2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
5-05-2024, 14:24
12 minə yaxın şəxs imtahan verdi

12 minə yaxın şəxs imtahan verdi

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il mayın 5-də aşağıdakı imtahanlar keçirilib.
Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı təşkil olunub.
İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub.
Ümumilikdə imtahanların idarə olunmasına 52 ümumi imtahan rəhbəri, 141 imtahan rəhbəri, 1121 nəzarətçi, 160 buraxılış rejimi əməkdaşı və 52 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 11 943 nəfərin iştirakı nəzərdə tutulurdu. İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, 1 abituriyent və 1 nəzarətçidə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır.
Mayın 6-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

5-05-2024, 14:15
İçərişəhərdə Milli Xalça Festivalı keçirildi - FOTO

İçərişəhərdə Milli Xalça Festivalı keçirildi - FOTO

4 may 2024-cü il tarixdə İçərişəhərdə Milli Xalça Festivalının açılışı keçirilib. Açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Emin Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev çıxış ediblər.
“İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə öz çıxışında: “UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin Milli Xalça Festivalına ev sahibliyi etməsi heç də təsadüfi deyil. İçərişəhər Qoruğu üçün Azərbaycanın qədim milli-mədəni ənənələrinin, sənət nümunələrinin yaşadılmasına töhfə vermək və bu istiqamətdə işlər görmək prioritet istiqamətlərdən biridir. Bu baxımdan, UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin İçərişəhərdə təşkil olunan Milli Xalça Festivalı vasitəsilə təşviqi və yaşadılması önəmlidir”, - deyib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Emin Məmmədov çıxışında: “Bu gün Azərbaycan xalçaçıları üçün əlamətdar gündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə 5 may - “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilməyə başlanıb və eyni zamanda 5 may “Azərxalça” ASC təsis edildiyi gündür. Xalçaçı gününün rəsmi səviyyədə qeyd olunması, Milli Xalça Festivalının təşkili xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsində vacib rol oynayır”, - vurğulayıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev çıxışında bildirib: “Azərbaycan xalçaçılıq sənətini beynəlxalq səviyyədə təşviq etmək məqsədilə AZPROMO mütəmadi olaraq sərgilər keçirir və bugünki Milli Xalça Festivalı da həmin işə töhfədir. Azərbaycanın mədəni-irsinin xalçalar vasitəsilə dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin qonaqlarına xalça istehsalatımızı göstərmək vacibdir”.
Tədbirdə iştirak edən Milli Məclisin üzvləri, rəsmi qonaqlar, mədəniyyət və incəsənət xadimləri ilə yanaşı festivalının digər ziyarətçiləri açılış mərasimindən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunan “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” triptix və “Heydər Əliyev 100” xalça sərgilərini ziyarət ediblər. Həmçinin, xalçaçıların nümayiş etdirdiyi xalça emalı prosesinin müxtəlif mərhələlərini maraqla izlədikdən sonra, İçərişəhərdəki gül xalçası da daxil olmaqla, digər sərgi məkanları ilə tanış olublar.
İki gün davam edən festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlər keçirilməkdədir. Bura qədim, müasir, eləcədə müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Festivalın ilk günündə İçərişəhərin sakinləri və qonaqları üçün açıq səma altında film nümayişi təşkil olunub.
Qeyd edək ki, Milli Xalça Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilir.

5-05-2024, 13:49
Vətən

Vətən

"Baba, Vətən nədir?" - soruşdu nəvəm,
Dedim ki, namusdur, qeyrətdir Vətən.
Onu gözün kimi qoru ki, oğul,
Tanrıdan verilən qismətdir Vətən!

Bizim ağzımızın dadı Vətəndir.
Sevgimizin ünvanı, adı Vətəndir,
Ata ocağının odu Vətəndir,
Abırdır, həyadır, ismətdir Vətən!

Sahibsiz qalarsa, başsız qalarsa,
Düşmən tapdalayar, yağı alarsa
Əl boyda torpağı darda qalarsa,
Kişinin adına töhmətdir Vətən!

Əgər qoruyanı sevəni varsa,
Can verib uğrunda öləni varsa,
Bir şəhid qanıyla suvarılarsa,
Müqəddəs torpaqdır, məbəddir Vətən!

Oğuz yadigarı, baba mirası,
Ata əmanəti, ana laylası,
Körpə balaların sevinc dünyası,
Qoynu süd qoxulu cənnətdir Vətən!

Ümüdüm, pənahım, and yerimdir o,
Ata ocağımdır, od yerimdir o,
Əzəli, əbədi yurd yerimdir o,
Azərbaycan adlı dövlətdir Vətən!

