Xamenei ABŞ ilə danışıqlara razılıq verib .....                        Kartof alan ölkədən kartof satan ölkəyə çevrilmişik .....                        Ölkədə bəzi avtomobillər kəskin bahalaşıb .....                        Azərbaycan 144 milyonluq meyvə-tərəvəz satıb .....                        Laricaninin yerinə o təyin olundu .....                        Qədim Azərbaycan şəhərində 4 ballıq zəlzələ olub .....                        Buzovnada qaya daşlarını zədələyən şəxsə cinayət işi açılıb .....                        “Parni iz Baku”nun daha bir üzvü vəfat etdi .....                        Xarq adası uğrunda döyüşlər başlayacaq .....                       
24-09-2024, 19:37
Azərbaycanla Türkiyə arasında hərbi saziş imzalandı


Azərbaycanla Türkiyə arasında hərbi saziş imzalandı

Sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Geniş tərkibdə keçirilən görüşdə Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu, Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit Bağcı və digər vəzifəli şəxslər iştirak edib.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı bildirilib. Ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahəsində əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional təhlükəsizlik və digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.



Sonra general-polkovnik Z.Həsənov Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Türkiyənin bir neçə aparıcı hərbi sənaye şirkət rəhbərinin də iştirak etdiyi görüşdə birgə hərbi-texniki layihələrin hər iki qardaş ölkənin müdafiə qüdrətini daha da artıracağına əminlik ifadə olunub, əməkdaşlığın yeni perspektivləri müzakirə edilib.
Keçirilən görüşlərdə, həmçinin texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub. "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi yüksək qiymətləndirilib.
Hər iki görüşün sonunda hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb.
24-09-2024, 17:48
AYNA-dan gedişhaqqı açıqlaması


AYNA-dan gedişhaqqı açıqlaması

Azərbaycanda avtobus marşrutlarında məsəfəyə görə diferensial ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir.
Bu barədə diferensial gediş haqları ilə bağlı sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.
“Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında ödənişlər məsafədən asılı olmayaraq 50 qəpik təşkil edir. Şəhərətrafı və qəsəbələrarası avtobuslarda tariflər isə məsafəyə görə dəyişir”, - deyə qurum əlavə edib.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində, xüsusən Avropa ölkələrində ictimai nəqliyyatda çevik və diferensial ödəniş sistemi tətbiq edilir. Bu ölkələrdə metro, avtobus və tramvaylardan istifadə etmək üçün saatlıq, günlük, aylıq, illik biletlər sərnişinlərə təqdim olunur. Azərbaycanda da artıq dəmir yolu ilə sərnişin daşımalarında bu beynəlxalq yanaşmanın müəyyən qədər tətbiqinə başlanılıb. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin daşımada loyallıq proqramına start verib. Bu proqrama görə, sərnişinlər gedişlər üzrə 3% keşbek və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazanacaqlar. Eyni zamanda, noyabrın 1-dən ADY-də bilet qiymətləri tələbdən asılı olaraq dəyişəcək. Səfərə 25-30 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana biləcəklər.
Məlumat üçün deyək ki, son dövrlər sosial şəbəkələrdə və müxtəlif ictimai müzakirələrdə Azərbaycanda ictimai nəqliyyat sistemində diferensial və çevik ödəniş sisteminin tətbiqinin lazımlılığı barədə fikirlər ortaya qoyulur. Bu sektorda keçirilməli olan islahatlar çərçivəsində sosial müdafiəyə ehtiyacı olan əhali qrupuna, tələbələrə güzəştli gediş haqlarının tətbiqi məqsədəuyğun hesab edilir.
24-09-2024, 17:27
BMT Baş katibindən Livanla bağlı xəbərdarlıq


BMT Baş katibindən Livanla bağlı xəbərdarlıq

BMT Baş katibi Antonio Qutterreş Livanla bağlı xəbərdarlıq edib.
O, bu barədə ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində çıxışında deyib.
Baş katib bildirib ki, Livanın ikinci Qəzzaya çevrilməsinə imkan vermək olmaz.
O, bunun ağır nəticələrlə yadda qala biləcəyini söyləyib.
24-09-2024, 17:18
Toya gedərkən yük maşını ilə toqquşdular - 5 nəfər öldü


Toya gedərkən yük maşını ilə toqquşdular - 5 nəfər öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Biləsuvar rayonu, Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “MAN” markalı yük avtomobili ilə "ВАЗ" markalı minik avtomobili toqquşub və 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
24-09-2024, 17:00
İsrail ordusu Beyruta zərbə endirdi


