Seçki keçirməyə hazıram, amma... - Zelenski .....                        İki idmançımız dünya çempionatında bürünc medal qazandı .....                        Liderlərdən ilk açıqlama: üçtərəfli görüşə hazırıq! .....                        Fransa razılaşdı: azərbaycanlı uşaqlar Almaniyaya qaytarılır .....                        ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi .....                        Rusiyada azərbaycanlı iş adamı həbs olundu .....                        Paşinyan anklavlarla bağlı suala belə cavab verdi .....                        Amma siz inqilab etmədiniz... - Paşinyan .....                        Sülh şəraitində yaşamağın nə olduğunu bilmirik - Paşinyan .....                       
8-01-2024, 19:20
Ləğv edilən və ya birləşdirilən ümumtəhsil məktəbləri olmayıb - Rəsmi


Ləğv edilən və ya birləşdirilən ümumtəhsil məktəbləri olmayıb - Rəsmi

Cari tədris ilində ləğv edilən və ya birləşdirilən ümumtəhsil məktəbləri olmayıb.
Bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib.
“2023-2024-cü tədris ilinin əvvəlində işğaldan azad olunmuş ərazilərdə məskunlaşma ilə əlaqədar yeni ümumi təhsil məktəbləri açılıb.
Belə ki, Füzuli şəhərində Mirzə Uluqbəy adına bir, Laçın şəhərində iki, Şuşa şəhərində bir nömrəli və Laçın rayonunun Zabux kəndində tam orta məktəblət fəaliyyətə başlayıb, Bakı şəhərində fəaliyyət göstərən eyni adlı məktəblər isə ləğv edilib. Eyni zamanda Abşeron rayonunun Masazır kəndində yeni altı nömrəli tam orta məktəb açılıb”, - deyə əlavə edilib.
Qeyd edək ki, bir müddət öncə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov şagird sayı az olan məktəblərin uşaqlarının yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınmasının nəzərdə tutulduğunu bildirmişdi.
“Belə təcrübə hazırda da var. Lakin bəzi hallarda biz çalışırıq ki, bu tip hallar minimum sayda olsun. Məsələn, məktəblər əgər təmirə bağlanırsa, biz daşınmanı təmin edirik. Bu tipli məsələlərdə də həmin vəsaitlərin daha səmərəli istifadəsi məqsədilə uşaqların daşınmasını təmin etmək şərtilə onların daha yaxın ərazidə yerləşən məktəblərə cəlbini məqsədəmüvafiq hesab edirik”, - deyə o, əlavə edib.
8-01-2024, 18:25
“Qırmızı Körpü” gömrük postunda nə qədər maşın gözləyir?


“Qırmızı Körpü” gömrük postunda nə qədər maşın gözləyir?

Son bir ayda sıxlıq müşahidə edilən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 65 yük maşını gözləyir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, hazırda ölkənin sərhəd-keçid məntəqələrində 176 ədəd yük maşını gözləyir: “Samur” gömrük postunda 45, “Biləsuvar” gömrük postunda 38, “Mazımqara” gömrük postunda 16, "Astara" gömrük postunda 7 və “Xanoba” gömrük postunda 5 yük maşını var.
Xatırladaq ki, “Qırmızı Körpü” gömrük postunda ötən gün gözləmədə yük maşını olmayıb.
8-01-2024, 18:19
BƏƏ Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi


BƏƏ Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib.
Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
8-01-2024, 18:07
Prezident seçkilərində namizəd olmaq istəyənlər üçün müddət bitdi


Prezident seçkilərində namizəd olmaq istəyənlər üçün müddət bitdi

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması ilə bağlı zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatıb.
Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edib.
Qeyd edək ki, ötən dövr ərzində 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib.
MSK 2023-cü il dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın 2023-cü il dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.
MSK-nın 2023-cü il dekabrın 26-da keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Heydər oğlu Səfərovun, dekabrın 31-də isə namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Prezidentliyə namizədliyi qeydə alınanların sayı isə hələlik 3-dür. MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin, 2024-cü il 6 yanvarda keçirilən iclasında isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.
Azərbaycanda növbədənkənar Prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.
8-01-2024, 17:55
TƏBİB: “Azərbaycanda istifadə olunan peyvənd alfa ştammına qarşıdır”


TƏBİB: “Azərbaycanda istifadə olunan peyvənd alfa ştammına qarşıdır”

İlk istifadə etdiyimiz peyvəndlər virusun alfa ştammına qarşı istifadə edilmişdi. Təbii ki, heç nə yerində dayanmır, peyvənd istehsal edən şirkətlər bunun üzərində çalışırlar.
Bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, ABŞ-də xüsusilə 2023-2024 il mövsümü üçün son variantlar nəzərə alınaraq COVID peyvəndi hazırlanıb.
"Azərbaycanda istifadə olunan peyvənd alfa ştammına qarşıdır. Ancaq virus eyni virusdur, sadəcə onun zülallarında müəyyən dəyişikliklər olur və buna mutasiya deyirik. Bu, orqanizmin immun sistemi üçün yeni deyil, əgər peyvənd vurulubsa, artıq immun sistemi onu tanıyır. Qrip peyvəndində də belədir.
Hər il yeni qrip peyvəndi istifadə edilir, artıq onun istehsalı çox inkişaf etdiyi üçün belə bir praktika var. Peyvəndlərin də üzərində ilboyu epidemioloji nəzarət aparılır, dünyanın müxtəlif ölkələrindən nümunələr götürülərək məlumat toplanılır ki, gələcək mövsümdə hansı ştammlar daha çox yayıla bilər. Həmin məlumatlar əsasında yeni peyvəndlər hazırlanır. Bu, qrip virusunda belə idi, artıq COVID-də də var. Qriplə COVID-in yeni ştammı bir peyvənddə olması üzərində iş gedir və gələcəkdə bir peyvənd vurduraraq hər iki virusdan qorunmaq mümkün olacaq", - deyə Y. Qarayeva əlavə edib.
8-01-2024, 17:31
BƏƏ Prezidenti Azərbaycanda rəsmi səfərdədir