Cavanşir Qasımov

Filologiya üzrə fəlsəfə doktoru , Azərbaycan dili və ədəbiyyat müəllimi

5-05-2024, 13:34
Gözlərə nur çiləyən həkim

GÖZLƏRƏ NUR ÇİLƏYƏN HƏKİM

Həmişə nəzərimizdə saxlamalıyıq ki, hər uğurun arxasında gərgin çalışmaq dayanır. Hər şeyin özünəməxsus qayda-qanunları olduğu kimi məqsədə çatmağın da özünəməxsus qayda-qanunları var. Kim uğur qazanmaq, qarşısına qoyduğu məqsədə çatmaq istəyirsə durmadan, usanmadan çalışmalıdır. Tutduğu mövqedən, sahib olduğu peşədən asılı olmayaraq insanda təkcə təhsil yox, eyni zamanda davamlı çalışmaq, inam, cəsarət olmalıdır.
Qələmə aldığım bu məqalədə də özündə cəsarət tapmış, özü üçün ideal imic təyin etmiş nəcib bir peşə sahibindən, sahib olduğu peşəni sevən, ona qəlbən bağlı olan şərəfli bir həkimdən söz açmağı boynumun borcu hesab etdim. O həkimdən ki, düşündüyü və güvənlə gözlədiyi məqsədlərə mütləq çatacağına inanırdı. Onun inamı, qətiyyəti güclü oldu, əksər hallarda mümkünsüzlüyün olmadığı qənaətinə gəldi. Arzularına sərhəd qoymadı və məqsədinə özünün hakim ola biləcəyini düşündü.
Bütün bu fikirlər onun içində əsaslı təhsil almaq, sevdiyi bir ixtisasa yiyələnmək arzusunu günbəgün artırdı. O, gələcək həyatını mənalı, dəyərli, cəmiyyət içərisində şərəfli ömür sürmək arzusuyla yaşadı. Bu arzuların içərisində ən çox sevdiyi ixtisasa yiyələnmək xüsusi yer tutmaqda idi. Ən böyük arzusu Vətən üçün layiqli bir vətəndaş, cəmiyyətə gərəkli olan peşələrdən birinin sahibi, insanlara öz peşəsi ilə xidmət göstərən savadlı, bacarıqlı və şərəfli həkim olmaq idi ki, bu dəyərli insan hal-hazırda Şəki şəhərində yerləşən “Bonum Medical” klinikasının rəhbəri, tanınmış Oftalmoloq-cərrah İlqar Məmmədovdur.
İlqar Zülüqar oğlu Məmmədov 16 iyun 1976-cı ildə Şəki rayonunun Orta Zəyzid kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta Zəyzid Kənd məktəbində orta təsilini uğurla başa vurmuşdur. 1993-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuş, “Müalicə-Profilaktika” fakultəsində təhsil almışdır.
2001-ci ildən Şəki Rayonlararası Göz Xəstəxanasında işləmiş, 2011-ci ilin dekabr ayından etibarən Şəki Mərkəzi Rayon Xəstəxanasının Göz Xəstəlikləri Şöbəsində işləmişdir. 2020-ci ilin sentyabrından “Bonum Medical” klinikasında göz həkimi kimi çalışır və eyni zamanda həmin klinikaya rəhbərlik edir.
Belə bir deyim var: “Ağac meyvəsi, insan əməli ilə tanınar.” İnsan üçün ən yaxşı həyat gözəl və mənalı yaşanmış həyatdır. Haqqında söz açdığımız Oftalmoloq-cərrah İlqar Məmmədov da öz həyatını mənalı yaşamaq, gördüyü işin öhdəsindən layiqincə gəlmək, peşəsinə əsil peşəkar kimi yanaşmaq, peşəsinin adını, şərəfini daim yüksəltmək, onu insanlara sevdirmək kimi bir missiyanı öz üzərinə götürmüşdür.
Hər bir insan sahib olduğu peşəni layiqincə sevməli, ona əsil peşəkar kimi yanaşmalıdır. Gördüyü işdə məsuliyyət, diqqətlilik, səliqə-sahman, işgüzarlıq və s. göstəriciləri əsas meyar kimi qəbul etməlidir.
Bütün bu deyilənlərə əməl etmək səhiyyə-tibb sahəsində daha çox tələb olunur. Elə haqqında söz açdığımız, Şəki şəhərində fəaliyyət göstərən “Bonum Medical” Klinikasının rəhbəri, Oftalmoloq-cərrah İlqar Məmmədovun xarakterində olan keyiyyətlər işində öz əksini tapır; müsbət cəhətlərin qorunub saxlanılmasına, işinə əsil peşəkar kimi yanaşmasında böyük rol oynayır. Ən çox gərəkli və vacib bildiyi əlamətlərdən biri kimliyindən asılı olmayaraq insanın cahanın ən ali əşrəfi olduğunu dərindən dərk edir, ona hörmət və izzətlə yanaşır, ehtiyacı olanın cani-dildən xidmətində dayanır.
İlqar Məmmədovun müsbət keyfiyyətləri haqqında çox fikir söyləmək olar. Ancaq onun özü haqqında fikirlərini, həyata baxışını, sahib olduğu peşə haqqında düşüncələrini öz dilindən eşitmək qərarına gəldim. Həkim xahişimi qəbul etdi, həmsöhbət olduq:
- Doktor, Siz cəmiyyətdə sayılan, seçilən həkimlərdən birisiniz. Həkimlik kimi bir peşəni öz istəyinizlə semisiniz,yoxsa valideyinlərinizin arzusu ilə?

- Ümumiyyətlə həkimlik çox şərəfli peşədir. Bu sahəyə maraq məndə uşaqlıq dövründə baş qaldırıb. Göz həkimi olmaq istəyimə səbəb isə anamın gözündə olan problem olub.
Belə düşünürəm ki, yaxşı, ürəkaçan xəstəlik yoxdur. Xəxtəlik insanı həm cismən, həm də ruhən zəiflədən, əldən salan bir haldır. Göz xəstəlikləri isə daha çox həssas və acınacaqlıdır. Dünya işığına ürək açıqlığı ilə baxa bilməmək, yaxud bundan tamamilə məhrum olmaq dəhşətdir.
Göz həkimi olmağımdan məmnunam. Həkim olmaq arzusu məndə hələ orta məktəbin 3-ü sinfində oxuyanda yaranıb. Bir gün televiziyada Topçubaşov haqqında yayımlanan filmə baxıb dedim ki, mən də böyüyüb həkim olacağam. Həm də bayaq dediyim kimi anamın gözündə olan problem məndə bu sahəyə həvəs yaratdı.
Bir sözlə həyata yenidən gəlmək mümkün olsaydı, yenə həkim olmaq istərdim.

