2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
7-05-2024, 17:51
Kapital Bank-ın Laçın filialı açıldı


Kapital Bank-ın Laçın filialı açıldı

Ölkənin birinci Bankı Kapital Bank-ın Laçın filialının açılışı baş tutub.
Laçın şəhəri, Heydər Əliyev küçəsi 87 ünvanında fəaliyyətə başlayan filialın açılışında prezidentin Laçın şəhərində xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev, Dövlət Məşğulluq Agentliyinin Laçın rayonu üzrə nümayəndəsi İlqar Təhməzov, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, bankın nümayəndələri və Laçın sakinləri iştirak ediblər.
Yeni konsepsiya əsasında təqdim edilən Laçın filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Burada Laçın sakinlərinə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.
Yeni filalın açılışı ilə Kapital Bank həm də Laçında fəaliyyətə başlayan ilk bank kimi tarixə düşdü. Ölkədə ən böyük filial şəbəkəsinə malik bankın filiallarının sayı Laçın filialının açılışının ardından 119-a çatdı. Tezliklə bankın Xankəndi filialının da açılışı planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
7-05-2024, 17:49
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatdı


Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycan Respublikasına rəsmi səfəri mayın 7-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.
7-05-2024, 17:42
Etirazçılar İrəvana doğru irəliləyir - Paşinyandan xəbərdarlıq


Etirazçılar İrəvana doğru irəliləyir - Paşinyandan xəbərdarlıq

Ermənistanın Azərbaycanla sərhəddəki Kirants kəndindən başlayan etiraz yürüşünün iştirakçıları Çarentsavan şəhərinə çatıblar.
Etirazçılar sabah saat 13:00-da Çarentsavandan Abovyan şəhərinə çatmağı planlaşdırırlar.
Mayın 4-də başlayan yürüşə Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının Primatı, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik edir.
Etirazçılar mayın 9-da İrəvanın Azadlıq meydanına daxil olmağı planlaşdırırlar.
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib ki, bütün ermənilərin katolikosu bu gün faktiki olaraq siyasi hərəkata başçılıq edir, onun son benefisiarı eks-prezident Robert Köçəryandır.
Bununla da Paşinyan Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərlik etdiyi və Tavuşda delimitasiyaya qarşı yönəlmiş etiraz yürüşünə eyham vurub.
Onun fikrincə, bu hərəkatın məqsədi eks-prezident Robert Köçəryanın hakimiyyətə qayıtmasıdır.
Baş nazir bildirib ki, hələ 2021-ci ildə “Hayastan” blokunun lideri - ikinci prezident Robert Köçəryan kilsə vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyi ssenarisini təqdim edib.
Paşinyan hesab edir ki, əgər katolikos II Qaregin hansısa hərəkata xeyir-dua verirsə, deməli, bu, hərəkatın liderliyindən başqa bir şey deyil. Onun sözlərinə görə, katolikosun icazəsi və hətta göstərişi olmadan keşiş siyasi mətnləri tələffüz edə bilməz.
Baş nazir İrəvana doğru yürüyən etirazçılara xəbərdarlıq da edib. Paşinyan mətbuat konfransında inkar etməyib ki, etirazçılar qanunsuz hərəkət edəcəkləri təqdirdə onlara qarşı güc tətbiq oluna bilər.
Xatırladaq ki, aprelin 19-da Ermənistan və Azərbaycan sərhədin Tavuş vilayəti istiqamətindən delimitasiyaya başlamaq və iyulun 1-nə kimi əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəlib.
Daha sonra Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı olan sakinləri etiraz aksiyalarına başlayıb.
7-05-2024, 17:30
Paşinyanın müavini Quterreşin köməkçisi ilə danışıqlar apardı


