Futbol azarkeşlərini daşıyan avtobus yandı .....                        ABŞ Mərkəzi Komandanlığ: F-15 qırıcısı vurulmayıb .....                        Pezeşkian "İranı yox etmək fikri sadəcə boş xəyaldır" .....                        İstanbulda bina çökdü - Ölən var-YENİLƏNİB .....                        Bakı sakini Kürdəmirdə avtomobillə 7 yaşlı uşağı öldürdü .....                        Kansler Trampla nə danışdı? .....                        Neftin qiyməti uzun müddət yüksək qalacaq - Qalibaf .....                        Qətərdə hərbi helikopter qəzası - 6 nəfərin meyiti tapıldı .....                        İstanbulda bina çökdü .....                       
30-10-2024, 18:00
Tramp milli sorğularda Harrisə çatdı


Tramp milli sorğularda Harrisə çatdı

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris milli reytinqlərdə rəqibi Donald Trampı qabaqlamağa davam etsə də, aralarındakı fərq minimum həddə çatıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Sorğunun dərc edilmiş nəticələrinə görə, Harrisin milli reytinqi 44 faiz, Trampınki 43 faizdir. İki həftə əvvəl fərq daha da böyük idi, demokrat namizəd 3 faiz öndə idi.
ABŞ vitse-prezidenti iyul ayından bəri hər sorğuda Trampı qabaqlayır və Harrisin liderliyi sentyabrın sonundan bəri durmadan azalır.
Əvvəlki sorğularda olduğu kimi, iqtisadiyyat (47-yə qarşı 37 faiz) və immiqrasiya (48-ə qarşı 33 faiz) məsələsində seçicilər keçmiş prezidentə üstünlük veriblər.
Əvəzində Harris siyasi ekstremizmdən daha çox xəbərdar hesab olunur (40 faizə qarşı 38 faiz), lakin burada yenə də onun liderliyi keçən həftə yeddi baldan iki bala qədər azalıb.
“Milli sorğular ABŞ seçicilərinin fikirləri ilə bağlı mühüm siqnallar verir, lakin seçkilərin qalibi hər bir ştatda səsvermənin nəticələrinə görə müəyyənləşəcək”, - Reuters xatırladıb.
30-10-2024, 17:45
Liderlər Macarıstanda toplaşır: Azərbaycan və Ermənistan da dəvət edilib


Liderlər Macarıstanda toplaşır: Azərbaycan və Ermənistan da dəvət edilib

Noyabrın 7-də Avropa Siyasi Birliyinin V Sammiti keçiriləcək.
Görüş Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutacaq.
Sammitə Avropa İttifaqının (Aİ) üzvləri, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan daxil olmaqla 50-yə yaxın ölkənin liderləri dəvət edilib.
Macarıstanın Baş naziri Şarl Mişel və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin imzaladığı dəvət məktubunda deyilir ki, görüşdə Ukraynadakı vəziyyət, Avropada yaranan təhlükəsizlik çağırışları, miqrasiya və iqtisadi təhlükəsizlik mövzuları müzakirə ediləcək.
Miqrasiya üzrə sessiyada miqrasiyanın bütün aspektləri əhatə ediləcək, iqtisadi təhlükəsizlik üzrə sessiyada isə enerji, nəqliyyat, İT və qlobal ticarət baxımından əlaqə müzakirə olunacaq. İclas çərçivəsində ikitərəfli və ya çoxtərəfli görüşlər üçün geniş imkanlar yaradılacaq.
Ermənistan Baş naziri Nikol Paşinyan tədbirdə iştirak edəcəyini təsdiqləyib. Azərbaycan Prezidenti İlham Əliyevin də Sammitdə iştirak edəcəyi gözlənilir. İkitərəfli görüşün keçirilib-keçirilməyəcəyi məlum deyil.
Xatırladaq ki, Avropa Siyasi Birliyinin əsasları 2022-ci il Avropa Günündə qoyulub. Birliyin bundan əvvəki iclasları Çexiya, Moldova, İspaniya və Britaniyada keçirilib.

