Xamenei ABŞ ilə danışıqlara razılıq verib .....                        Kartof alan ölkədən kartof satan ölkəyə çevrilmişik .....                        Ölkədə bəzi avtomobillər kəskin bahalaşıb .....                        Azərbaycan 144 milyonluq meyvə-tərəvəz satıb .....                        Laricaninin yerinə o təyin olundu .....                        Pezeşkian Trampı təkzib etdi: ABŞ-la danışıq aparmırıq! .....                        Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq: İzahat gözləyirik! .....                        Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI .....                        Tramp İrana verdiyi 48 saatlıq müddəti ARTIRDI .....                       
28-09-2024, 14:00
Prezident rütbələrlə bağlı fərman verdi


Prezident rütbələrlə bağlı fərman verdi

Prezident İlham Əliyev “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiq edilib.
“Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı ləğv edilib.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
28-09-2024, 13:43
Lavrov iranlı həmkarı ilə Cənubi Qafqazı müzakirə etdi


Lavrov iranlı həmkarı ilə Cənubi Qafqazı müzakirə etdi

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun İran İslam Respublikasının yeni təyin olunmuş xarici işlər naziri Abbas Araqçi arasında ilk görüşü keçirilib.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş sentyabrın 27-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
Bildirilib ki, görüş zamanı İranın nüvə proqramından tutmuş Cənubi Qafqazdakı vəziyyət və İsrail münaqişə zonasına qədər aktual beynəlxalq və regional problemlər ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb.
Xarici siyasi koordinasiyanın hazırkı yüksək səviyyədə saxlanmasında qarşılıqlı maraq vurğulanıb.
Tərəflər Rusiya və İran arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması xəttinin dəyişməzliyini və əvvəllər razılaşdırılmış bütün birgə layihələrin həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Nazirlər yüksək səviyyələrdə qarşıdakı təmasların qrafikinə aydınlıq gətiriblər.
Lavrov iranlı həmkarını əlverişli vaxtda Moskvaya səfərə dəvət edib.
28-09-2024, 13:08
İran, Rusiya və Türkiyə xarici işlər nazirləri görüşdülər


İran, Rusiya və Türkiyə xarici işlər nazirləri görüşdülər

İranın xarici işlər naziri Abbas Araqçi rusiyalı həmkarı Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidanla Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sammiti çərçivəsində üçtərəfli görüş keçirib.
Bu gün səhər baş tutan görüş Astana prosesinin xarici işlər nazirlərinin Suriya ilə bağlı iclası çərçivəsində keçirilib.
Xarici işlər nazirləri görüşdə İsrailin Suriyaya hücumlarını pisləyib və bunu beynəlxalq qanunların açıq şəkildə pozulması kimi qiymətləndiriblər.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, onlar İsrail-Fələstin münaqişəsinin gərginləşməsinin və Livandakı vəziyyətin Suriyadakı vəziyyətə mənfi təsirini də qeyd ediblər.
28-09-2024, 12:15
Toya hazırlaşan qızın faciəsi


Toya hazırlaşan qızın faciəsi

Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb.
Hadisə Tərtər şəhərində yerləşən beşmərtəbəli binaların birində baş verib.
2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən qız nişanlı imiş, yaxın aylarda toyu olacaqmış.
28-09-2024, 12:04
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sentyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.
27-09-2024, 16:24
Pirallahıda Vətən müharibəsi şəhidləri anılıb


Pirallahıda Vətən müharibəsi şəhidləri anılıb

27 sentyabr 2024-cü il tarixdə Pirallahı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “27 sentyabr-Anım Günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamının icrası və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədilə silsilə tədbirlər keçirilmişdir. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, rayonun hüquq-mühafizə orqanlarının və rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının iştirakı ilə keçirilən tədbirlər ümumilikdə bir neçə hissədən ibarət olub.
İlk növbədə səhər saatlarında təhsil və mədəniyyət müəssisələrində RİH başçısı Aparatının məsul əməkdaşlarının iştirakı ilə tədbirlər keçirilib.
Daha sonra Fəxri Xiyabanda və rayon ərazisində yerləşən Gürgən qəsəbə qəbiristanlığında şəhid məzarları ziyarət edilmiş, şəhidlərin ruhuna dualar oxunmuş, məzarları üzərinə gül dəstələri düzülüb.
Tədbirlərin davamında, RİH başçısı tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq “Regional İnkişaf” İctimai Birliyi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı qəsəbəsinin girişindəki körpünün yaxınlığında ağacəkmə aksiyası təşkil edilmiş və şəhidlərimizin əziz xatirəsinə 200 ədəd müxtəlif növ ağac və gül kolları əkilmişdir. Ağacəkmə aksiyası başa çatdıqdan sonra RİH başçısı və qonaqlar Vətən uğrunda abidə kompleksinin qarşısına gəlmiş və burada ümumrayon tədbiri açıq elan olunmuşdur. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin orkestrinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Pirallahı şəhidlərinin şəkillərinin əks olunduğu abidə kompleksinin qarşısına gül dəstələrinin qoyulması ilə davam etmişdir. Daha sonra, rayon ərazisində fəaliyyət göstərən “4 №li Uşaq-gənclər İnkişaf Mərkəzi” PHŞ-nin yetirmələri musiqi nömrələri və şeirlərlə tədbirdə çıxış etmişlər.
Keçirilən tədbirlərin davamı olaraq RİH başçısı Vasif İmanov, millət vəkili Günay Əfəndiyeva və RİH başçısı Aparatının məsul əməkdaşlarının iştirakı ilə şəhid ailələri və müharibə əlilləri ziyarət edilmiş, onlara sovqatlar təqdim edilmişdir. Ziyarət edilən şəhid ailələri dövlət başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

