Rəqsanənin həbsinin TƏFƏRRÜATLARI .....                        Yer yaxınlığında təhlükəli asteroid .....                        Bloger-jurnalist həbs edildi .....                        Türkiyədə saxta polislər - Əməliyyatçılar heyrətə gəldi .....                        Çin kosmosu fəth edir - Növbəti peyk orbitə buraxıldı .....                        FHN çimərliklərdə maarifləndirmə tədbirlərini davam etdirir .....                        Azərbaycanda cinayətlər ən çox hansı bölgədə törədilir? .....                        Türkiyədə meşə yanğınları davam edir .....                        İsrail Husilərə məxsus obyektləri vurdu .....                       
25-12-2023, 22:16
Prezident yeni illə bağlı paylaşım etdi


Prezident yeni illə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2024 - Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Butov.az həmin paylaşımı təqdim edir.

25-12-2023, 21:33
Putin Lukaşenkodan yumurta istədi


Putin Lukaşenkodan yumurta istədi

Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinin iclası zamanı belaruslu həmkarı Aleksandr Lukaşenkodan ölkəsinə yumurta tədarük etməsini istəyib.
O, Lukaşenkodan zarafatla xəsis olmamağı xahiş edib.
Lukaşenkonun sözlərinə görə, Belarus, demək olar ki, 100% öz istehsalı olan məhsullarla - taxıl, donuz əti, quş əti, süd, tərəvəz, bitki yağları ilə təmin olunub. O, toyuq yumurtasına xüsusi diqqət yetirib.
“Bizə bir az ver! Xəsislik etməyin”, - deyə Putin gülümsəyərək cavab verib.
25-12-2023, 20:20
Lukaşenko: “Düşünmürəm ki, ermənilər axmaq insanlardır”


Lukaşenko: “Düşünmürəm ki, ermənilər axmaq insanlardır”

“Ermənistan iqtisadi cəhətdən ölmək istəyirsə, biz onu itirə bilərik”.
Bunu Avrasiya İqtisadi İttifaqının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitinə qatılan Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“Amma düşünmürəm ki, ermənilər axmaq insanlardır” - Lukaşenko qeyd edib.
25-12-2023, 19:32
“Dövlət qulluğu haqqında” qanuna dəyişikliklə bağlı fərman imzalandı


“Dövlət qulluğu haqqında” qanuna dəyişikliklə bağlı fərman imzalandı

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Qərar bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi daşıyır.
Qanunda, həmçinin aşağıdakı dəyişikliklər nəzərdə tutulub:
- Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alırlar;
- Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir;
- Böyük, orta və kiçik xüsusi rütbələr müvafiq təqdimat əsasında müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən verilir.
25-12-2023, 19:07
Peskov Azərbaycan və Ermənistan liderlərinin görüşüylə bağlı sualı cavabladı


Peskov Azərbaycan və Ermənistan liderlərinin görüşüylə bağlı sualı cavabladı

Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edib. Azərbaycan Prezidenti İlham Əliyevin də sabah səfəri gözlənilir. Hər iki lider MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sammit çərçivəsində İlham Əliyev və Paşinyanın ikitərəfli görüşünün nəzərdə tutulub-tutulmadığı barədə jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin ayrı-ayrılıqda ikitərəfli təmasları nəzərdə tutulmayıb, lakin MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində müzakirələr baş tuta bilər.
"Ayrı-ayrı ikitərəfli görüşlər planlaşdırılmır, lakin hər kəs tədbir çərçivəsində ünsiyyət qura biləcək", - o qeyd edib.
25-12-2023, 17:02
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında aviasiya müzakirəsi


Azərbaycanla Səudiyyə Ərəbistanı arasında aviasiya müzakirəsi

Azərbaycan və Səudiyyə Ərəbistanı nəqliyyat, xüsusilə aviasiya və innovasiyalar sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.
Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşü barədə özünün "X" hesabında yazıb.
"Səudiyyə Ərəbistanının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşdük. İki ölkə arasında nəqliyyat, xüsusilə aviasiya və innovasiyalar sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə nazir əlavə edib.
25-12-2023, 16:44
Müxalif siyasətçi tapıldı


Müxalif siyasətçi tapıldı

Rusiyada həbsdə olan müxalif siyasətçi, bir müddətdir yaxınlarının əlaqə qura bilmədiyi Aleksey Navalnı tapılıb.
Siyasətçinin komandası bu barədə məlumat yayıb.
Belə ki, Aleksey Navalnı Rusiyanın Yamal-Nen Muxtar Dairəsinin Xarp kəndindəki 3 saylı islah koloniyasında saxlanılırmış.
Qeyd edək ki, Navalnı ardıcıl olaraq videobağlantı vasitəsilə məhkəməyə qoşula bilməyib. Onun tərəfdaşları uzun müddət siyasətçinin harada olduğunu bilməyiblər. Həbsxana işçiləri Aleksey Navalnının iclaslarda iştirak etməməsini “qəza və elektrik enerjisinin olmaması” ilə izah ediblər. Bundan başqa, vəkilin siyasətçi ilə görüşünə icazə verilməyib.
25-12-2023, 16:10
Özbəkistan Prezidenti də Rusiyaya getdi


Özbəkistan Prezidenti də Rusiyaya getdi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev də Rusiyaya gedib.
Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfərə gedib.
Qeyd edək ki, Belarus, Ermənistan, Qazaxıstan liderləri artıq Sankt-Peterburqdadır. Sabah Azərbaycanın dövlət başçısı İlham Əliyevin də Rusiyaya səfəri gözlənilir.
25-12-2023, 16:01
Peskov Putin-Paşinyan görüşündən danışdı


Peskov Putin-Paşinyan görüşündən danışdı

"Putin dekabrın 25-də Sankt-Peterburqda Şimal Gəmiqayırma Zavoduna səfəri zamanı Şoyqu ilə ayrıca görüş keçirəcək".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Üçüncü tərəflərin xaricdən Belqradda iğtişaşlar törətmək cəhdləri var. Rusiya tərəfi Serbiya rəhbərliyinin ölkədə qanunun aliliyini təmin edə biləcəyinə şübhə etmir. Serbiyada baş verənlər onun daxili işidir, Rusiya Federasiyası heç vaxt belə məsələlərə qarışmır", - sözçü bildirib.
"Putin və Paşinyan Sankt-Peterburqda keçiriləcək Aİİ və MDB sammitləri çərçivəsində ünsiyyət qurmaq üçün əla fürsət əldə edəcəklər", - Peskov belə deyib.
25-12-2023, 15:35
Tokayev Putinin dəvətiylə Sankt-Peterburqdadır


Tokayev Putinin dəvətiylə Sankt-Peterburqdadır

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Sankt-Peterburqdadır.
Bu barədə "Kazinform" agentliyi məlumat yayıb.
Aİİ ölkələrinin liderləri inteqrasiya proseslərinin gələcək inkişafı üçün əsas vəzifələri və əsas istiqamətləri müzakirə etməyi planlaşdırırlar.
MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə Qazaxıstan prezidenti də iştirak edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!