BƏƏ Prezidenti Azərbaycanda rəsmi səfərdədir

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.


8-01-2024, 17:20
Hərbi qulluqçular arasında sınaq imtahanları keçirilir - VİDEO


Hərbi qulluqçular arasında sınaq imtahanları keçirilir - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
İmtahanlar Azərbaycan Ordusunun müxtəlif təlim mərkəzlərində sinif otaqları və çöl-səhra şəraitində keçirilir. Sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələri, həmçinin rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra hazırlıqları yoxlanılır.
Eyni zamanda, hərbi qulluqçular silahlanmada olan döyüş texnikasının ştat silahından və atıcı silahlardan təyin edilmiş hədəflərə müxtəlif məsafələrdən atəş açılması, eləcə də döyüş maşınlarının və avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqlarını yerinə yetirirlər.
Şəxsi heyətin döyüş hazırlığının, ixtisaslara uyğun bilik və bacarıqlarının yoxlanılması, həmçinin peşəkarlığının qiymətləndirilməsi məqsədilə keçirilən imtahanlar davam edir.

[media=https://youtu.be/EHt2WT_4gcY]
8-01-2024, 17:10
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə irəliləyiş ehtimalı var


Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə irəliləyiş ehtimalı var

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə irəliləyiş ehtimalı var, lakin genişmiqyaslı müharibənin genişlənməsi və ya yenidən başlanması riski də yüksək olaraq qalacaq.
Bu barədə Amerikanın nüfuzlu “Stratfor” analitik mərkəzinin 2024-cü il üçün proqnozları ilə bağlı dərc etdiyi hesabatda deyilir.
"Ermənistan Qərblə artan siyasi əlaqələrindən və onun hərbi dəstəyindən Bakının tələblərinə qarşı çıxmaq üçün istifadə edəcək. Lakin İrəvanın təsir rıçaqlarının az olduğunu nəzərə alsaq, o, Bakının Cənubi Ermənistandan tranzit və sərhədlərin demarkasiyası tələblərini qəbul edəcək", - “Stratfor” bildirib.
Analitik mərkəz hesab edir ki, Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlər və ticarət əlaqələri yeni səviyyəyə qalxacaq.
“Stratfor” analitikləri qeyd edib ki, Cənubi Qafqazda Şərq-Qərb tranziti əsasən Gürcüstan ərazisindən keçməklə davam edəcək, Bakı isə Rusiyanı İranla birləşdirən Şimal-Cənub infrastrukturunun inkişafına töhfə verəcək.
8-01-2024, 17:00
Belarus seçkilərə ATƏT müşahidəçilərini dəvət etməyəcək


Belarus seçkilərə ATƏT müşahidəçilərini dəvət etməyəcək

Belarus fevral ayında keçiriləcək parlament seçkilərinə ATƏT müşahidəçilərini dəvət etməyəcək.
Bu barədə Belarusun Vyanadakı beynəlxalq təşkilatlar yanında nümayəndəsi Andrey Dapkyunas videoəlaqə vasitəsilə jurnalistlərə deyib.
O, Belarusun Xarici İşlər Nazirliyinin göstərişi ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Matteo Mekaççiyə bu barədə məlumat verdiyini bildirib.
Qeyd edək ki, Belarusda parlament seçkiləri bu il fevralın 25-də keçiriləcək.
8-01-2024, 16:23
Ümumdünya Səhiyyə TəşkilatI Qəzzaya dərman tədarükünü dayandırdı


Ümumdünya Səhiyyə TəşkilatI Qəzzaya dərman tədarükünü dayandırdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təhlükəsizlik təminatı ala bilmədiyinə görə, Qəzza zolağının şimalına dərman vasitələrinin tədarükünü dayandırıb.
ÜST-ün Fələstin ofisinin müvafiq açıqlaması xarici KİV-də məlumat yayılıb.
"Ağır bombardmanlar, hərəkət məhdudiyyətləri və rabitənin pozulması xüsusən, Qəzza zolağının şimalında, dərman və tibbi ləvazimatların mütəmadi və təhlükəsiz qaydada çatdırılmasını demək olar ki, mümkünsüz edib", - açıqlamada deyilir.
Bildirilib ki, bazar gününə planlaşdırılan, lakin ləğv olunan dərman tədarükü Qəzza zolağında beş xəstəxananın fəaliyyətini dəstəkləmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, BMT-nin məlumatına əsasən, hazırda Qəzza zolağında 36 xəstəxanadan yalnız 13-ü fəaliyyət göstərir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!