İsrail ordusu Beyruta zərbə endirdi

İsrail ordusu Livanın paytaxtı Beyruta yenidən zərbə endirib.
Bu barədə məlumatı İsrail Müdafiə ordusunun Mətbuat xidməti yayıb.
Bildirilib ki, zərbə ilə bağlı detallar daha sonra açıqlanacaq.
“Ynet” portalı isə zərbənin “Hizbullah” hərəkatının yerləşdiyi Dahiya bölgəsinə endirildiyini yazıb.
Xatırladaq ki, sentyabrın 23-də İsrail ordusu Livanda “Hizbullah” hərəkatının obyektlərinə aviazərbələr endirib. Nəticədə 558 nəfər həlak olub, daha 1835 nəfər isə yaralanıb.
24-09-2024, 16:45
Bakı-Sumqayıt qatarlarında yeni qiymətlər - TAM SİYAHI


Bakı-Sumqayıt qatarlarında yeni qiymətlər - TAM SİYAHI

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada tətbiq olunacaq yeni tarifləri açıqlayıb.
ADY-dən verilən məlumata görə, yeni tariflər bu ilin 25 sentyabr tarixindən qüvvəyə minir.
ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0,40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0,10–0,20 AZN arası artırılacaq.
Bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib.
Bu ilin 25 sentyabr tarixindən tətbiq olunan yeni tarif cədvəlini təqdim edirik:

24-09-2024, 16:41
Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə etdilər


Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə etdilər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ukraynalı həmkarı Andrey Sbika ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər iki ölkə arasında əməkdaşlığın cari aspektləri və perspektivlərini müzakirə ediblər.
Onlar həmçinin münasibətlərin siyasi, iqtisadi, enerji, mədəni və humanitar aspektləri barədə danışıblar.
Nazirlər həmçinin regiondakı mövcud vəziyyət və Azərbaycanın COP29-a hazırlığı barədə fikir mabdiləsi aparıblar.
24-09-2024, 16:17
Azərbaycan diasporundan İsveçrə parlamentinə etiraz bəyanatı


Azərbaycan diasporundan İsveçrə parlamentinə etiraz bəyanatı

İsveçrə Federal Məclisinin bir qrup deputatı tərəfindən İsveçrə hökumətinə ünvanlanan və məzmunca Azərbaycana qarşı qərəzli xarakter daşıyan sorğu İsveçrədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən etirazla qarşılanıb.
İsveçrədəki Azərbaycan diaspor təşkilatları İsveçrə parlamentinə bununla əlaqədar bəyanatlar ünvanlayıblar. Bəyanatlarda hər iki dövlətin qarşılıqlı əlaqələrinin önəmi vurğulanıb. Cənubi Qafqazda sülhün əleyhinə olan qüvvələrin COP29-dan istifadə edərək öz məqsədlərinə çatmaq cəhdləri diqqətə çatdırılıb.
Cari ilin noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyasının qlobal ekoloji problemlərin həlli istiqamətində töhfəsi ilə yanaşı regionda sülhün təminatı baxımından da vacibliyi qeyd olunub.
İsveçrə parlamentində səslənən “soyqırım” və “etnik təmizləmə” ittihamlarının reallığı əks etdirmədiyi vurğulanıb, bu tip ifadələrin İsveçrənin dövlət qurumlarında müzakirəsinin narahatvericiliyi bildirilib.
COP29-un xarici manipulyasiya üçün deyil, əsas iqlim məsələlərini həll etmək üçün vacib platforma olduğu xatırladılıb. İsveçrə parlamentinin üzvləri məsuliyyətli yanaşma nümayiş etməyə çağırılıb.

24-09-2024, 16:04
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb


Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb

Ölkəmizdə keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və gələcəkdə daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
24-09-2024, 15:52
Dünya ölkələri məhsullarımızla yaxından maraqlanırlar


Dünya ölkələri məhsullarımızla yaxından maraqlanırlar

Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir.
Bu, Prezident İlham Əliyevin “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində qeyd edilib.
"Həm Azərbaycanın Silahlı Qüvvələri müasir silah növləri ilə təchiz edilir, həm də dünya ölkələrinin müdafiə sənayesi şirkətləri istehsal etdiyimiz məhsullarla yaxından maraqlanırlar. Bir çox dost və müttəfiq dövlətlərlə müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar qurulur, mövcud əlaqələr uğurla davam etdirilir. Azərbaycan müdafiə sənayesi sahəsində dinamik inkişafa nail olmaqla hərbi-texniki imkanlarını genişləndirir", - dövlət başçısı vurğulayıb.
Prezident qeyd edib ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsində müstəsna rol oynamış Azərbaycan hərbi sənaye kompleksinin gücü və qüdrəti, ölkəmizdə istehsal olunan müasir silahlar da “ADEX” sərgisi çərçivəsində nümayiş olunur. Təsadüfi deyil ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də lokal xarakterli antiterror əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində bu gün diqqətlə öyrənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!