30-10-2024, 17:09
Bələdiyyə seçkiləri niyə gecikir? - SƏBƏB


Bələdiyyə seçkiləri niyə gecikir? - SƏBƏB

Azərbaycanda bu il bələdiyyə seçkiləri keçirilməlidir. Yerli özünüidarəetmə orqanlarına sonuncu seçkilər 23 dekabr 2019-cu ildə keçirilib. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır.
Bu ilin dekabr ayının 23-də Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti başa çatacaq.
Səsvermə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərə 60 gün qalmış elan edilməlidir. Ancaq ilin sonuna 62 gün qalsa da, bələdiyyə seçkilərinin nə vaxt keçiriləcəyi açıqlanmayıb. Məsələ ilə bağlı MSK-ya sorğu göndərsək də, cavab verilməyib.
Sonuncu seçkilər 15 min 156 bələdiyyə üzvünün seçilməsi üçün 1606 bələdiyyəni əhatə edib. 1597 bələdiyyədə seçkilər baş tutmuş hesab edilib və 15 075 bələdiyyə üzvü seçilib.
Qeyd edək ki, seçkilərin elan olunmasının gecikməsinə səbəb kimi bələdiyyələrin birləşməsi ilə bağlı qanun layihəsi göstərilir. Qanun layihəsinə görə, Azərbaycanda 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulub.
Layihəyə əsasən, "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə 2024-cü il 5 aprel tarixli Qanununa əsasən ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi variyyat, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.
Eyni zamanda, birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir. Bu Qanunun tələblərinə əsasən, bələdiyyələrin birləşmə ilə bağlı Milli Məclisə təqdim etdikləri rəylərə baxılmış və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulub.
Qeyd olunan qanun layihələri bələdiyyələrdə idarəetmənin effektivliyin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, regionların balanslı inkişafının təmin edilməsinə, habelə bələdiyyələr arasında daha sıx əməkdaşlığın qurulmasına hədəflənib.
Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda qəbul edilib və tezliklə qüvvəyə minməsi üçün digər prosedurlar icra edilir.
30-10-2024, 17:05
“Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli oldu


“Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.
Günün son matçında “Şəfa” və “Difai” komandaları üz-üzə gəlib. Əsas vaxt 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün əlavə 30 dəqiqə oynanılıb. Bu hissədə daha bir top vuran “Difai” adını 1/8 final mərhələsinə yazdırıb. Ağsu təmsilçisi bu raundda “Neftçi”yə rəqib olub.
Qeyd edək ki, II təsnifat mərhələsinin əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı 7:2, MOİK "Şimal”ı 3:1, “Araz -Naxçıvan" "Şahdağ Qusar"ı 4:0, "Kəpəz" "Ağdaş"ı, “Səbail" "Dinamo"nu 6:0, “Şamaxı” “Şəmkir”i 6:1, “Mingəçevir” “Zaqatala”nı 1:0, “Qaradağ Lökbatan” isə “Karvan”ı 3:0 hesabı ilə üstələyib.
30-10-2024, 16:57
Ata məhkəmədə oğlunun qatilini bağışladı - “Buraxın, getsin”


Ata məhkəmədə oğlunun qatilini bağışladı - “Buraxın, getsin”

Sabunçu rayonunun Balaxanı qəsəbəsində dostunu amansızlıqla öldürməkdə ittiham olunan 18 yaşlı Rəhim Əsədovun məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında prokuror ittiham aktını elan edib.
Rəhim ittihama münasibətdə özünü tam təqsirli bilib, həmyaşıdı Rəşid İmanovu öldürdüyünü etiraf edib. Rəhim sərbəst ifadəsində Rəşidi ona borca pul vermədiyinə və söydüyünə görə qətlə yetirdiyini deyib.
Danışdıqlarından məlum olub ki, zərərçəkmişlə hadisədən 20 gün əvvəl tanış olubmuş: “Bir-birimizi instaqramda tanımışıq. Xeyli yazışdıqdan sonra ondan borca pul istədim. Birinci dəfə borc verdi, dediyim vaxtda da qaytardım. Üstündən bir neçə gün keçdikdən sonra yenə pul lazım oldu. Bu dəfə ona müraciət edəndə dedi ki, gəl Balaxanıya, götür. Dediyi yerə getdim, amma pulu verməkdən imtina etdi. Nəsə mübahisə etməyə başladıq. Mənə qeyrət söyüşü söydü. Bundan sonra özümdən çıxdım. Yerə yıxıb bıçaqla boynuna iki zərbə vurdum. Öləndən sonra da izi itirmək üçün onun telefonunu, həmçinin cibindəki 3 manat pulu götürüb qaçdım”.
Təqsirləndirilən şəxs cinayətin necə baş verdiyini danışarkən, mərhumun zalda əyləşən anası Günel İmanova və babası hisslərini cilovlaya bilməyiblər. “Biz 18 il yetimçiliklə uşaq böyütmüşük. Necə rahat danışa bilərsən?”, - deyə qohumlar səslərini yüksəldiblər.
Məhkəməyə sədrlik edən hakim qohumlardan sakit olmalarını tələb edib.
Öldürülən gəncin atası Elçin İmanov prosesin davamında ifadə verib. Bundan əvvəlki iclasda o, oğlunu öldürməkdə ittiham edilən şəxsdən şikayətçi olmadığını, hüquqi varislikdən imtina etmək istədiyini demişdi.
Ata İmanov bu gün də əvvəl dediklərinin üstündə dayanıb. O, yenə də təqsirləndirilən şəxsin azadlığa buraxılmasını xahiş edib: “Ona heç bir sualım yoxdur. Cavan uşaqdır. Bildiyimə görə, anası da xəstədir. Buraxın, getsin. Ola bilərdi ki, mənim oğlum da onu öldürərdi. Biri ölüb, o biri yaşasın. Mən də dustaq olmuşam, onun yerində dayanmışam. Onu bağışlayıram”.
Rəhim də öz növbəsində şüşə qəfəs arxasından ataya təşəkkür edib.
Qeyd edək ki, Rəşid İmanovun anket məlumatlarından aydın olub ki, o özü də qəsdən adam öldürdüyünə görə 12 il həbsdə olub. Oğlunun 5 yaşında həbsxanaya düşən ata, onun ölümündən 9 gün sonra cəzasını tam başa vuraraq azadlığa buraxılıb.
Xatırladaq ki, bu hadisə 4 ay əvvəl baş verib. Təqsirəndirilən gəncə əvvəl 120-ci maddənin yüngül bəndi ilə cinayət işi başlansa da, istintaqın gedişində ona ağır maddələrlə yekun ittiham elan edilib.
30-10-2024, 16:53
Türkiyə indi dünyada ən böyük dron istehsalçısıdır - Ərdoğan


