Xamenei ABŞ ilə danışıqlara razılıq verib .....                        Kartof alan ölkədən kartof satan ölkəyə çevrilmişik .....                        Ölkədə bəzi avtomobillər kəskin bahalaşıb .....                        Azərbaycan 144 milyonluq meyvə-tərəvəz satıb .....                        Laricaninin yerinə o təyin olundu .....                        Qədim Azərbaycan şəhərində 4 ballıq zəlzələ olub .....                        Buzovnada qaya daşlarını zədələyən şəxsə cinayət işi açılıb .....                        “Parni iz Baku”nun daha bir üzvü vəfat etdi .....                        Xarq adası uğrunda döyüşlər başlayacaq .....                       
23-09-2024, 17:10
Bakı-Sumqayıt qatarlarında gedişhaqqı bu qədər artırılır


Bakı-Sumqayıt qatarlarında gedişhaqqı bu qədər artırılır

25 sentyabr tarixindən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada tariflər artırılıb.
Bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov xidmət sahəsində tətbiq olunacaq yeniliklər və tarif siyasəti ilə bağlı Bakı Dəmiryol Vağzalında media nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.
Qeyd edilib ki, ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0.10–0.20 AZN arası artırılacaq.
Vurğulanıb ki, bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib.
23-09-2024, 17:05
İran Qərbə əl uzatdı: Tehran yeni danışıqlara can atır


İran Qərbə əl uzatdı: Tehran yeni danışıqlara can atır

Prezident Məsud Pezeşkianın başçılıq etdiyi İran nümayəndə heyəti Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Tehranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə danışıqların yeni raunduna başlamağa çalışacaq.
Bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.
“Mən Nyu-Yorkda prezidentdən bir neçə gün çox olacağam və başqa ölkələrin xarici işlər nazirləri ilə daha çox görüşüm olacaq. Biz nüvə məsələləri üzrə danışıqların yeni raunduna başlamağa çalışacağıq”, - deyə Araqçi Telegram kanalında yayımladığı videoda bildirib.
23-09-2024, 16:59
Xamenei keçmiş prezident əvəzinə yeni vəzifə verdi


Xamenei keçmiş prezident əvəzinə yeni vəzifə verdi

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei İran prezidentinin keçmiş birinci müavini və dövlət başçısı səlahiyyətlətini müvəqqəti icra etmiş Məhəmməd Muhbiri özünün müşaviri və köməkçisi təyin edib.
Əyətullah Xamenei bununla bağlı müvafiq fərman imzalayıb.
Xatırladaq ki, Məhəmməd Muhbir mayın 19-da sabiq prezident İbrahim Rəisi helikopter qəzasında həlak olduqdan sonra onun səlahiyyətlərini 50 gün icra etmişdi.
Məsud Pezeşkianın prezident seçiləndən sonra Məhəmməd Muhbirin səlahiyyətinə xitam verilmişdi.
23-09-2024, 16:39
Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ


Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bununla bağlı milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xaçmaz, Siyəzən, Xızı, Salyan, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
23-09-2024, 16:21
“Qarabağ”ın futbolçuları İngiltərəyə yola düşdü


“Qarabağ”ın futbolçuları İngiltərəyə yola düşdü

“Qarabağ”ın UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda “Tottenhem”lə oyun üçün İngiltərəyə səfər planı bəlli olub.
Klubdan verilən məlumata görə, Ağdam təmsilçisi Londona sentyabrın 24-də çarter reysi ilə yollanacaq. Komandanı aparan təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxacaq.
“Qarabağ”ın monteneqrolu müdafiəçisi Marko Veşoviç zədə səbəbindən matçda iştirak edə bilməyəcək.
Azərbaycan çempionu oyundan dərhal sonra Bakıya qayıdacaq.
Qeyd edək ki, sentyabrın 26-da Londondakı “Tottenhem Hotspur” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
23-09-2024, 15:47
İlham Əliyev Pezeşkiana başsağlığı verdi


İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb. Mətndə deyilir:

"Hörmətli cənab Prezident,
Təbəs şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".
23-09-2024, 15:36
"Quru sərhədlərin qapalı olmasının COP29-a təsir edəcəyini düşünmürük"


