi seçkilərə qatılmaq istəyənlər belə, YAP-ın namizədlər siyahısını gözləyir ki, ona uyğun addım atsın.
Daha bir sual altıncı çağırış Milli Məclisin deputat mandatını daşıyan parlamentarların budəfəki seçkilərdə iştirak edib-etməyəcəyilə bağlıdır.
Ötən yazımızda altıncı çağırış Milli Məclisdə ən azı 20 il və daha çox müddətdə təmsil olunmuş stajlı deputatların siyahısını dərc etmişdik.
Bu dəfə altıncı çağırış parlamentin stajsız deputatlarını təqdim edirik.
Onlar bir dönəm (2020-2024-cü illər) deputat olublar. Stajsız deputatlardan hələ heç biri yenidən namizədlik haqqında açıqlama verməyib və ehtiyatla davranaraq, gözləmə mövqeyi tutublar.

Əminə Ağazadə - 57 saylı Kürdəmir seçki dairəsi - Bitərəfdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür.

Elnur Allahverdiyev - 17 saylı Yasamal üçüncü seçki dairəsi - Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində, Gənclər və idman komitəsində, Hesablayıcı komissiyasında təmsil olunur.

Nigar Arpadarai - 29 saylı Səbail seçki dairəsi - Bitərəfdir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

Vüqar Bayramov - 84 saylı Füzuli seçki dairəsi - Bitərəfdir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvüdür.

Kamal Cəfərov - 63 saylı Sabirabad birinci seçki dairəsi - Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində təmsil olunur.

Müşfiq Cəfərov - 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi - Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Aqrar siyasət komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür.

Tamam Cəfərova - 85 saylı Şamaxı seçki dairəsi - Bitərəfdir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür.

Məzahir Əfəndiyev - 89 saylı Göyçay-Ağdaş seçki dairəsi - Bitərəfdir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür.

Jalə Əhmədova - 59 saylı Salyan seçki dairəsi - Bitərəfdir. Milli Məclisin İnsan hüquqları komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür.

Etibar Əliyev - 31 saylı Suraxanı ikinci seçki dairəsi - Bitərəfdir. Parıamentin Gənclər və idman komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür.

Əziz Ələkbərov - 62 saylı Saatlı seçki dairəsi - Yeni Azərbaycan Partiyasının üzvüdür.
Parlamentin Əmək və sosial siyasət komitəsinin, Mədəniyyət komitəsinin, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür.

Tural Gəncəliyev - 122 saylı Xankəndi seçki dairəsi - Bitərəfdir. Milli Məclisin İnsan hüquqları komitəsində, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində təmsil olunur.

Emin Hacıyev - 43 saylı Sumqayıt üçüncü seçki dairəsi - Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Aqrar siyasət komitəsinin, Regional məsələlər komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür.

Hicran Hüseynova - 41 saylı Sumqayıt birinci seçki dairəsi - Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədridir.

Ramil Həsən - 91 saylı Ucar seçki dairəsi - Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Gənclər və idman komitəsində, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində təmsil olunur.

Nurlan Həsənov - 99 saylı Şəmkir kənd seçki dairəsi - Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvüdür. Parıamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, İntizam komissiyasının katibidir.

Afət Həsənova - 32 saylı Suraxanı üçüncü seçki dairəsi - Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Elm və təhsil komitəsinin, İntizam komissiyasının üzvüdür.

Səbinə Xasayeva - 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi - Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvüdür. Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür.

Anar İsgəndərov - 71 saylı Masallı kənd seçki dairəsi - Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür.

Vüqar İskəndərov - 113 saylı Şəki şəhər seçki dairəsi - Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür.

Cəbi Quliyev - 7 saylı Ordubad-Culfa seçki dairəsi - Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür.

Sadiq Qurbanov - 54 saylı Şabran-Siyəzən seçki dairəsi - Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir.

Erkin Qədirli - 16 saylı Yasamal ikinci seçki dairəsi - Respublikaçı Alternativ Partiyasının üzvüdür. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür.

Elşad Mirbəşir - 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi - Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, İnsan hüquqları komitəsinin üzvüdür.