- İlk dəfə cərrahi əməliyyatı nə vaxt, harada, kimin üzərində aparmısınız?
-İlk cərrahi əməliyyat apardığım vaxt İnternatura dövrünə təsadüf edir. Bir xəstənin göz almasında bədxassəli şiş var idi. O, milliyyətcə rus olan bir kişi idi. Tanınmış, elmi dərəcəli həkimlə birlikdə idim. O, əməliyyatın ilkin işlərini mənimlə başlayıb, davamını mənə tapşıraraq uğurlar diləyib əməliyyat otağını tərk etdi. Bir az həyəcan hissi keçirsəm də, özümdə güc tapıb əməliyyatı layiqincə başa catdırdım. Uğurla, müstəqil şəkildə mənim tərəfimdən həyata keçirilən əməliyyat nəinki öz çevrəmizdə, hətta universitet səviyyəsində dillər əzbəri oldu. Bu hadisə məndə savadlı, bacarıqlı Oftalmoloq-cərrah olacağıma inam yaratdı.
Həkim işlədiyim dövrdə dəfələrlə ağır əməliyyatlar həyata keçirmişəm ki, bunlardan biri də Qəbələ rayonundan olan Ağasəf dayının gözlərində apardığım əməliyyat olub.
- Tanınmış, şair-publisist, görkəmli tərcüməçi Giya Paçxataşvilinin gözünü bir neçə adlı-sanlı həkim müayinə etmiş, bu əməliyyatın çox riskli olduğunu söyləyərək öhdələrinə götürməmişlər. Siz bu məsuliyyəti öhdənizə götürəndə hansı hissləri keçirirdiniz?
- Bilirsiz, Giya müəllimin bir gözü anadangəlmə kor idi. İkinci gözü də demək olar ki, görmə qabiliyyətini tam itirmək üzrə idi. Ona görə də çox diqqətli olmaq, əməliyyatın riskini anlamaq vacib idi. Mənə verilən məlumata görə o, bütün işlərini zəif görən tək gözü ilə böyüdücü vasitəsi ilə görürdü.
Belə bir söz var: “Niyyətin hara, mənzilin ora”. Özümdə inam və cəsarət tapıb onun gözünü çox çətinliklə, həm fiziki, həm də zehni gərginliyin təsiri altında əməliyyat etdim. Allaha şükürlər olsun ki, uğurlu alındı.
Mən insanlara fərq qoymaq məqsədiylə demirəm, bütün posientlər mənim üçün doğma və əzizdir. Giya müəllimin də görməyi məni çox sevindirir. Axı o nəinki Azərbaycan ədəbiyyatının, həm də bir sıra xarici ölkə ədəbiyyatının inkişafında, yayılmasında öz sözünü deyən, gözünün nurunu bu yola çiləyən şəxsiyyətlərdən biridir.
- Əməliyyat etdiyiniz posientlərin gözündən ilk dəfə sarğı götürülərkən hansı hissləri keçirirsiniz?
- Əvvəlcə onu deyim ki, müasir elm və texnologiya o qədər geniş inkişaf edib ki, bunlar bütün sahələrə öz müsbət təsirini göstərməkdədir. Həkim öz yüksək savadı ilə texnoloji proseslərin işə tətbiqini bacarmalıdır. Belə olduqda keçirilən əməliyyat da müsbət nəticə verir. Mən təcrübə, bacarıq və texnologiyanın imkanlarını birləşdirəndə əməliyyatın uğurlu alınacağına inanıram.
- Təsəvvür edək ki, siz həm ürək, həm də göz həkimisiniz. Eyni vaxtda bir ürək, o bir göz xəstəsi sizə müraciət etsə, hər ikisinin də xəstəliyi son dərəcə ağırlaşıbsa birinci hansı xəstəyə xidmət göstərərdiniz?
-Birinci ürək xəstəsini qəbul edərdim. Çünki kəskin ürək xəstəliyi hər an ölümlə nəticələnə bilər. Ürək bir mühərriki xatırladır. Mühərrikdə ciddi nasazlıq olduqda qəza baş verəcəyi qaçılmaz olur.
-Klinikaya rəhbərliyin məsuliyyəti çoxdur, həkimliyin?
- Hər ikisinin. Ancaq işlərimin çoxunu həkim olaraq xəstələrə xidmətim təşkil edir. Klinikaya rəhbərlik etməyə gəldikdə isə bu sahədə narahatlığım yoxdur. Çünki kadr seçimində heç vaxt yanılmamışam. Bu klinikada tutduğu sahədən asılı olmayaraq hər kəs öz gördüyü işə cavabdeh olduğunu, gördüyü hər bir işdə məsuliyyət daşıdığını yaxşı bilir. Hər kəs öz vəzifəsini can-başla və ləyaqətlə yerinə yetirir.

