Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
19-06-2024, 22:14
AVRO-2024: Almaniya qələbə qazandı


AVRO-2024: Almaniya qələbə qazandı

Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.
A qrupunun ilk görüşündə Almaniya və Macarıstan yığmaları üz-üzə gəlib. Matç almanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Camal Musiala və İlkay Gündoğan vurublar.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Almaniya millisi liderdir.
A qrupunun digər görüşündə İsveçrə Şotlandiyanı sınağa çəkəcək. Matç 23:00-da start götürəcək.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
19-06-2024, 21:35
Avropa İttifaqı Azərbaycanla bağlı bəyanat yaydı


Avropa İttifaqı Azərbaycanla bağlı bəyanat yaydı

Avropa İttifaqı Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun 5-ci raundu ilə bağlı tərəflərin birgə bəyanat yayıb.
Sənəd Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunub.
“İyunun 13-də Brüsseldə Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun beşinci iclası keçirilib. İştirakçılar Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran aktual xarici və təhlükəsizlik siyasəti məsələləri ətrafında açıq və səmimi fikir mübadiləsi aparıblar”, – sənəddə qeyd olunub.
Bildirilib ki, tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, eləcə də daha geniş regional təhlükəsizlik məsələlərinə də toxunublar. Bu kontekstdə regional sabitliyin və davamlı əlaqənin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
“Aİ regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqaz üçün sülh prosesinə davamlı dəstəyinə diqqət çəkib”, – sənəddə bildirilib. Həmçinin Azərbaycanın etibarlı və mühüm enerji tərəfdaşı kimi rolu və Orta Dəhlizin gələcək inkişafında əhəmiyyəti vurğulanıb.
“Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə və mina qurbanlarına yardıma göstərdiyi dəstək yüksək qiymətləndirilib. Bildirilib ki, Aİ-nin “Team Europe” təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanın minalarla mübarizə proqramına yardımları gələcəkdə davam etdiriləcək. Azərbaycan tərəfi həmçinin Avropa Sülh Fondu (AƏF) çərçivəsində Aİ ilə mümkün əməkdaşlığın araşdırılmasında maraqlı olduğunu bir daha bəyan edib”, – bəyanatda qeyd olunub.
Sənədə əsasən, görüşün yekununda Aİ və Azərbaycan xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müntəzəm mübadilələri davam etdirmək barədə razılığa gəliblər. Həmçinin Aİ–Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində ikitərəfli əməkdaşlığın bütün müvafiq istiqamətləri üzrə mənalı işin vacibliyini vurğulayıblar.
İclasa Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Enrique Mora həmsədrlik ediblər.
19-06-2024, 20:21
Mirzoyan KTMT iclasında iştirak etməyəcək


Mirzoyan KTMT iclasında iştirak etməyəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.
Bu barədə nazirliyin mətbuat katibi Ani Badalyan Armenpress-ə bildirib.
Qeyd edək ki, KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası iyunun 21-də Almatıda keçiriləcək.
Bundan əvvəl Ermənistan baş naziri Nikol Paşinyan İrəvanın KTMT-də iştirakının “dondurulduğunu” elan etmişdi.
19-06-2024, 19:41
AVRO-2024: Xorvatiya-Albaniya oyununda qalib müəyyənləşmədi


AVRO-2024: Xorvatiya-Albaniya oyununda qalib müəyyənləşmədi

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turuna start verilib.
Günün ilk qarşılaşması B qrupunda Xorvatiya və Albaniya yığmaları arasında olub.
İlk turu məğlubiyyətlə başa vurmuş komandaların dueli 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 10-cu dəqiqədə Albaniya seçməsinin heyətində Qazim Laçi açıb. 74-cü dəqiqədə Andrey Kramariç hesabı bərabərləşdirib. 76-cı dəqiqədə Klaus Qyasula avtoqol müəllifi olub. Matçın yekun nəticəsini də 90+5-ci dəqiqədə Klaus Qyasula müəyyənləşdirib.
A qrupunda keçiriləcək oyunlarda isə Almaniya Macarıstanı, İsveçrə isə Şotlandiyanı sınağa çəkəcək. Matçlar müvafiq olaraq, saat 20:00 və 23:00-da start götürəcək. Hazırda ev sahibləri 3 xalla qrup lideridir. Eyni xala malik isveçrəlilər 2-ci pillədə qərarlaşıblar. Macarıstan və Şotlandiyanın isə xalı yoxdur.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
19-06-2024, 18:20
Ermənistanın Fransadan alacağı silahların sayı açıqlandı


Ermənistanın Fransadan alacağı silahların sayı açıqlandı

Ermənistan Fransadan 36 ədəd “Sezar” özüyeriyən artilleriya qurğuları sifariş verib.
Bu barədə Fransanın “Le Figaro” jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson “X” sosial şəbəkəsində yazıb.
“Bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır”, - Buisson qeyd edib.
Xatırladaq ki, Fransadan Ermənistana "Sezar" silahlarının tədarükü barədə saziş imzalanıb.
"Sezar" özüyeriyən artilleriya qurğusu 155 mm çapa malikdir və dəqiqədə təxminən 6 mərmi atarkən 42 km-ə qədər məsafədə atəş açmaq qabiliyyətinə malikdir. Təmasda olmayan detonatorlar havada mərmi partlatmağa imkan verir. Yolda 80 km/saata, yolsuzluqda isə 50 km/saata qədər sürətlə hərəkət edə bilir.
19-06-2024, 17:53
Yanan Doğum Evinin binası tarixi abidə imiş


