Siyahıya "Patriot" sistemləri daxildir .....                        Nəsrullahın mühafizəçisi Tehranda öldürüldü .....                        DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU .....                        Məskunlaşma ilə bağlı yeni faktlar açıqlandı .....                        Azərbaycan gələn il İƏT-ə sədrlik edəcək .....                        Azərbaycan regiondakı gərginlikdən narahatdır .....                        Ərdoğan Arakçini qəbul etdi - İstanbulda İranla bağlı xüsusi iclas... .....                        İranın yeraltı nüvə obyektinə zərbə Azərbaycana da təhlükə yaradacaq - Zəlzələşünas .....                        Xamenei haradadır... - Ali liderin yerinə gələ biləcək 3 namizəd .....                       
8-11-2023, 17:21
Zəfərimiz mübarək, birliyimiz əbədi olsun - Ərdoğan


Zəfərimiz mübarək, birliyimiz əbədi olsun - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
"Cənab Prezident, Əziz Qardaşım!
Onilliklər boyu işğal altında qalmış əzəli Azərbaycan torpaqlarının ana Vətənə geri qaytarıldığı Zəfər Gününün üçüncü ildönümü münasibətilə başda Zati-aliniz olmaqla bütün can azərbaycanlı qardaş və bacılarımı Türk milləti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Cümhuriyyətimizin yaranmasının və xatirəsini ehtiramla yad etdiyimiz Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd olunduğu 2023-cü ildə bu mübarək Zəfər Gününü qeyd etməkdən böyük qürur duyuram.
Cari ilin sentyabr ayında Qarabağda dəqiqliklə həyata keçirdiyiniz antiterror əməliyyatı Ali Baş Komandanlığınızla böyük zəhmət və fədakarlıq hesabına əldə edilmiş bu bənzərsiz qələbəni taclandırdı. Zati-alinizin şəxsən ucaltdığı şanlı Azərbaycan Bayrağının indi bütün Vətən səmalarında dalğalanması Türkiyə Respublikası və bütün Türk dünyası üçün böyük sevinc və fərəh mənbəyi olmuşdur.
Vətən uğrunda şəhid olan bütün azərbaycanlı qardaşlarıma Uca Allahdan rəhmət diləyir, əziz xatirələrini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm.
İşğaldan azad edilmiş bölgələrdə apardığınız bərpa və yenidənqurma işlərini təqdirlə izlədiyimi və Türkiyə olaraq bütün məsələlərdə olduğu kimi, bu məsələdə də hər zaman yanınızda olmağa davam edəcəyimizi vurğulamaq istəyirəm.
"Bir millət, iki dövlət" şüarı ilə təcəssüm olunan, "Sevincdə və kədərdə birlik" anlayışı ilə yoğurulan və Zati-alinizlə imzaladığımız Şuşa Bəyannaməsi ilə taclanan sarsılmaz qardaşlıq və müttəfiqlik bağlarımızdan aldığımız güclə ölkələrimizin əmin-amanlığı və rifahı ilə Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində bütün addımları bu günə qədər olduğu kimi, bundan sonra da birlikdə atacağıq.
Əziz Qardaşım, fürsətdən istifadə edərək, Zati-alinizin cansağlığı və xoşbəxtliyi, can Azərbaycan xalqının rifahı ilə bağlı ən xoş arzularımı bir daha çatdırıram.
Zəfərimiz mübarək, birliyimiz əbədi olsun!".
8-11-2023, 17:14
Uzun illər ərzində işğal altında qalmış sərhədi nəzarətə götürdük - Prezident


Uzun illər işğal altında qalmış sərhədi nəzarətə götürdük - Prezident

İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib.
“Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük”, - deyən dövlətimizin başçısı sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdığımızı və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduğumuzu söyləyib. “Biz bilirdik ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Biz bilirdik ki, Ermənistanın arxasında dayanan və onları bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələr onlara yenə də təxribatçı siqnallar verəcəklər. Ona görə biz öz sərhədimizi qorumalı idik və keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
8-11-2023, 17:04
Türkiyə XİN Zəfər Günüylə bağlı paylaşım etdi


[b]Türkiyə XİN Zəfər Günüylə bağlı paylaşım etdi[/b]

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Zəfər Günü ilə bağlı paylaşım edib.
Təbrik mesajı nazirliyin rəsmi “X” səhifəsində yayımlanıb.
Təbrik mesajında deyilir: “Qarabağın azadlığının üçüncü ildönümündə can azərbaycanlı qardaşlarımızın Zəfər Gününü coşqu ilə təbrik edirik. Bu yolda şəhid olan qəhrəmanlarımızı və qazilərimizi minnətdarlıqla yad edirik”.
Paylaşım #TekMilletİkiDevlet haştaqı ilə yayımlanıb.
8-11-2023, 16:51
Ağdam, Laçın, Kəlbəcərin güllə atılmadan azad edilməsi gənclərimizin həyatını xilas etdi - Prezident


Ağdam, Laçın, Kəlbəcərin güllə atılmadan azad edilməsi gənclərimizin həyatını xilas etdi - Prezident