- Həyat yoldaşınız Günel xanım da həkimdir. Özü də bu klinikada çalışır. Ər-arvad olaraq ikinizin də həkim olmağınıza münasibətiniz necədir?
- Çox gözəl. Mən çox məmnunam. Bu hal ailədə uşaqların da müsbət istiqamətdə böyümələrinə, inkişaf etmələrinə, tərbiyəli, əxlaqlı, savadlı yetkinləşmələrinə yol açır. Bizim bir oğlan, bir qızımız var. Uşaqların böyüyü qızdır, adı da Dənizdir. Orta məktəbdə on birinci sinifdə oxuyur. Ayxan da orta məktəbdə-səkkizinci sinifdə oxuyur. Hər ikisi əlaçıdır. Çox yüksək göstəriciləri var. Gözlərini açıb bizi həkim kimi gördüklərindən hər ikisi həkim olmaq istəyir. Bir valideyn olaraq bu bizi son dərəcə sevindirir. Onlara daim duaçıyıq. Hər birinə dəyərli, şərəfli ömür, mənalı həyat, xoş gələcək arzulayırıq.
- İnsanlara ən çox nəyi arzulayırsınız?
- Can sağlığı. Canı sağ olmayan insanın gözlərinə heç nə görünmür. Əbəs yerə deməyiblər ki, “Sağlam bədəndə sağlam ruh olar.”
- Həyatınızın ən xoş anları.
- Övladlarımın uğurları. Mənə elə gəlir ki, valideyn üçün övlad sevincindən üstün heç nə ola bilməz.
- Heç vaxt xatirinizdən silinməyəcək acı xatirəniz varmı?
- Atamın dünyasını dəyişməsi mənimçün ən acı xatirədir.
-Allah rəhmət eləsin. Qəbri nurla dolsun. Ruhu şad olsun!
- Ən çox sevdiyiniz musiqi və rəng...
- Klassik musiqini çox sevirəm. Rənglər içərisində isə yaşıl və bir qədər mixəyi rənglərdən xoşum gəlir.
- Yolunda hər şeyə hazır olduğunuz nəsə varmı?
- Namus, qeyrət, ləyaqət. Bunlar varsa əsas gərəkli olan hər şey- Vətənə bağlılıq, sevgi-məhəbbət, ən ülvi hiss və duyğuların cəmi, insanın şərəfini zirvələrə qaldıran hər şey var.
- Doktor sizə qəlbən təşəkkür edirəm. Can sağlığı, könül xoşluğu, uzun və mənalı ömür arzulayıram! Görüşümüzün sonunda bir daha deyəcəkləriniz varsa buyurun!
- Mən də vaxt ayırıb gəldiyinizə, mənimlə həmsöhbət olduğunuza görə sizə təşəkkür edirəm. Elimizə-obamıza, xalqımıza tükənməz can sağlığı arzu edirəm. Arzum budur ki, heç kim xəstələnməsin. Heç kəsin gözünün nuru zəifləməsin. Hər kəs bu dünyanın gözəlliyinə, əzizlərinin üzünə təbəssüm qarışıq açıq gözlə baxsın. Allah hər kəsə yar və yardımçı olsun!

OFTALMOLOQ – CƏRRAH
İlQAR ZÜLFÜQAR OĞLU MƏMMƏDOVA

Ey həkim,
səninçün həz zaman duaçıyıq biz,
Şəfalı əllərin daim var olsun.
Heç vaxt görməyəsən qüssə, kədər, qəm,
Yaradan qoy özü sənə yar olsun.

Bir an azalmasın gözünün nuru,
Niyyətin saf olsun, su kimi duru.
Allah nurlandırsın getdiyin yolu,
Məsləkin, əqidən payidar olsun.

Əlində əsməsin cərrah bıçağı,
Gözün yaxşı seçsin qaradan ağı.
Unutma adına bağlı ilqarı,
Həyatın həmişə bəxtiyar olsun.

Qardaş, sən layiqsən şərəfli ada,
Səni sevənlər çox, həddən ziyada.
Məlhəm olmaq üçün doğmaya, yada,
Həmişə əlində ixtiyar olsun.

Nur verdin nə qədər görməyən gözə,
Könlünü oxşadın, durdun üz-üzə.
Allah ömür versin, çatasan yüzə,
Dostlar ətrafında daim var olsun.
Ey həkim, Yaradan sənə yar olsun.