Yanan Doğum Evinin binası tarixi abidə imiş

Səbail rayonunun Qurban Abbasov küçəsi, 93 ünvanında yerləşən 5 nömrəli Kliniki Doğum Evi 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsidir.
Bu barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən bina 1930-cu ildə inşa edilib:
"İkinci Dünya müharibəsinə qədər şəhər mətbəxi kimi, müharibə zamanı təxliyə hospitalı, 1946-cı ildən doğum evi kimi fəaliyyət göstərib. Həmin dövrdə binanın görkəminə bir sıra dəyişikliklər, o cümlədən konstruktiv dəyişiklik olunub.
Bir müddət öncə binada qanunsuz aparılan təmir işlərinin qarşısı aidiyyəti dövlət orqanları ilə birgə alınıb, qanunvericiliyin tələbinə uyğun layihə əsasında işlərin həyata keçirilməsi diqqətə çatdırılıb.
Daha sonra Dövlət Xidmətinin nəzarəti altında və arxiv sənədlər əsasında layihə hazırlanıb. Bununla bağlı layihə müəllifləri ilə görüşlər keçirilmiş, abidənin ilkin görkəminə qaytarılması istiqamətində işlər aparılıb.
Layihə aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiq olunub.
Həmin binada yanğının başvermə səbəbi və abidəyə dəyən ziyanla bağlı əlavə məlumat veriləcək".
19-06-2024, 17:40
Azərbaycan və Pakistan XİN başçıları telefon danışığı apardı


Azərbaycan və Pakistan XİN başçıları telefon danışığı apardı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.
Bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, nazirlər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruri olduğunu vurğulayıblar.
Bununla yanaşı, iki ölkə liderləri arasında yüksək səviyyəli razılıqlar və tapşırıqlardan irəli gələrək, nazir Ceyhun Bayramovun ötən ayın sonu Pakistana həyata keçirilmiş rəsmi səfərinin nəticələri və əldə olunmuş razılıqların icrası məsələləri, o cümlədən gələcək planlar müzakirə edilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
19-06-2024, 16:55
Kanalda boğulan şəxslərin meyitləri tapıldı: Qoyunları yuyan zaman...


Kanalda boğulan şəxslərin meyitləri tapıldı: Qoyunları yuyan zaman...

Cəlilabaddakı su bəndində boğulan şəxslər Hamarqışlaq kənd sakinləri 2008-ci il təvəllüdlü Aşurov Nihad Nicat oğlu və 2004-cü il təvəllüdlü Həsənov İbrahim Əjdər oğludur.
Hadisə saat 13:00-14:00 aralığında baş verib .
Məlumata görə, hadisə sözügedən şəxslərin bənddə qoyunları yuduğu zaman baş verib.
Qeyd olunur ki, cəsədlərdən biri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, digəri isə sakinlər tərəfindən çıxarılaraq ekspertiza edilmək üçün müvafiq quruma göndərilib.
19-06-2024, 16:43
Paşinyanın aparat rəhbəri Aİ səfiri ilə görüşüb


Paşinyanın aparat rəhbəri Aİ səfiri ilə görüşüb

Ermənistanın Baş nazir aparatının rəhbəri Arayik Arutyunyan Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos ilə görüşüb.
Həmsöhbətlər əməkdaşlığın gündəliyində duran bir sıra məsələləri, xüsusilə Aİ-nin dəstəyi ilə həyata keçirilən proqramları müzakirə ediblər.
Cari il aprelin 5-də Brüsseldə keçirilmiş Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyi qarşılıqlı qeyd olunub.
"Tərəflər səmərəli əməkdaşlıqdan məmnunluq ifadə ediblər və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar", - məlumatda deyilir.
19-06-2024, 16:19
Ermənistanla hərbi-texniki əlaqələrdən imtina etmirik - Zaxarova


Ermənistanla hərbi-texniki əlaqələrdən imtina etmirik - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Rusiya Ermənistanla hərbi-texniki sahədə əlaqələrdən imtina etmir.
Zaxarovanın sözlərinə görə, hərbi təyinatlı məhsulların digər ölkələrə tədarükü Şimal Hərbi Dairəsinin ehtiyacları nəzərə alınmaqla həyata keçirilir:
"Bəzi silah növləri üzrə mövcud məhdudiyyətlər təkcə Ermənistanla deyil, həm də digər tərəfdaşlarla hərbi-texniki əməkdaşlığa aiddir. Buna baxmayaraq, İrəvanla hərbi-texniki əməkdaşlıq sahəsində mütəmadi olaraq təmaslar aparılır və Moskva bu tərəfdən heç bir şikayət görməyib".
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan etmişdi ki, Ermənistanın ABŞ və NATO-nun “çətiri” altına keçməsi Rusiya Federasiyası ilə və KTMT çərçivəsində vahid müdafiə məkanının saxlanmasını qeyri-mümkün edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!