Sevil Mikayılova - 56 saylı Xaçmaz kənd seçki dairəsi - Bitərəfdir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

Bəhruz Məhərrəmov - 66 saylı Biləsuvar seçki dairəsi - Bitərəfdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, İnsan hüquqları komitəsinin üzvüdür.

Müşfiq Məmmədli - 44 saylı Sumqayıt-Xızı seçki dairəsi - Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Səhiyyə komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür.

Anar Məmmədli - 96 saylı Goranboy-Naftalan seçki dairəsi - Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

Aqil Məmmədov - 123 saylı Kəlbəcər seçki dairəsi - Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür

Ceyhun Məmmədov - 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi - Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür.

Məşhur Məmmədov - 70 saylı Masallı şəhər seçki dairəsi - Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, İntizam komissiyasının üzvüdür.

Soltan Məmmədov - 14 saylı Xəzər seçki dairəsi - Bitərəfdir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Səhiyyə komitəsinin üzvüdür.

Arzu Nağıyev - 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi - Bitərəfdir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvüdür.

Razi Nurullayev - 79 saylı İmişli seçki dairəsi - Milli Cəbhə Partiyasının sədridir. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür.

Könül Nurullayeva - 24 saylı Nizami birinci seçki dairəsi - Bitərəfdir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür.

Anatoli Rafailov - 53 saylı Quba-Qusar seçki dairəsi - Bitərəfdir. Milli Məclisin Səhiyyə komitəsinin üzvüdür.

Əliabbas Salahzadə - 27 saylı Sabunçu ikinci seçki dairəsi - Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür.

Nizami Səfərov - 102 saylı Samux-Şəmkir seçki dairəsi - Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, İntizam komissiyasının üzvüdür.

Fatma Yıldırım - 93 saylı Bərdə şəhər seçki dairəsi - Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür.

İltizam Yusifov - 46 saylı Şirvan seçki dairəsi - Bitərəfdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür.
10-07-2024, 01:00
AVRO-2024-ün ilk FİNALÇISI


AVRO-2024-ün ilk FİNALÇISI

Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyun başa çatıb.
Qarşılaşma İspaniya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal "status-kvo"nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə Dani Olmo imza atıb.
Bununla da ispanlar Avropa çempionatının finalına vəsiqə qazanıblar.
Qeyd edək ki, növbəti finalçı bu gün baş tutacaq Niderland-İngiltərə oyunundan sonra məlum olacaq.
10-07-2024, 01:00
AVRO-2024-ün ilk FİNALÇISI


AVRO-2024-ün ilk FİNALÇISI

Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyun başa çatıb.
Qarşılaşma İspaniya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal "status-kvo"nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə Dani Olmo imza atıb.
Bununla da ispanlar Avropa çempionatının finalına vəsiqə qazanıblar.
Qeyd edək ki, növbəti finalçı bu gün baş tutacaq Niderland-İngiltərə oyunundan sonra məlum olacaq.
9-07-2024, 20:19
İlham Əliyev Pezeşkiana zəng etdi


İlham Əliyev Pezeşkiana zəng etdi

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Məsud Pezeşkianı İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin Prezident seçilməsi münasibətilə dövlətimizin başçısının daha əvvəl göndərdiyi məktuba görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İran Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub.
Dövlət başçıları ölkələr arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib.
Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlət başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.
Dövlət başçısı bu dəvəti məmnunluqla qəbul edib.
9-07-2024, 19:45
Avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər üçün yeni avadanlıqlar


Avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər üçün yeni avadanlıqlar

Avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər üçün texniki avadanlıqlar tətbiq ediləcək.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, paytaxtın avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər ictimai nəqliyyatın fasiləsiz hərəkətində ləngimələr, süni tıxaclar, maneələr yaradır.
"Şəhər sakinlərini narahat edən bu halların qarşısının alınması istiqamətində DİN tərəfindən tədbirlər görülür. Xüsusilə, avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaq. Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri birgə avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırır. Bununla yanaşı, DİN tərəfindən seçilmiş stasionar nöqtələr müvafiq avadanlıqlarla təchiz edilir. Yeni sistemin qurulmasında məqsəd şəhər sakinlərinin ictimai nəqliyyatda fasiləsiz hərəkətini təmin etməkdir", - məlumatda qeyd edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!