Musa HƏŞİMOV
şair-publisist

5-05-2024, 13:26
Bu siyasi, hərbi uğurlarımızın nəticəsidir…

Son zamanlar Cənubi Qafqaz regionunda ciddi proseslər baş verir. Bu, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlarla müşaiyət olunur. Belə ki, tərəflər arasında birbaşa təmasların başlanması və uğurla davam etməsi mümkün sülh sazişi ilə bağlı ehtimalları gücləndirir.
BDU- nun Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin müəllimi, politoloq Aytən Qurbanova bölgədə baş verən son proseslərlə bağlı suallarımızı cavablandırdı.
- Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və həmkarı Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi ehtimalı ilə bağlı gözləntilər nələrdir?
- Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev İrəvana səfəri zamanı Qazaxıstanın hər zaman Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına, sülh danışıqlarına töhfə verməyə hazır olduğunu bildirdi. Qazaxıstanın vasitəçiliyi ilə yeni bir platforma təklif edildi. Bu təklifin Ermənistan tərəfindən müsbət qarşılanması sülhə töhfə verən yanaşma ola bilər. Biz adətən Ermənistan tərəfinin rəsmi məlumatlarına istinad etməzdən öncə hər zaman bu məlumatların etibarlılığını yenidən nəzərdən keçiririk. Çünki Ermənistan tərəfinin bir tərəfdən verdiyi məlumatları digər tərəfdən təkzib etməsi halı bir çox mərhələlərdə müşahidə edilən reallıqdır. Amma Almata görüşünün keçirilməsi ilə bağlı Azərbaycan da kifayət qədər konstruktiv mövqeyə sahibdir. Nazirlər və ya dövlət başçıları səviyyəsində bu görüş alınsa, şübhəsiz ki, sülhə töhfə verə bilər.
- Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin Azərbaycandan qaz ala biləcəyini istisna etmədiyini deyib. Necə düşünürsünüz, bu real məsələdir, ya blef?
- İlkin olaraq Simonyanın bunu xoşniyyət təcəssümü olaraq ifadə edib-etmədiyini araşdırmaq lazımdır. Çünki Azərbaycana qarşı qərəzsiz və xoşniyyət bəyanatlarını bu günə qədər müşahidə etməmişik. Digər tərəfdən, Ermənistanla Azədbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin bərpa olması, enerji təminatı və qaz ixracatı sahəsində əlaqələrin formalaşdırılması təbii ki, gələcək prespektivdə Cənubi Qafqazda sülh prosesinin əsas zəmanətinə çevrilə bilər. Bizim sülh prosesində qarşıya qoyduğumuz əsas istiqamət heç bir dövlətin, qlobal və ya regional gücün təsiri altına düşməyən müstəqil və suveren siyasi kursa sahib Ermənistanla tərəfdaşlığın formalaşdırılmasıdır. Çünki Ermənistan nə qədər qlobal güclərin alətinə çevrilib tərəfini dəyişəcəksə, götürdüyü öhdəliklərin icrası, həmçinin sülh məsələsi sual altında qalacaq. Biz bugün bu mərhələdən danışa bilmərik. Bugün bizim qarşıya qoyduğumuz əsas hədəf delimitasiya məsələsinin yekunlaşması və kommunikasiya xətlərinin bərpa olunması ilə bağlıdır. Sonrakı mərhələ isə sülh müqaviləsinin imzalanmasıdır.
- Bəs, sizcə, sülhün reallaşması üçün hansı addımlar atılmalıdır?
- Sülh sazişinin imzalanması asan proses deyil. Çünki bunun üçün Ermənistanın milli qanunvericiliyinə müəyyən dəyişikliklər edilməlidir, Ermənistan tərəfinin Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi ilə bağlı hüquqi öhdəlik götürülməlidir. Bu Azərbaycanın təklif etdiyi 5 prinsipdən biridir. Bu 5 prinsip həyata keçdiyi halda imzalanacaq sülh müqaviləsi gələcəkdə münasibətlərin baza sənədi olacaq. Bunun əsasında da iqtisadi və digər istiqamətlərdə əlaqələr formalaşa bilər.
- Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması Azırbaycan-Ermənistan münasibətlərinin normallaşmasına necə təsir göstərəcək?
- Azərbaycan ərazi bütövlüyü ilə əlaqədar nə Ermənistana, nə də Azərbaycana təyziq göstərməyə çalışan heç bir qlobal gücə güzəştə getməyib. Rəsmi Bakı ərazi iddiaları ilə bağlı səsləndirilən fikirlərə adekvat şəkildə cavab verib. Kəndlərin qaytarılması Ermənistanın xoşniyyət addımı deyil, bu Azərbaycanın bugünə qədər əldə etdiyi hərbi, diplomatik, siyasi uğurların nəticəsidir.
- Ermənistan sülhə doğru getmək üçün bu addımı atıb?
- İrəvan sadəcə olaraq buna məcburdur. Sülh yolu ilə həmin əraziləri geri qaytarmadığı halda, Azərbaycan hərbi yolla ərazi bütövlüyünü təmin edərək həmin əraziləri geri qaytaracağını Ermənistan tərəfi də, onu himayə edən siyasi mərkəzlər də çox yaxşı başa düşürlər.
- Necə oldu ki, Rusiya sülhməramlıları vaxtından əvvəl Qarabağdan çıxdı?
- Sülhmərəmlı kontingentin qarşısında dayanan ən əsas missiya Azərbaycan ərazisində olan seperatçıların təmizlənməsi ilə bağlı prosesin yekunlaşmasına nəzarət etmək və həmçinin iki icmanın birgəyaşayış qaydasına nəzarət funksiyasını həyata keçirməli idi. 2023- cü ilin 19 sentyabrında 23 saatlıq antiterror tədbirləri zamanı Azərbaycan bu prosesi təkbaşına həyata keçirdi. Mövcud şəraitdə Qarabağ ərazisində sülh və sabitlik hökm sürür. Xankəndində və ətraf bölgələrdə yaşayan dinc erməni əsilli sakinlərin vətəndaşlığa qəbul edilməsi prosesi isə uğurla davam etdirilir. Yəni orada yerləşən sülhmərəmlı kontingentin hər hansısa bir formada mövcudluğuna ehtiyac qalmırdı.
- Bu, Azərbaycan üçün nə deməkdir?
- Bu, Azərbaycanın nüfuzunun, əldə etdiyi qələbələrin diplomatik platformalarda, regional və qlobal sferalarda tanındığının əyani sübutudur. Rusiya artıq Azərbaycanın Cənubi Qafqazın, eləcə də Türk dünyasının önəmli aktoru olduğunu qəbul edir, Azərbaycanın yaratdığı yeni reallıqlarla barışır.
- Ermənistanla Azərbaycan arasında növbəti razılıq Zəngəzur dəhlizinin açılması ilə bağlı ola bilərmi?

- Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə qəbul etdikləri üçtərəfli bəyənatda təsbit olunub. Sadəcə Ermənistan götürdüyü öhdəlikləri icra etmir. Bu gün Ermənistan tərəfi “Zəngəzur dəhlizi” ifadəsindən imtina edərək “Zəngəzur yolu” ifadəsini gündəmə gətirir. Məsələ ilə bağlı Azərbaycanın kifayət qədər aydın bir mövqeyi var. Azərbaycan qarşılıqlılıq prinsipinə istinad edərək tələb edir ki, əgər, Zəngəzur yol statusu alacaqsa, o zaman Laçın da eyni statusa malik olacaq. Amma bu heç də Ermənistanın və himayədarlarının maraqlarına uyğun deyil.

Azər Abuşov

BDU Jurnalistika fakültəsinin I kurs tələbəsi.
5-05-2024, 13:20
Ölkənin aynası olan qəzetdə bir gün

