57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ .....                        Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA .....                        Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA .....                        Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR .....                       
22-02-2024, 19:19
ABŞ-nin İqlim üzrə xüsusi nümayəndəsi Azərbaycandadır


ABŞ-nin İqlim üzrə xüsusi nümayəndəsi Azərbaycandadır

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində paylaşım edilib.
Syu Biniazini noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-ın dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək.
O, həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçirələcək tədbirdə çıxış edəcək.
22-02-2024, 18:47
Hakan Fidan rusiyalı həmkarıyla görüşdü


Hakan Fidan rusiyalı həmkarıyla görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş Rio-de-Janeyroda keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutub.

22-02-2024, 18:40
Radarlardan yayınan şəxslər məsuliyyətə cəlb olunacaq - BDYPİ


Radarlardan yayınan şəxslər məsuliyyətə cəlb olunacaq - BDYPİ

Radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslər məsuliyyətə cəlb olunacaq.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, avtomobilinin ön şüşəsinə həmin nəqliyyat vasitəsinə aid olmayan saxta nömrə nişanları yerləşdirərək xüsusi texniki vasitələrin iş prinsipini pozmağa cəhd edən sürücülər DYP əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.
Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək qeyd olunan əməlin qanunvericiliyə zidd olduğunu bildirir və belə hallar aşkarlandığı təqdirdə ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırır.
22-02-2024, 18:32
Zelenski əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı fərman imzaladı


Zelenski əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı fərman imzaladı

Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Milli Qvardiyada xidmət göstərməyə icazə verilməsi haqqında fərman imzalayıb.
Bu barədə Ukrayna Prezidentinin saytına istinadən xəbər verir.
Fərmanda qeyd olunur ki, hərbi xidmət keçmənin tələblərinə cavab verən əcnəbilər Ukrayna Milli Qvardiyasına könüllülük əsasında qəbul edilə bilərlər.
“Ukrayna ərazisində qanuni əsaslarla yaşayan, əvvəllər məhkumluğu olmayan və Ukraynanın “Hərbi mükəlləfiyyət və hərbi xidmət haqqında” Qanunu ilə müəyyən edilən hərbi xidmət keçmənin tələblərinə cavab verən əcnəbilər könüllülük əsasında Ukrayna Milli Qvardiyasına hərbi xidmətə qəbul oluna bilərlər”, - deyə Prezidentin saytında bildirilir.
Əcnəbilər orduda müqavilə üzrə həm sıravi, həm də serjant və starşina vəzifələrində xidmət edə bilərlər. Hərbi xidmət keçməkdən ötrü onlar yaşadıqları yer üzrə ərazi komplektləşdirmə və sosial dəstək mərkəzinə, yaxud bilavasitə müqavilə üzrə hərbi xidmət keçmək istədikləri hərbi hissəyə müraciət etməlidirlər.
22-02-2024, 18:10
Xırdalanda mənzildə partlayış - Yaralanan var


Xırdalanda mənzildə partlayış - Yaralanan var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onikimərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 72m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində kombi aparatında yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində partlayış dalğasınım təsirindən eyvanın pəncərə çərçivəsi yerindən çıxaraq asılı vəziyyətdə qalıb, şüşələr qırılıb, 1 nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
22-02-2024, 17:34
Asiya Parlament Assambleyasının builki büdcəsi təsdiqləndi


Asiya Parlament Assambleyasının builki büdcəsi təsdiqləndi

Asiya Parlament Assambleyasının builki büdcəsinin 985 min ABŞ dolları olması təsdiqlənib.
Bu barədə Asambleyanın Bakıda keçirilən İqtisadiyyat və dayanıqlı inkişaf daimi komitəsinin iclasında bildirilib.
Bildirilir ki, bunun 673 min ABŞ dolları əsas büdcə, 280 min ABŞ dolları əlavə büdcə, 32 min ABŞ dolları isə ehtiyat büdcə olacaq.
22-02-2024, 17:29
Sülh sazişiylə bağlı şərhlər Ermənistana təqdim olunub - Ceyhun Bayramov


Sülh sazişiylə bağlı şərhlər Ermənistana təqdim olunub - Ceyhun Bayramov

Sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın növbəti şərhləri Ermənistana təqdim edilib.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bildirib.
Nazir bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğumuzu diqqətə çatdırıb.
Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddiaların qəbuledilməz olduğu vurğulanıb.
22-02-2024, 17:25
Soydaşımız Latviyada deputat seçildi


Soydaşımız Latviyada deputat seçildi

Soydaşımız Amil Səlimov Latviya Seyminə deputat seçilib.
O, Latviyada “Sabitlik!” siyasi partiyasının üzvüdür.
Latviya parlamentinə sonuncu seçkilər 2022-ci il oktyabrın 1-də keçirilib. Lakin A.Səlimovla eyni partiyadan olan deputat Qloriya Qrevtsovanın mandatı ləğv edildiyi üçün həmyerlimiz parlamentə düşə bilib.
Hər iki valideyni azərbaycanlı olan soydaşımız Amil Səlimov 1985-ci ildə anadan olub.
O, həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisi olub. Hazırda həmin vəzifədə Kamran Amanzadə fəaliyyət göstərir.
22-02-2024, 17:16
Medvedev: “Biz Rusiya Federasiyasında Odessanı çox gözləyirik”


Medvedev: “Biz Rusiya Federasiyasında Odessanı çox gözləyirik”

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynada həyata keçirdikləri “xüsusi əməliyyat”ın məqsədlərinə çatmaq üçün Kiyevi tutmağın lazım olacağını” istisna etməyib.
Medvedev deyib ki, Kiyev Rusiyanın əleyhdarları tərəfindən idarə olunur. Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, rus qoşunları Kiyev üzərində nəzarəti bərqərar etməlidir.
O, "şəhərin tarixini, oradakı insanların həyat tərzini, hansı dildə danışdığını" nəzərə alaraq "Rus şəhəri" adlandırdığı Odessanı da xatırladıb.
"Odessa, evə qayıt, biz Rusiya Federasiyasında Odessanı çox gözləyirik", - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini jurnalistlərə deyib.
22-02-2024, 16:51
Ailə üzvlərini öldürən Əhmədlə bağlı yeni məlumat yayıldı


Ailə üzvlərini öldürən Əhmədlə bağlı yeni məlumat yayıldı

Bəzi media subyektləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı informasiya yayılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur.
Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq tibbi stasionara yerləşdirilir.
Fevralın 22-də təqsirləndirilən şəxsin stasionar tibb müəssisəsinə yerləşdirilməsi barədə vəsatət və təqdimat Xətai Rayon Məhkəməsi tərəfindən təmin olunduğundan, Ə.Əhmədovun hazırda saxlanıldığı istintaq təcridxanasından tibbi müəssisəsinə gələcək günlərdə köçürülməsi təmin ediləcəkdir.
Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!