"Quru sərhədlərin qapalı olmasının COP29-a təsir edəcəyini düşünmürük"

Quru sərhədlərin qapalı olması amilinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransında (COP29) iştirakçı sayına təsir edəcəyi ehtimalını düşünmürük.
Bunu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.
O vurğulayıb ki, quru sərhədlər Nazirlər Kabinetinin sərəncamında olan məsələdir.
“Həmin dövr üçün qiymətləndirmə müvafiq qurumlarımız tərəfindən aparılıb qərar veriləcək. Əvvəlki COP və digər beynəlxalq tədbirlərlə bağlı təcrübələrə əsasən, yerli sanitariya, epidemioloji vəziyyət həmişə ön planda tutulur. Ancaq ümumi qiymətləndirmə olaraq quru sərhədlərin qapalı olması amilinin COP29-dakı iştirakçı sayına təsir edəcəyi ehtimalını düşünmürük”, - Baş danışıqçı əlavə edib.
23-09-2024, 15:21
Türkiyə-Azərbaycan Universitetində ilk dərs günü - FOTO


Türkiyə-Azərbaycan Universitetində ilk dərs günü - FOTO

Bu gün Azərbaycanda daha bir yeni ali təhsil müəssisəsi olan Türkiyə-Azərbaycan Universitetində tədris prosesi başlayıb.
Ali təhsil müəssisəsində hazırda 86 tələbə təhsil alır.
Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı 2024-cü il fevralın 19-da Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) rəhbərliyi müvəqqəti olaraq Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevə həvalə olunub.








23-09-2024, 15:01
İlham Əliyev Xocayevi qəbul etdi


İlham Əliyev Xocayevi qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Özbəkistan Respublikasının Baş nazirinin müavini Cəmşid Xocayevi qəbul edib.
Qəbula görə minnətdarlığını bildirən Cəmşid Xocayev, ilk növbədə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə təşəkkürünü bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.
Cəmşid Xocayev vurğuladı ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi böyük uğurlar Özbəkistanda sevinc hissi ilə qarşılanır. O, 20 Sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə təbriklərini çatdırdı.
Özbəkistan üçün Azərbaycanın mühüm dövlətlər sırasında layiqli yeri olduğunu deyən qonaq ölkəmizin həm regionda, həm də dünyada böyük nüfuza malik olduğunu vurğuladı. O qeyd etdi ki, Prezident İlham Əliyevin müdrik qərarları ilə azad olunmuş ərazilərimizdə, o cümlədən tarixi şəhərlər olan Şuşa və Xankəndidə həyata keçirilən böyük yenidənqurma və bərpa işləri Özbəkistanda maraqla izlənilir.
Cəmşid Xocayev iş adamları ilə birgə ölkəmizə səfərinin Azərbaycan və Özbəkistan prezidentlərinin tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı olduğunu diqqətə çatdırdı.
Prezident İlham Əliyev Özbəkistana dövlət səfərini, ondan əvvəl isə Özbəkistan Prezidentinin Azərbaycana səfərini məmnunluqla xatırladı. Özbəkistana dövlət səfəri zamanı iki ölkənin iş adamları ilə keçirdikləri görüşün əhəmiyyətinə toxunan Azərbaycan Prezidenti investisiya layihələri üzərində fəal iş aparılması istəyinin olmasını məmnunluqla qeyd etdi. Bu baxımdan Prezident İlham Əliyev yaradılmış birgə investisiya fondunun artıq konkret layihələrlə təmin olunduğunu vurğuladı.
Əziz qardaşı Şavkat Mirziyoyevlə qarşıdakı görüşlərini məmnunluqla gözlədiyini deyən Azərbaycan Prezidenti hər iki dövlət başçısının görüşlərinin əməkdaşlığın gündəliyində duran məsələlərin həyata keçirilməsi baxımından önəmini qeyd etdi.
Prezident İlham Əliyev Özbəkistan Baş nazirinin müavininin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.
Görüşdə əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
23-09-2024, 14:59
Prezident bu icra başçısını işdən çıxardı


Prezident bu icra başçısını işdən çıxardı

Asif Əsgərov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Asif Əsgərov 112 saylı Zaqatala seçki dairəsindən deputat seçilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!