Ölkənin aynası olan qəzetdə bir gün

"Print media" fənnini tədris edən müəllimimiz Kənan Novruzov bizə ilk dərs günündən, yəni təxminən ay yarım əvvəl demişdi ki, təkcə nəzəriyyə ilə kifayətlənməyəcək, həm də praktik fəaliyyətlə məşğul olacağıq. Həmçinin müxtəlif redaksiyalara gedəcək, iş prosesi ilə əyani tanış olacağıq. Elə bu vaxtdan bəri bu anı səbirsizliklə gözləyirdim. Nəhayət, o gün gəldi.
Dərsdən sonra bir neçə qrup yoldaşım və Kənan müəllimlə birlikdə "Azərbaycan" nəşriyyatının yolunu tutduq. Müəllim sürətlə gəzir, elə bil, harasa tələsirdi. Bu, deyəsən, mənim kimi digərləri üçün də maraqlı gəlirdi. Səbəbini soruşanda təbəssümlə bildirdi ki, jurnalistlər həmişə harasa tələsirlər. Yəqin ki, bu cür sürətlə gəzmək mənim üçün də haçansa adi hala çevriləcək...
Binaya girər-girməz mühafizə və polis əməkdaşlarını gördük. Müəllimimiz bizi "Şərq" qəzetinə gətirdiyini söylədi. Fikrimcə, bu cür obyektlərin mühafizəsinə xüsusi ehtiyac var. Gör, burda nə qədər insan çalışır. Allah eləməsin, terror, ya da ona bənzər bir hadisə olsa?..
Həm də bildiyimə görə burada xeyli qəzet və sayt, bir neçə televiziya redaksiyası yerləşir. Yəqin ki, tənqidlər, şikayətlər heç də az olmur. Deməli, günün istənilən saatında kiminsə, əlində bıçaqla, hətta odlu silahla içəri daxil olması mümkündür. Hər halda indiyə kimi jurnalistlərə qarşı hücumlar dəfələrlə olub.
Bir də ki, deyirlər, qəzet oxunmur. Amma bir gün hansısa səbəbdən qəzetlər fəaliyyətini dayandırsa, onda ciddi informasiya böhranını hiss edəcəyik...
Elə bu düşüncələrlə liftə sarı gedirəm. Liftin köhnə olduğunu nəzərə alıb üç - üç minir və yeddinci mərtəbəyə qalxırıq.
Görəsən, bu qədər işçisi olan binanın lifti niyə təmir olunmur ki? Məncə, aidiyyatı qurumlar bu məsələ ilə məşğul olmalıdır. Həm də nəzərə almaq lazımdır ki, burada çalışanların xeyli hissəsi yaşlı nəsil nümayəndələridir. Onların bir çoxu pilləkəndən istifadə etməyə çətinlik çəkə bilər. Hərçənd, gördüyüm qədəri ilə heç pilləkənlər də normal vəziyyətdə deyil. Budurmu, "Dördüncü hakimiyyət"ə qoyulan hörmət?
Redaksiyaya daxil olan kimi qəzet iyini hiss edirəm. İçəri səliqəli görünür. Kənan müəllim bizi baş redaktorun müavini Yusif Nəzərli ilə tanış edir. Sadə adama oxşayır. Elə bil, bütün dərdi - səri qəzetin sabahkı nömrəsinin yüksək keyfiyyətdə çıxmasıdır. Bildiyimə görə, uzun illərdir mətbuatdadır.
Ardınca baş redaktor, alim, Əməkdar jurnalist Akif Aşırlının otağına keçirik. O, bizi düşündüyümüzdən də səmimi qarşılayır. Akif müəllim bizi redaksiyada yaratdığı mətbuat muzeyi ilə tanış edir. Eksponatlar, sənədlər haqqında elə həvəslə danışır ki...
Söhbət əsnasında öyrənirəm ki, Akif müəllim görkəmli mətbuat tədqiqatçıdır. Onun kitablarından hətta bizim fakültədə də dərslik kimi istifadə olunur. Belə bir insanla tanış olmaq, həqiqətən, qürurvericidir.
Foyedəki tarixi fotolardan birində bizim Aynur xanımı görürəm - Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirovanı. Foto onun Ümumilli Lider Heydər Əliyevdən müsahibə aldığı vaxt çəkilib. Yəqin ki, təxminən 20 il əvvəl.
Daha sonra digər otaqlara gedir, iş şəraiti ilə tanış oluruq. Müxbirlər Məlahət Rzayeva, İsmayıl Qocayev, Şəymən Bayramova ilə söhbət edirik. Onlar suallarımızı səmimi cavablandırırlar. Digər otaqda isə fakültə yoldaşlarımızı görürəm. Akif müəllim onların elə indidən jurnalistika ilə məşğul olmaları üçün şərait yaradıb. Yeri gəlmişkən, Kənan müəllimin tez- tez vurğuladığı kimi, o, özü burada yetişib.
Foyedə fotolar çəkirik.
Təxminən 40 dəqiqədən sonra Akif müəllimlə və digərləri ilə sağollaşıb redaksiyanı tərk edirik. Akif Aşırlı deyir:
- Qapımız hər zaman üzünüzə açıqdır. Nə vaxt istəsəz gəlin!
...Elə liftdə ikən Akif müəllimin hədiyyə etdiyi kitablardan birini açıram. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məşhur sitatı gözümə sataşır: "Hər vilayətin qəzeti gərək o vilayətin aynası olsun". Məncə, "Şərq" qəzeti bütün ölkənin aynası olmağı bacarır...

Aytac Kərimova

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin I kurs tələbəsi
5-05-2024, 13:15
Sabahın havası - Bakıya yağış, dağlıq rayonlara qar yağacaq

Sabahın havası - Bakıya yağış, dağlıq rayonlara qar yağacaq

Martın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
5-05-2024, 13:11
Vətənləşən oğul

