Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
11-09-2024, 21:27
Bakıda avtomobil marketə çırpıldı - Yaralananlar var


Bakıda avtomobil marketə çırpıldı - Yaralananlar var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeni Günəşli qəsəbəsində sürücü idarəetməni itirərək avtomobili yol kənarındakı marketə çırpıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.09.2024-cü il tarixində saat 17:40-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindən avtomobil qəzası ilə bağlı çağırış daxil olub. Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan 3 nəfər (qadın cinsli), müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Şahidlərin verdiyi məlumata görə sükan arxasında əyləşən qadın sürücü yanlışlıqla əyləcin əvəzinə qaz pedalını sıxaraq gəldiyi sürətlə də marketə çırpılıb.
11-09-2024, 21:20
Baş leytenant vəfat etdi


Baş leytenant vəfat etdi

44 günlük Vətən müharibəsində yaralanan qazi Zaur Hacıbala oğlu Həsənov vəfat edib.
Bu barədə "Unikal"a onun yaxınları bildirib.
1974-cü il təvəllüdlü baş leytenant uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
O, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub
11-09-2024, 21:00
Moskva Bakıya kömək etməyə hazırdır


Moskva Bakıya kömək etməyə hazırdır

“Moskva BRICS-ə qoşulmaq məsələsində Bakıya hər cür kömək göstərməyə hazırdır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, hazırda 30-dan çox dövlət BRICS-lə sistemli əlaqələrin inkişafında maraqlıdır.
“Biz hər bir ölkənin suveren istəyinə və bu halda Azərbaycanın BRICS ilə daha sıx qarşılıqlı əlaqələr qurmaq istəyinə hörmətlə yanaşırıq. Birlik getdikcə beynəlxalq əməkdaşlığın daha ədalətli, bərabərhüquqlu arxitekturasının formalaşması istiqamətində çox iş görür”, - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin avqustunda BRICS liderlərinin Yohannesburqda keçirilən görüşünün qərarları əsasında üsullar razılaşdırılır.
“İşin nəticələri barədə bu il oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək sammitdə BRICS liderlərinə məruzə ediləcək, qərarlar hərtərəfli məsləhətləşmələr və konsensus əsasında qəbul ediləcək”, - deyə Mariya Zaxarova bildirib.
11-09-2024, 20:32
Kahramanmaraşda Azərbaycan massivi - FOTO


Kahramanmaraşda Azərbaycan massivi - FOTO

2023-cü ilin fevral ayında baş verən dağıdıcı zəlzələlərdən əziyyət çəkən Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” yaşayış massivinin tikintisi davam edir.
Ümumi sahəsi 28,5 hektar olan ərazidə fəal tikinti işləri aparılır. “Azərbaycan” massivinin baş planına uyğun olaraq, ümumilikdə 1300 mənzildən ibarət 71 yaşayış binası istifadəyə veriləcək. Massivin ərazisində 764 qeyri-yaşayış obyektinin tikintisi də planlaşdırılır.
Məhəllənin yaşıllıq zonası 14 hektar ərazini əhatə edəcək, həmçinin 3,5 hektar ərazidə parkın salınması da planlaşdırılır.
Azərbaycan Hökumətinin xətti ilə “Azərbaycan” massivi ərazisində görülən işlər 100 milyon dollar dəyərində qiymətləndirilir. Layihə çərçivəsində Azərbaycan Nazirlər Kabinetinin icraedici orqanı Mənzil İnşaatı Dövlət Agentliyidir.
Dövlət agentliyinin nümayəndələri bildiriblər ki, baş plana uyğun olaraq, MİDA yaşayış massivinin 7, 8, 11 və 12-ci məhəllələrində (cəmi 456 mənzil və 328 qeyri-yaşayış obyekti) işlər həyata keçirir.
Xəbər verildiyi kimi, MİDA-nın səyləri sayəsində Heydər Əliyev adına ibtidai məktəb artıq tikilib.
Bundan əlavə, Mədəniyyət Mərkəzinin layihələndirmə prosesi başa çatdırılır, bundan sonra tikinti işlərinə start veriləcək.






11-09-2024, 19:43
Bu məktəb qardaşlığımızın növbəti bariz nümunəsidir


Bu məktəb qardaşlığımızın növbəti bariz nümunəsidir

Kahramanmaraş şəhərindəki Heydər Əliyev adına ibtidai məktəb Azərbaycan-Türkiyə qardaşlığının və birliyinin növbəti bariz nümunəsidir.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Kahramanmaraş şəhərində jurnalistlərə açıqlaması zamanı bildirib.
Nazir vurğulayıb ki, Kahramanmaraş şəhərindəki məktəbin şagirdləri iki qardaş ölkə arasında dostluğun daha bir halqasına çevriləcək.
“Ümid edirəm ki, Türkiyədə 2023-cü il fevral ayında baş vermiş zəlzələlərə bənzər faciələr bir daha heç vaxt təkrar olunmayacaq. Biz öz növbəmizdə qardaş ölkəyə bundan sonra da dost əlimizi uzatmağa hazırıq”, - deyən E.Əmrullayev əmin edib ki, Azərbaycan və Türkiyə arasında dostluq əlaqələri bundan sonra daha da möhkəmlənəcək.
Türkiyənin milli təhsil naziri Yusuf Tekin qeyd edib ki, Azərbaycan dağıdıcı zəlzələdən sonrakı ilk saatlarda Türkiyənin köməyinə gəlib.
“Biz yenidən Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının həyata keçirilməsinin şahidi olduq. Türkiyəyə dəstəyin göstərilməsində səylərin möhkəmlənməsində liderliyə görə şəxsən Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istərdim. Qardaşlar məhz bu cür hərəkət etməlidirlər”, - deyə türkiyəli nazir bildirib.
Tekin gələcək nəsillərin Türkiyə və Azərbaycan həmrəyliyi ruhunda tərbiyələndirilməsini bir nömrəli vəzifə adlandırıb: “Biz ölkələrimizin birliyi işini davam etdirəcək nəsillər yetişdirməliyik. Bu, bizim borcumuzdur!”.
11-09-2024, 18:53
İlqar Məmmədov istefa verdi