O vaxt (2020-ci il 10 noyabr – red.) mən heç şübhə etmirdim ki, gün gələcək və burada - Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaqdır. 44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında səsləndirib.
Bunun Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi və bizim tələbimiz olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, Ermənistan bu tələbi yerinə yetirməyə məcbur oldu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdü. “Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi”, - deyə Prezident İlham Əliyev qeyd edib.
8-11-2023, 16:28
Torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz deyirdim - Prezident


Torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz deyirdim - Prezident

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi. Mən dəfələrlə bunu müxtəlif kürsülərdən bəyan etmişdim ki, biz bu vəziyyətlə barışmayacağıq, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik və danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.
Dövlətimizin başçısı bildirib: “Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr mənim sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə dursun, bu, bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi”.
8-11-2023, 16:16
44 gün ərzində hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır - Prezident


44 gün ərzində hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır - Prezident

Bu günü (Zəfər Günü – red.) bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovdu. Bu, böyük tarixi hadisədir.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib.
Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbənin olmadığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır”.
8-11-2023, 16:09
Beş il əvvəl bayrağımızın işğal altındakı torpaqlarda qaldırılacağını demişdim və bu gün gəldi


Beş il əvvəl bayrağımızın işğal altındakı torpaqlarda qaldırılacağını demişdim və bu gün gəldi

İyirmi il bundan əvvəl həm seçkilər ərəfəsində, həm də andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək və biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında söyləyib.
“Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
8-11-2023, 15:57
İran Prezidenti Düşənbədə rəsmi səfərdədir


İran Prezidenti Düşənbədə rəsmi səfərdədir

İran Prezidenti İbrahim Rəisi Tacikistanın paytaxtı Düşənbədə rəsmi səfərdədir.
Bu barədə Tacikistan KİV-ləri məlumat yayıb.
Qeyd edilib ki, noyabrın 7-dən 12-dək davam edəcək səfər çərçivəsində Tacikistan və İran arasında rəsmi görüşlər, yüksək səviyyəli danışıqlar və əməkdaşlığa dair sənədlərin imzalanması planlaşdırılır.
8-11-2023, 15:48
Ukraynada hərbi vəziyyətin müddəti 90 gün uzadıldı


Ukraynada hərbi vəziyyətin müddəti 90 gün uzadıldı

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti daha 90 gün uzadılıb.
Bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak özünün “Telegram” kanalında bildirib.
“Ali Rada Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün – gələn ilin 14 fevral tarixinədək uzadılması haqqında qanun layihələrini qəbul edib”, - deputat qeyd edib.
Xatırladaq ki, Ukraynada ötən ilin 24 fevralından etibarən hərbi vəziyyət və ümumi səfərbərlik tətbiq edilir. Bu gün hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti 9-cu dəfə uzadılıb.
Ukrayna qanunvericiliyinə əsasən, hərbi vəziyyət zamanı seçkilər təşkil edilə bilməz, oktyabrın sonunda keçirilməli olan parlament seçkiləri bu səbəbdən baş tutmayıb.
Hərbi vəziyyətin gələn il fevralın ortalarına qədər yenidən uzadılması yazda keçirilməli olan prezident seçkilərinin mümkünlüyünü sual altına qoyur.
8-11-2023, 15:15
Laçında yaşayış yerləri təbii qazla təmin olundu


Laçında yaşayış yerləri təbii qazla təmin olundu

Qarabağ və Şərqi Zəngəzurun hər bir bölgəsi kimi Laçında da yenidənqurma və təmir-bərpa işləri geniş vüsət alıb.
Görülən işlər çərçivəsində SOCAR-ın "Azəriqaz" İB tərəfindən dağların qoynunda yerləşən şəhər təbii qazla təchiz edilir. Artıq ilkin mərhələdə 600 evdən 150-si qaz sayğacı quraşdırılaraq təbii qazla təmin edilib.
Bu münasibətlə şəhərin mərkəzində tədbir təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və SOCAR-ın "Azəriqaz" İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, həmçinin şəhər sakinləri iştirak edib. Mərasimdə çıxış edənlər tarixi gün münasibətilə laçınlıları təbrik edib, işğaldan azad olan ərazilərin qazlaşdırılması işlərinin uğurla davam etdirildiyi vurğulanıb.
Daha sonra təbii qazın verilişini bildirən rəmzi məşəl alovlandırılıb.
Tədbirdə çıxış edən laçınlılar tarixi torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsində qazanılan parlaq Zəfərə, Laçında aparılan geniş bərpa və yenidənqurmaq işlərinə, şəhərə təbii qazın verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz təşəkkürlərini ifadə ediblər.
Qazlaşdırılan Laçın şəhəri ilə yanaşı, rayonun Zabux kəndində də işlər sürətlə davam etdirilir. Burada ilkin olaraq 200 ev mərhələli şəkildə qazla təmin ediləcək. Laçın şəhərində olduğu kimi Zabux kəndində də sakinlərlə görüş keçirilib və təbii qazın verilişi ilə əlaqədar olaraq məşəl alovlandırılıb.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!