Vətənləşən oğul

Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində Böyük Qələbə ilə başa çatdı. Bu müqəddəs yolda şəhidlərimizin Vətən sevgisini sabahlarımız üçün yaşadacağıq. Şəhidlər xalqımıza ölçüyəgəlməz qürur, fəxr hissi yaşatmaqdadır. Şəhidlik Vətənə sonsuz sevginin təcəssümüdür. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur.
İkinci Qarabağ müharibəsində Şəhidlik zirvəsinə ucalan, müqəddəs amallar uğrunda döyüşən Vətən və xalq yolunda canını fəda edən döyüşçülərimizdən biri də Zaur Kamal oğlu Mədətovdur.
Zaur Mədətov 1999-cu il noyabrın 16-da Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Abşeron rayonunun ərazisində müvəqqəti yerləşən Qubadlı rayonunun Xanlıq kənd tam orta məktəbinə gedib. Daha sonra təhsilini Nizami rayonunun 277 nömrəli tam orta məktəbində davam edib və 2017-ci ildə orta təhsilini bitirib. İdmanın cüdo növü ilə məşğul olub, Azərbaycan daxili və beynəlxalq yarışlarda bir sıra uğurlara imza atıb.
Zaur Mədətov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra SHXÇDX-yə müraciət edib və sentyabrın əvvəllərində döyüşlərə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Zaur Mədətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur Mədətov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Mədətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Mədətov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Peyğəmbərimiz (s.ə.s) şəhidlik haqqinda buyurmuşdu: “Cənnətə girən şəxs, yer üzünün bütün nemətləri ona verildiyi təqdirdə belə, dünyaya qayitmaq istəməz. Təkcə şəhiddən başqa. Şəhid on dəfə dünyaya gəlib, on dəfə də şəhid olmaq istər”. Şəhidlər Vətən, millət, dövlət yolunda ölümün üzərinə gözlərini belə qırpmadan yürüyə bilirlər”.
Vətənə sədaqət və sevgisini öz canından üstün tutan, bu yolda şəhid olan qəhrəman hərbçimizin məzarini ziyarət etdim. Sıralanmiş şəhid məzarlari… Müqəddəs torpağın müqəddəslik nişanələri. Əzəmətlə dalğalanan üçrəngli bayrağımızın kölgəsində şəhidlərin gülümsəyən məğrur şəkilləri…Hər baxışdan bir məna süzülür. Zaurun məzarina baxaraq dondum. Baxışındakı məna, cavan ömrünü, arzularını torpağa qurban verən Şəhidimin həyatı canlandı gözümün önündə…Vətən torpağının hər qarışını canından əziz bilən igid həmvətənlərimin müqəddəs ruhu qarşısında ehtiramla baş əyərək, qürur duydum.
Zaur Mədətov uşaqlıqdan cüdo idman növü ilə məşğul olub. Uşaqlıqdan Azərbaycan bayrağını dalğalandırmaq Şəhidimizin qürur mənbəyi olub.
Müharibəyə qədər bacarığı və əzmi ilə müxtəlif idman yarışlarında bayrağımızı ucalardan uca edib. Ən yüksək kürsülərdən qürurla bayrağımıza tamaşa edib. Himnimizi səsləndirib. Onun bir arzusu da Qarabağda Azərbaycan bayrağını dalğalandırmaq idi. Müharibəyə qatılan cüdoçu Zaur Mədətov burada rəqiblərin ən çox gözləniləni qəddar düşməni məğlub edənlərdən olub. Yenə ən yüksək kürsüyə qalxıb. Bu dəfə qalib vətənin şəhid oğlu kimi.
Zaur Mədətov hələ uşaq yaşlarından vətənə olan sevgisi ilə seçilib. Hərbi xidmətə yola düşəndə sevincinin həddi-hüdudu olmayıb. Füzuli və Cəbrayılın azad olunmasında fəal iştirak edib. Atasi hər Zaurla danışanda “narahat olmayın, mən yaxşıyam”- deyirdi.
Anası danışır ki, Zaur çox mərd, vətənpər olduğundan, həmişə “ana nə vaxt müharibə başlayacaq, biz gedib qisas alacayıq” deyirdi."Zəhmətkeş, vətənpərvər, dağ vüqarlı qardaşımı itirdim, Vətən sağ olsun!"- deyir qardaşı. Döyüş yoldaşları Zaurun həmişə önə atılaraq döyüşə can atmağından danışırdı. Zaurun müharibədə bir sözu vard: “siz evin tək uşağısız, mən Şəhid olsam mənim evdə qardaşım var.”- deyirdi. Zaur kimi oğulların yoxluğu ürəyimizi ocaq tək yandırsa da, hər şeyə rəğmən onları tanımaq, soydaşı olmaq böyük fəxrdir.
Bir zamanlar bizim həmvətəniydin, indi Vətənləşibsən…

Xalqıma son sözüm budur, nəhayət,
Ailəm və torpağim sizə əmanət!
Tanrım şəhidinə veribdir qiymət,
Üzü ağ gedirəm mən hüzuruna,
Fəxr elə oğlunla, ağlama ana!

Mələk Məmmədova

Bakı Qızlar Universiteti, Sosial-pedaqoji fakültənin 4-cü kurs tələbəsi
5-05-2024, 13:06
Uşaqdan gəlin olmaz !