İlqar Məmmədov istefa verdi

İlqar Məmmədov REAL Partiyasının sədri vəzifəsindən istefa verib.
Bu barədə o, sosial şəbəkədə yazıb.
"MSK bugün təqdim elədiyim əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd etdi. Nəticə etibarı ilə, ötən il söz verdiyim kimi, REAL partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL partiyasına yeni rəhbər seçəcək. Həmin ərəfədə yekun video müraciətim də olacaq", - deyə o qeyd edib.
11-09-2024, 17:57
Yanğında xəsarət alan 5 yaşlı uşaq öldü


Yanğında xəsarət alan 5 yaşlı uşaq öldü

Üç gün əvvəl Cəlilabadda yanıq xəsarətləri alan azyaşlı vəfat edib.
5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakıda müalicə olunduğu xəstəxanada ölüb.
Qeyd edək ki, Cəlilabadda evdə baş verən yanğın zamanı Rüqəyya yatmış vəziyyətdə olub. Hadisə yerinə gələn FHN-in Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən xilas olunan uşaq ağır vəziyyətdə Bakıya göndərilmişdi.
11-09-2024, 17:50
Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır


Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarları yeni dərs ilinin başlaması ilə əlaqədar artacaq sərnişin tələbatını təmin etmək məqsədilə 16 sentyabrdan yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.
Yeni hərəkət qrafikinə əsasən, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-ə, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə 36-dan 42-yə çatdırılacaq.
Yenilənmiş qrafikə uyğun olaraq, gün ərzində Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə Bakıdan 13, Sumqayıtdan 11 reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə Bakıdan 20, Sumqayıtdan 22 reys təşkil ediləcək.
"ADY hərəkət qrafikinə edilmiş dəyişikliklərlə sərnişindaşıma xidmətini sərnişinlərin ehtiyaclarına uyğunlaşdırmağı və dəmir yolları ilə səfər təcrübəsini daha rahat və təhlükəsiz etməyi hədəfləyir", - deyə məlumatda qeyd olunub.



11-09-2024, 17:40
Rusiya ordusu Ukraynada azı 137 min hərbi cinayət törədib - Zelenski


Rusiya ordusu Ukraynada azı 137 min hərbi cinayət törədib - Zelenski

Rusiya ordusu Ukraynada ən azı 137 min hərbi
cinayət törədib.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Hazırda Rusiyanın törətdiyi hərbi cinayətlərin sayı 137 mindir, dövlətimizə, xalqımıza və Ukraynaya və ukraynalılara qarşı cinayətlərin sayı 137 mindir", - prezident qeyd edib.
11-09-2024, 17:37
Azərbaycanda bütün şəhid övladları məktəbli forması ilə təmin ediləcək


Azərbaycanda bütün şəhid övladları məktəbli forması ilə təmin ediləcək

“Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri Araz Paşayev son iclasda belə bir qərar da verib ki, sentyabrın 16-da bütün təhsil müəssisələri üzrə məktəbə gedəcək şəhid övladları ATİAHİ tərəfindən məktəbli forması ilə təmin ediləcək. Bütün şəhid övladlarına həm qış, həm yay mövsümü üçün, yəni 2 dəst məktəbli forması veriləcək”.
Bu sözləri sentyabrın 10-u Lənkəranda keçirilən Lənkəran-Astara Regional Təhsil İdarəsinin ənənəvi sentyabr konfransında çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə deyib.
Çıxışına konfrans iştirakçılarına ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin salamlarını çatdırmaqla başlayan Mirzə Cəfərzadə bir neçə yeni məlumatı da təhsil işçilərinin nəzərinə çatıdırıb.
“Biz həmişə çalışmışıq ki, təhsil sahəsində çalışan çox zəhmətkeş müəllimlərimiz gərgin iş rejimi ilə yanaşı həm də mənalı istirahət etsinlər, yaxşı müalicə olunsunlar. Yeni bir məlumatı da sizə verim ki, ittifaqımızın bu il Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində əlavə bir yeni korpusu tikilib və artıq növbəti ildən 800 nəfər təhsil işçisinin eyni vaxtda, çox müasir, yüksək səviyyədə tikilmiş korpusda istirahətini təmin edəcəyik.
Qeyd edim ki, Azərbaycanın bir çox rayonlarında, eləcə də Lənkəran, Astara, Masallı zonasında bronxial xəstəliklərdən, tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkənlər çoxdur, bunu nəzərə alaraq Naxçıvanda Duzdağ deyilən ərazidə müasir istirahət kompleksi var, o kompleksdə bina almışıq, artıq bir qrupumuzu ora dincəlməyə və müalicəyə göndərmişik. Növbəti illərdən daha çox üzvümüzün istirahətini, müalicəsini təmin edəcəyik".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!