Papa sülh bəyannaməsini ALQIŞLADI .....                        Mahmud Abbas BMT-də Fələstin dövlətini elan etmək istəyir .....                        Qəzzada insanlıq dramı - 217 nəfər aclıqdan öldü .....                        İranda polis idarəsinə hücum: Ölən və yaralanan var .....                        Türkiyədə meşə yanğınları - Əhali təxliyə edilir .....                        Rezidenturaya qəbul imtahanı keçirilib .....                        Şimşək çaxacaq, leysan yağacaq - Sabahın havası .....                        Zibil yandırırdı - Yanğına səbəb oldu .....                        Balaxanıda ağır qəza - Sürücülər sıxılı vəziyyətdə qalıb .....                       
25-11-2023, 15:17
Ermənistan bu ölkəylə diplomatik əlaqələr qurdu


Ermənistan bu ölkəylə diplomatik əlaqələr qurdu

Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, əlaqələrin qurulması barədə protokol ötən gün Əbu-Dabidə imzalanıb.
İmzaları Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının səfiri Sultan bin Abdulla Əl-Anqar atıb.
25-11-2023, 15:02
Avropanın nümayəndə heyəti Ermənistana gəlir


Avropanın nümayəndə heyəti Ermənistana gəlir

Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının nümayəndələrindən ibarət nümayəndə heyəti Ermənistana gələcək.
Bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.
Səfər 27-29 noyabr tarixlərində baş tutacaq.
Səfər zamanı Aİ-Ermənistan münasibətlərinin dərinləşdirilməsi və möhkəmləndirilməsinin mümkün istiqamətləri müzakirə olunacaq.
25-11-2023, 14:03
İsveçrə Prezidenti Ukraynadadır


İsveçrə Prezidenti Ukraynadadır

İsveçrə Prezidenti Alain Berset Ukraynaya gəlib
Bu barədə o, "X" hesabında məlumat yayıb.
Berset ərzaq təhlükəsizliyi ilə bağlı beynəlxalq sammitdə iştirak edəcəyini və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyini deyib.
"Diqqətimiz Rusiya Federasiyasının Ukraynaya hərbi təcavüzünün qlobal ərzaq təhlükəsizliyi üçün nəticələri və İsveçrənin Ukraynaya uzunmüddətli dəstəyinə yönələcək", - o qeyd edib.
25-11-2023, 12:45
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
25-11-2023, 12:16
Gələn ildən Şuşada “ASAN xidmət” fəaliyyətə başlayacaq


Gələn ildən Şuşada “ASAN xidmət” fəaliyyətə başlayacaq

“Gələn il Şuşada "ASAN xidmət" Mərkəzi fəaliyyətə başlayacaq”.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şuşa şəhərində "ASAN xidmət" Mərkəzinin yaradılması ilə əlaqədar işlərə start verilib: “Gələn ildən Dövlət Agentliyi Şuşada fəaliyyətə başlayacaq”.
Ü.Mehdiyev bildirib ki, azad olunmuş digər ərazilərdə də "ASAN xidmət" mərkəzlərinin mərhələli şəkildə açılması nəzərdə tutulur.
25-11-2023, 11:55
Sabunçuda şagird sinif yoldaşını bıçaqladı


Sabunçuda şagird sinif yoldaşını bıçaqladı

Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O qeyd edib ki, məktəblinin xəsarət alması ilə əlaqədar onun valideyni ilə birlikdə təhqiqata təmin edilərək zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə araşdırma aparılır.
25-11-2023, 11:20
Prezidentdən Bosniya və Herseqovinaya təbrik məktubu


Prezidentdən Bosniya və Herseqovinaya təbrik məktubu

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edibİlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir:
"Hörmətli cənab Sədr,
Ətraflı
Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
25-11-2023, 11:02
Heydər Əliyev Sarayına yeni direktor təyin olundu


Heydər Əliyev Sarayına yeni direktor təyin olundu

Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyinat olub.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.
İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.
1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb.
İ.Qasımov 1999–2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb. 2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib.

25-11-2023, 10:50
Kəlbəcərdə 4 su elektrik stansiyası tikilir


Kəlbəcərdə 4 su elektrik stansiyası tikilir

Kəlbəcər rayonunda bu günə kimi “AzərEnerji” tərəfindən 6 yerdə kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib.
Bu barədə qurumdan bildirilib. Belə ki, 2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, 2023-cü ildə isə 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.
Qeyd edilib ki, hazırda Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən 4 yerdə kiçik su elektrik stansiyasının tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq kiçik su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılıb. Onu da xatırladaq ki, Kəlbəcər rayonu azad ediləndən dərhal sonra Daşkəsən rayonundan Kəlbəcərə 3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 km məsafədə yüksəkgərginlikli ikidövrəli ötürmə xətti çəkilib. Dağlar sıldırımlı, hava sərt şaxtalı, qarın qalınlığı 3-5 metrə çatan yolsuz ərazilərdə hündülüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılaraq şəraitsiz vəziyyətdə vəzifə icra edilib. Paralel olaraq, sərt iqlim və çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib. 2021-ci ilin yayında yarımstansiyanın açılışı olub.



25-11-2023, 00:10
Kəlbəcərin azad edilməsindən üç il ötür


Kəlbəcərin azad edilməsindən üç il ötür

Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür.
Azərbaycanda Kəlbəcər Şəhəri Günü ilk dəfədir qeyd olunur.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən üç il ötür.
Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!