Uşaqdan gəlin olmaz..!
Son zamanların problemlərindən biri də erkən nigahdır. Erkən nigah fizioloji olaraq qadınların istismar edilməsi, onların hüquqlarının pozulmasıdır. UNİCEF-in məlumatına görə, Azərbaycanda il boyu təxminən 15 yaşına çatmamış beş minə qədər qız ailə qurur. Məhz Azərbaycan Respublikası Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nigah könullüyə əsasən bağlanılır, heç kəs zorla evləndirilə bilməz. Təəssüflər olsun ki, müxtəlif məqsədlər üçün bəzi valideynlər
yeniyetmələrin uşaqlıq həyatını əlindən alıb, erkən nigaha cəlb edirlər. Belələri övladlarını oxudub, bir peşə sahibi etmək əvəzinə, onların "xoşbəxtliyini" erkən nigahda görürlər. Sonra da, bunu "İslam dininin müqəddəs dəyərləri" kimi təqdim edərək, özlərinə haqq qazandırmağa çalışırlar. Əslində, bu düşüncə tərzi islam dininin müqəddəs dəyərləri ilə deyil, patriarxal cəmiyyətin, qızlara verdiyi ənənəvi qiymətlə bağlıdır.
Unutmayaq ki, yeniyetmələr fizioloji-psixoloji cəhətdən ailə qurmaq üçün tam olaraq formalaşmayıblar. Erkən nigah xüsusən də, qızların sağlamlığını təhlükə altına alır. Yəni, 18 yaşdan kiçik anaların 35-55 faizi, yarımçıq və ya normadan az çəkili uşaqlar dünyaya gətirir. Hətta doğularkən ölən uşaqların sayı 60 faizdən yüksəkdir. Belə nəticəyə gəlmək olar ki, erkən nigah təkcə ananın deyil, uşağın da sağlamlığı üçün təhlükədir. Hələ sağlam dünyaya gələn uşağın taleyi necə olacaq bəlli deyil.
Çox zaman erkən ailə quran qızların özləri uşaqlıq dövrünü yaşadığı üçün ana olan zaman uşaqlarına laqeyd yanaşırlar. Bəzən ailə quran azyaşlılar başqa bir mühitə öyrəşə bilmir. Bu kimi səbəblər ailədaxili münaqişələrə yol açır. Yeniyetmələrin də problemlərə yanaşma tərzi tam olaraq inkişaf etmədiyindən, bəzən çıxış yolunu intiharda görürlər. Erkən nigah azyaşlı oğlanlar üçün də çox ağır yükdür. Ümumiyyətlə, əlində işi olmayan, ailəsinin gücü hesabına dolanan uşaqdan ailə qurmağı gözləmək ağılasığmazdır. Bəzən "ər" rolunu oynayan bu yeniyetmə, ailə böyüdükcə maddi sıxıntılara tab gətirə bilmir, psixoloji travma alaraq ya boşanır, ya içkiyə, ya da narkotikə qurşanır.
Son zamanlar, sosial layihəli verilişlərdə, evdən qaçan azyaşlı övladlarını axtarmağa gələn valideynləri çox görürük. Bu zaman ağılda belə bir sual yaranır: "Axı, azyaşlı qızın evdən qaçmasına səbəb nədir?" Bəzən valideynlər, övladları arasında ayrı-seçkiliyə yol verir. Bu zaman, sevgi əskikliyi yaşayan qızlar, qayğını "çöldə" və ya "sosial mediada" tanış olduğu
"filankəsdə" axtarırlar. Buna görə də valideynlər övladlarına bərabər səviyyədə qayğı göstərməli və onların təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıdır. Əks halda bu problem daha da artacaq. Bu məqamda, sağlam gənclikdən danışmaq çətindir.
Tez-tez eşitdiyimiş faciələrdən biri də, valideynlərin azyaşlı övladlarını özlərindən neçə yaş böyük kişilərə ərə verməsidir. Bu nigahda, tərəflərin müxtəlif məqsədləri olur. Azyaşlı qızla evlənən kişi, onun saflığından istifadə edib, sərbəst hərəkət edərək həyatını yaşayacaq. Onun düşüncəsinə görə ailənin ağası özüdür, arvadının isə söz haqqı yoxdur. Nigahın maddi tərəfini düşünən valideynin ola bilsin ki, imkanı yaxşılaşacaq, lakin övladının loru dildə desək, "bədbəxt" olduğunu bilənə qədər...
Bəzən bu zülmlərə dözüb özlərini çürüdənlər də olur. Bəzən isə həmin azyaşlı qızların düşüncə tərzi formalaşır, haqqını tələb etməyə başlayır. Nəticədə, bu proses ya boşanma ilə, ya da "hegemon" ərin, "ona baş qaldıran" arvadının qatili olması ilə bitir. Əfsuslar olsun ki, minlərlə qadın bu cür cinayətlərin qurbanı olur. Hər bir valideyn bunları nəzərə alıb, yaşından asılı olmayaraq, övladlarını evliliyə tələsdirmədən öncə qarşı tərəfin kim olduğunu araşdırmalı, buna əsasən hərəkət etməlidir. Bununla yanaşı, valideynlər evlilik zamanı tərəflərin bir-birini tanımasına icazə verməlidir. Əks təqdirdə, evlilikdən sonra tərəflər arasında anlaşılmazlıq, ünsiyyət azlığı yaranır. Məhz ailədaxili münaqişənin səbəblərindən biri də, budur.
Övladlarını erkən evliliyə məcbur edən valideynlər bu cür dəhşət saçan problemləri nəzərə almalı, övladlarının xoşbəxtliyini evlilikdə deyil, təhsil və sağlam tərbiyə verməkdə görməlidir. Unutmayaq ki, təhsili olan hər bir vətəndaş, öz şəxsi hüquqlarını müdafiə etməyi bacaracaq. Erkən nigahda çox vaxt təqsirkar valideynlər olur. Lakin, öz istəyi ilə evliliyə həvəs edən azyaşlılar da var. Ailədən olan sevgi əskikliyi, yaşadığı mühitdən çıxıb, "yaxşı" həyata sahib olmaq düşüncəsi onları erkən nigaha cəlb edir. Bu ürəkbulandıran fikirləri onlara unutdurmaq üçün doğru istiqamətə yönləndirmək məqsədilə məktəblərdə kütləvi şəkildə təbliğat layihələri həyata keçirilməlidir. Hətta nəinki şagirdlər, valideynlər də bu layihələrə cəlb olunmalı, məktəbin psixoloqu isə bu cür düşüncədə olan şagirdlərlə ciddi məşğul olmalı, erkən nigahın şahidi olanlar isə yeniyetmənin gələcəyi üçün dövlət orqanlarına müraciət etməlidir. Unutmayaq ki, uşaqdan nə "gəlin" nə də "bəy" olar!..
Aybəniz SƏFƏROVA,

BDU jurnalistika fakültəsinin III kurs tələbəsi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!