İsrail tarixi qələbə qazandı - Netanyahu .....                        “İran danışıqlardan qaçmaqla müharibəyə təşviq edirdi”- VİDEO .....                        İran-İsrail savaşı: Tərəflər itkilərini AÇIQLADI .....                        İsrail məqsədlərinə nail ola bilmədi - Pezeşkian .....                        İran hava məkanını açdı .....                        Melonidən atəşkəsə reaksiya: yaxın vaxtda... .....                        Hakan Fidan onunla İranı müzakirə etdi .....                        Özünə polkovnik rütbəsi verən sabiq rəisə HÖKM OXUNDU .....                        Onlar Vardanyanın məhkəməsində ifadə verdilər .....                       
23-10-2023, 18:06
İran Prezidenti Ceyhun Bayramovu qəbul etdi


İran Prezidenti Ceyhun Bayramovu qəbul etdi

İran Prezidenti İbrahim Rəisi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Bu barədə İran Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, İranın paytaxtı Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüşü keçirilir. Toplantıda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
23-10-2023, 17:51
İnsanları işə düzəltmək adı altında aldadan şəxs saxlanıldı


İnsanları işə düzəltmək adı altında aldadan şəxs saxlanıldı

Özünü müxtəlif dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edərək insanları işə düzəltmək adı altında aldadan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, nazirliyə naməlum şəxsin vətəndaşları işə düzəldəcəyi adı altında aldadıb onlayn ödəniş sistemlərindən istifadə etməklə onların pul vəsaitlərini ələ keçirdiyi barədə çoxsaylı şikayətlər daxil olub.
Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Həsənov Anar Alıhəsən oğlu saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırmalarla müəyyən olunub ki, A.Həsənov tanış olduğu şəxslərə özünü müxtəlif dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edərək onlarda özünə qarşı inam yaradıb. Sonrakı müddətdə isə həmin şəxsləri dövlət qurumlarında işlə təmin edəcəyi adı altında aldadaraq 50-dən artıq zərərçəkənin pulunu ələ keçirib.
Aşkar edilən faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa polisə müraciət edə bilərlər.
23-10-2023, 17:42
Mirzoyan İran prezidentiylə Tehranda görüşdü


Mirzoyan İran prezidentiylə Tehranda görüşdü

Tehranda səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran prezidenti İbrahim Rəisi ilə görüşüb.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, ikitərəfli münasibətlərin dərinləşdirilməsi, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Qeyd edək ki, hazırda Tehranda "3+3" formatında XİN başçıları səviyyəsində görüş keçirilir.
23-10-2023, 17:36
Tehran şəhərində "3+3" formatında görüş start götürdü


Tehran şəhərində "3+3" formatında görüş start götürdü

İranın paytaxtı Tehran şəhərində "3+3" formatında görüş start götürüb.
Görüşdə region ölkələri XİN başçıları səviyyəsində təmsil olunur.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın qatıldığı görüşdən Gürcüstan tərəfi imtina edib.
23-10-2023, 17:03
Rusiya Ermənustanın səfir təyinatına “yox” dedi


Rusiya Ermənustanın səfir təyinatına “yox” dedi

Rusiya Ermənistanın yeni səfir təyinatına mane olub.
Ermənistanın “news24.am” nəşri məlumat yayıb.
Bildirilir ki, Moskva Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Qurgen Arsenyanın Ermənistanın Rusiyadakı səfiri təyin olunması təklifini rədd edib.
Xatırladaq ki, erməni KİV-lərində bir müddət əvvəl Paşinyanın Ermənistanın Rusiyadakı səfiri Vağarşak Harutyunyanı dəyişdirmək və onu Qurgen Arsenyan ilə əvəz etmək istəməsi barədə məlumatlar yayılıb.
Məlumata görə, Kreml Arsenyanın anti-Rusiya çıxışlarından narahat olub və onun səfir olmasını istəməyib.
23-10-2023, 16:33
Azad edilən ərazilərdə yer adlarının dəyişdirilməsi barədə qərar qəbul edildi


Azad edilən ərazilərdə yer adlarının dəyişdirilməsi barədə qərar qəbul edildi

Toponimiya Komissiyası azad edilən ərazilərdə bir çox yer adlarının dəyişdirilməsi barədə qərar qəbul edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 23-də Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib.
Komissiyasının sədri İsa Həbibbəyli bildirib ki, gündəliyə Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi barədə məsələ daxil edilib.
Komissiya sədri İsa Həbibbəyli Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazanılan tarixi qələbə, ölkə Prezidentinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət bayrağının ucaltması və bununla Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə bağlı fikirlərini bölüşüb. O, bölgədə yaranmış yeni reallıqlar çərçivəsində işğaldan azad olunmuş ərazilərdə bir çox yer adlarının dəyişdirilməsi ilə əlaqədar məsələlərə Toponimiya Komissiyasında baxıldığını və müvafiq qərarların qəbul edildiyini söyləyib.
Komissiya sədri bugünkü iclasda müzakirəyə çıxarılan məsələnin mahiyyəti barədə danışaraq, Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi ilə bağlı vətəndaşlardan müraciət daxil olduğunu bildirib. O, qeyd edib ki, müraciətdə bu yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi təklif olunur.
Məsələ ətrafında aparılan müzakirələrdə Toponimiya Komissiyasının sədr müavini Sevinc Fətəliyeva, Komissiyanın üzvləri - parlamentin komitə sədri Musa Quliyev, deputat Sabir Rüstəmxanlı, Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri Möhsün Nağısoylu, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Akif İmanlı, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Elşad Abışov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış ediblər.
İclasda Abşeron rayonunun inzibat ərazisində salınmış yeni yaşayış məntəqəsinin “Şəfəq” adlandırılması məqsədəmüvafiq hesab olunub.
Tədbirdə AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədov, parlament Aparatının müvafiq şöbələrinin əməkdaşları iştirak ediblər.
23-10-2023, 16:08
Sumqayıtda Kermaik plitələr istehsalı müəssisəsinin açılışı oldu