Paşinyanın müavini Quterreşin köməkçisi ilə danışıqlar apardı

Ermənistan Respublikası baş nazirinin müavini Mher Qriqoryan BMT baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional direktoru İvana Zivkoviçlə görüşüb.
Bu barədə "Armenpress" məlumat yayıb.
"Enerjiyə qənaət, rəqəmsallaşma sahəsində birgə proqramlar və dövlət idarəçiliyi sahəsində aparılan islahatlar, əməkdaşlığın inkişafı üçün mümkün istiqamətlər müzakirə edilib", - deyə qeyd olunub.
Yeni milli proqram sənədinin hazırlanmasında hədəf sahələrin müəyyənləşdirilməsinin vacibliyi qeyd edilib.
7-05-2024, 17:27
"ASAN TV"yə yeni baş redaktor təyin edildi


[b]"ASAN TV"yə yeni baş redaktor təyin edildi[/b]

"ASAN TV" və "ASAN Radio"ya yeni baş redaktor təyin edilib.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.
O bildirib ki, bu vəzifəyə Elvin Dəmirli gətirilib. Jurnalist bundan əvvəl ATV, "Space" kimi kanallarda, həmçinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində çalışıb.
Qeyd edək ki, "ASAN Radio" 2015-ci ildə, "ASAN TV" isə bu il yaradılıb.
7-05-2024, 17:22
Əli Əsədov Anıtqəbiri ziyarət edib - FOTO


Əli Əsədov Anıtqəbiri ziyarət edib - FOTO

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-də Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Nazirlər Kabinetindən verilən xəbərə görə, Baş nazir Əli Əsədov Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib. Baş nazir Anıtqəbirin Xatirə kitabına ürək sözlərini yazıb.



7-05-2024, 17:15
Qırğızıstan-Tacikistan sərhədində insident


Qırğızıstan-Tacikistan sərhədində insident

Qırğızıstan və Tacikistan sərhədində atışma baş verib.
Bu barədə Qırğızıstan Sərhəd Xidməti məlumat yayıb.
İnsidentin detalları araşdırılır.
7-05-2024, 16:59
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ilin ən yaxşısı seçildi


Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ilin ən yaxşısı seçildi

ABŞ-da 2023-cü ilin ən yaxşı sərbəst güləşçilərinin adları açıqlanıb.
ABŞ Güləş Federasiyasının tərtib etdiyi siyahıda ilk pilləni Azərbaycanın veteran güləşçisi Vüqar Orucovun oğlu Vitali Orucov (61 kiloqram) tutub. Həmyerlimiz ilk dəfə bu titula layiq görülüb.
O, daha əvvəl ABŞ-ın ikiqat olimpiya və dördqat dünya çempionu Con Smitin adına daşıyan mükafata sahib çıxıb.
Qeyd edək ki, ötən il dünya çempionatında debüt edən V. Orucov qızıl medal qazanıb. O, həmçinin Panamerika və ABŞ Açıq çempionatlarının qalibi olub. Azərbaycanlı güləşçi zədə səbəbindən “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışlarda iştirak edə bilməyib.
7-05-2024, 16:38
Tərtərdə məktəblinin ölümü ilə bağlı daha bir açıqlama


Tərtərdə məktəblinin ölümü ilə bağlı daha bir açıqlama

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb.
İdarədən bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığı müəyyən edilib.
"Məktəb rəhbərliyi və müəllimlərin izahatına əsasən qeyd edirik ki, 6 may 2024-cü il tarixində şagird 2-ci dərsdə iştirak edib, dərslərarası fasilə bitdikdən sonra sanitar-qovşaqdan istifadə etmiş və sinif otağına qayıtmadan məktəb ərazisini tərk etmişdir. Ərazini tərk etdikdən qısa müddət sonra şagirdin vəfat etməsi ilə bağlı məlumat yayılmışdır.
Hazırda ölüm faktının səbəbi müvafiq orqanlar tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə idarəyə rəsmi məlumat daxil olduğu təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - açıqlamada deyilir.
7-05-2024, 16:36
Azərbaycanda taksi sayına məhdudiyyət qoyulacaq - RƏSMİ


Azərbaycanda taksi sayına məhdudiyyət qoyulacaq - RƏSMİ

Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununa əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər", - deyə qurum qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!