“27 Sentyabr-Anım günü”nə həsr olunan tədbirlərin yekununda RİH başçısının və rayon ictimaiyyətinin Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət etməsi nəzərdə tutulub.
27-09-2024, 16:06
Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycana gəldi


Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycana gəldi

Bu gün Azərbaycanın Baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiquesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Azərbaycanın ev sahibliyi ilə keçiriləcək beynəlxalq tədbirə hazırlıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər müzakirə edilib.
Baş prokuror iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın möhkəmləndiyini diqqətə çatdıraraq, ötən il martın 23-də Afina şəhərində Azərbaycan Baş Prokurorluğu ilə Argentinanın Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu arasında imzalanmış Memoranduma uyğun olaraq təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.
Görüş zamanı, həmçinin bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 barədə məlumat verilərək, BPA-nın Bakıda keçiriləcək 29-cu illik konfransı zamanı dünya prokurorları arasında hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə səfərbər olunması, habelə ekoloji cinayətlərə qarşı birgə mübarizə mövzularının təşviq və müzakirə olunmasının vacibliyi vurğulanıb.
Daha sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olublar.
Qeyd edək ki, nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri davam edir.
27-09-2024, 16:05
Ərdoğan Paşinyanla görüşündən danışdı: "Məsələlərə müsbət yanaşdığını gördüm"


Ərdoğan Paşinyanla görüşündən danışdı: "Məsələlərə müsbət yanaşdığını gördüm"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündən danışıb.
O, jurnalistlərə açıqlamasında bildirib ki, görüş zamanı əsasən Azərbaycan və Ermənistan arasında olan problemlər müzakirə edilib.
"Mən Paşinyanın bu məsələlərə müsbət yanaşdığını gördüm. Ümidimiz bu yanaşmanı bir araya gələrək həll etməkdir və bilirəm ki, Azərbaycanda da bu məsələdə eyni anlayış var. Ümid edirəm ki, hər iki ölkə bu yanaşmanı irəli sürməklə problemi həll edəcək", - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, görüş zamanı Türkiyə lideri Ermənistan və Azərbaycan arasında daimi sülhün bərqərar olmasının tərəfdarı olduğunu qeyd edib və Türkiyə ilə Ermənistan arasında normallaşma istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu vurğulayıb.
27-09-2024, 15:49
Xaricdəki Azərbaycan Evlərində anım tədbirləri keçirilib - FOTO


Xaricdəki Azərbaycan Evlərində anım tədbirləri keçirilib - FOTO

Dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərində və həmin Evlərin təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü həsr olunmuş çoxsaylı tədbirlər keçirilib, şəhidlərimizin xatirəsinə guşələr yaradılıb, sərgilər açılıb.
Soydaşlarımız Azərbaycan Evlərindəki anım mərasimlərinə gələrək, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsini yad ediblər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun qazandığı parlaq Zəfərin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığından, igidliyindən danışıblar.
Qeyd edək ki, hazırda dünyanın 17 ölkəsində 30 Azərbaycan Evi fəaliyyət göstərir.






27-09-2024, 15:35
Xankəndində ilk Anım Günü


Xankəndində ilk Anım Günü

Xankəndi şəhər Nizami Gəncəvi adına 4nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım Günü qeyd olunub.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə
27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib.Təşkil olunan tədbirdə məktəbin pedaqoji kollektivi ilə yanaşı şəhidin ailə üzvləri və məktəb şagirdləri iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndilib, şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra çıxış edən məktəbin direktoru Cəmilə Əhmədova Prezident İlham Əliyevin 27 Sentyabr Anım Günü ilə bağlı sərəncamın böyük əhəmiyyətindən danışıb. O, deyib ki, Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Daha sonra çıxış edənlər Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaətindən, Azərbaycanın şanlı qələbəsindən danışıblar.
Onlar bildirib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Anım tədbiri məktəbli şahidlərin vətənpərvərlik ruhunda söylədikləri şeir və musiqi ilə başa çatıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!