Sumqayıtda Kermaik plitələr istehsalı müəssisəsinin açılışı oldu

Sumqayıtda “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışı oldu. Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış oldu.
Sənaye parkının 20 hektardan çox ərazisində Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələrin istehsalı həyata keçiriləcək. Yüz faiz Çin kapitallı müəssisə üçün investisiya dəyəri 40 milyon ABŞ dolları, işçi sayı 400 nəfər nəzərdə tutulsa da, hazırda müəssisəyə 50 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb və 484 nəfər işlə təmin olunub. İllik istehsal gücü 18 milyon kvadratmetr olan müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, region və MDB ölkələrinə ixrac olunacaq.
Qeyd edək ki, “Vanhong Ceramics”in hazırda Çində 5 zavodu var, həmçinin dünyanın 5 ölkəsində müəssisələri fəaliyyət göstərir.
“Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin baş direktoru Ciyi Vanq dedi: Möhtərəm cənab Prezident, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılış mərasimində iştirakınızla bizi qürurlandırdığınız üçün Sizə minnətdarlığımı bildirirəm.
Prezident İlham Əliyev: Azərbaycana bu qədər vəsait qoyursunuz, 81 milyon manat investisiya çox böyük rəqəmdir. Bu investisiyalar şirkətiniz, yəni, Çin şirkəti tərəfindən qoyulur. İndi mən gördüm ki, işçilərin sayı da 500-ə yaxındır. Bu, eyni zamanda, iş yerlərinin yaradılması proqramımıza da növbəti töhfədir. Əlbəttə ki, belə müəssisələr Çin-Azərbaycan dostluğunu daha da gücləndirir. Bu zavod cəmi bir il yarıma inşa edildi. Yəni, ilyarım bundan əvvəl mən onun təməlini qoymuşam.
Ciyi Vanq: Bəli.
Prezident İlham Əliyev: Ona görə əminəm ki, fəaliyyəti də uğurlu olacaq və siz işinizi davam etdirəcəksiniz.
Ciyi Vanq: Sizin köməyinizlə hər şey yaxşı olacaq.
Prezident İlham Əliyev: Gözəl məhsuldur. İdxala da ehtiyac qalmır. Daxili bazarı təmin edəcəksiniz?
Ciyi Vanq: Təmin edəcəyik.
Dövlət başçısı müəssisəni işə saldı.
23-10-2023, 15:52
İlham Əliyev Qablaşdırma məhsulları istehsalı müəssisəsinin açılışında iştirak etdi


İlham Əliyev Qablaşdırma məhsulları istehsalı müəssisəsinin açılışında iştirak etdi

Prezident İlham Əliyev “Universal Qablaşdırma Sənaye” Qapalı Səhmdar Cəmiyyətinin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin açılışında iştirak edib.
Diqqətə çatdırılıb ki, sənaye parkının bir hektar ərazisində inşa edilmiş müəssisədə qablaşdırmada istifadə olunan qofro karton, fayl və digər məhsullar istehsal ediləcək. İtaliya və Çin texnologiyalarının tətbiq edildiyi müəssisədə 20 çeşiddə məhsul istehsal olunacaq. Ümumi investisiya dəyəri 4,8 milyon manat olan müəssisədə ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçilərin sayının 65 nəfərə çatdırılması nəzərdə tutulur.
Dövlət başçısı müəssisəni işə salıb.
23-10-2023, 15:12
İlham Əliyev Ulu Öndərin Sumqayıtda ucaldılan abidəsini ziyarət etdi


İlham Əliyev Ulu Öndərin Sumqayıtda ucaldılan abidəsini ziyarət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoyub.
23-10-2023, 14:55
Tehran və İrəvan Araz çayı üzərində daha bir sərhəd körpüsünün tikəcək - Nazir


Tehran və İrəvan Araz çayı üzərində daha bir sərhəd körpüsünün tikəcək - Nazir

Tehran və İrəvan yol ödənişlərini sıfıra endirmək barədə razılığa gəliblər.
Bunu Ermənistanda səfərdə olan İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş bildirib.
O deyib ki, bu, daha az xərclə üçüncü ölkələrə mal daşıya biləcək bizneslər üçün çox ciddi problemi həll edəcək.
Bundan başqa, Ermənistan və İran Şimal-Cənub dəhlizinin İranla həmsərhəd Aqarak şəhərindən Qacaran şəhərinə (32 km) qədər olan ən cənub hissəsinin tikintisinə dair müqavilə imzalayıb. Ölkələr bunun sürətlə həyata keçirilməsində maraqlıdırlar.
Nazirin sözlərinə görə, Tehran və İrəvan Araz çayı üzərində daha bir sərhəd körpüsünün tikintisi üçün işçi qrup yaradacaq. Mehrdad Bəzrpaş qeyd edib ki, mövcud körpünün tutumu artan yük daşımalarına uyğun gəlmir: "Yenisinin tikintisi isə ikitərəfli iqtisadi əlaqələri stimullaşdırır".
"Tehran erməni tikinti şirkətlərinin İran bazarına daxil olmasına dəstək verməyə hazırdır. İran şirkətləri Ermənistan hökumətinin məktəb və ictimai binaların tikintisi ilə bağlı irimiqyaslı proqramlarında iştirak etməkdə maraqlıdırlar", - o əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!