Türkiyə indi dünyada ən böyük dron istehsalçısıdır - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara ölkənin milli təhlükəsizliyi ilə bağlı qərarlar qəbul edərkən artıq heç kimdən icazə almır və ya başqalarının fikri ilə maraqlanmır.
Ədoğan qeyd edib ki, Ankara indi dünyada ən böyük dron istehsalçısıdır.
“Əvvəllər bizi silahla təmin edənlər atdığımız güllələrin sayını hesablayır və mütəmadi olaraq hesabat tələb edirdilər. Terrorla mübarizədə həmişə maneələrlə üzləşmişik. İndi biz öz silahlarımızla bütün problemlərin öhdəsindən gəlirik. Biz milli təhlükəsizliyimizlə bağlı addımlar atarkən artıq heç kimdən icazə almırıq və başqalarının fikri ilə maraqlanmırıq”, - prezident vurğulayıb.
Onun fikrincə, Türkiyə çəkindirici güc əldə etmək üçün müxtəlif sahələrdə fəaliyyətini dayandırmayacaq, bu da dostlara güvən, düşmənlərə qorxu aşılayacaq.
30-10-2024, 16:48
Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı


Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı

Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan da iştirak edib.
İclasda xarici və daxili siyasət məsələləri müzakirə olunub.
30-10-2024, 16:40
Ərdoğan müsəlman ölkələrini həmrəyliyə çağırdı


Ərdoğan müsəlman ölkələrini həmrəyliyə çağırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üzləşdikləri çətin sınaqlardan uğurla çıxmaq üçün müsəlman ölkələrini həmrəyliyə çağırıb.
Dövlət başçısı Prezident iqamətgahında çıxışı zamanı müsəlman dünyasının bu gün çox ciddi sınaqdan keçdiyini bildirib.
Ərdoğan deyib ki, illərdir nümunə kimi göstərilən beynəlxalq təşkilatlar da bu sınaqdan uğurla çıxa bilmir:
"Beynəlxalq təşkilatlar dünyada baş verənlərə reaksiya göstərmir. Bu, onu deməyə əsas verir ki, beynəlxalq hüquq öz yerini cəngəllik qanunlarına verib".
30-10-2024, 16:32
Bakıda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib


Bakıda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onaltımərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi və genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 173kv.m. olan dördotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 16kv.m. sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini təxliyə edilib.
30-10-2024, 16:28
Emin Əmrullayevdən iki yeni təyinat


Emin Əmrullayevdən iki yeni təyinat

Qarabağ və Qazax-Tovuz regional təhsil idarələrinə yeni müdirlər təyin edilib.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Mənsimli Sənan Famil oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir təyin olunub.
Sənan Mənsimli 2022-ci ildən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Dadaşov Vüqar İsrəfil oğluna həvalə edilib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məcidov Anar Rafik oğlu Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini təyin edilib. İdarənin müdiri vəzifəsinin icrası ona həvalə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!